TUR
TURŞ
OBASTAN VİKİ
Turab Canbaxışov
Turab Qələndər oğlu Canbaxışov (27 noyabr 1981, Kurqan) — Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının II mama-ginekologiya şöbəsinin müdiri; Bona Dea International Hospitalın ginekoloq həkimi. Turab Canbaxışov 27 noyabr 1981-ci ildə Rusiyanın Kurqan şəhərində anadan olmuşdur. 1999-cu ildə Bakı şəhərində 17 saylı orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə qəbul olmuşdur. 2005-ci ildə Azərbaycan Tibb Universitetini "müalicə işi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2005–2011-ci illərdə Türkiyənin İzmir şəhərində Dokuz Eylül Universitetinin "Mamalıq və qadın xəstəlikləri" (ginikologiya) ixtisası üzrə uzmanlıq təhsili almışdır. Uzmanlıq təhsilini bitirdikdən sonra nəzəri və praktik imtahanlardan yüksək bal topladığına görə Doqquz Eylül Universitetinin rəhbərliyi və Türkiyə Cumhuriyyətinin YÖK-ü tərəfindən həmin kafedrada uzman-asissent vəzifəsində saxlanılmış, 2013-cü ilin dekabr ayına qədər həmin vəzifədə çalışmışdır. 4 mart 2014-cü ildən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının II mama-ginekologiya şöbəsində həkim mama-ginekoloq işləmiş, 20 may 2014-cü ildən isə həmin şöbənin müdiri, assistenti vəzifəsində çalışmağa başlamışdır. Liv Bona Dea İnternational Hospitalda həkim mama-ginekoloq olmaqla mama-ginekologiya şöbəsinin rəhbəridir. Elmi məqalələri Türkiyədə və müxtəlif xarici ölkələrdə çap olunmuşdur. Doktorluq dissertasiyası üzərində işləyir.
Turab Məmmədov
Turab Süleyman oğlu Məmmədov (10 may 1911, Qaradağlı, Şuşa qəzası – 1986, Qaradağlı, Ağdam rayonu) — Sosialist Əməyi Qəhrəmanı. Turab Süleyman oğlu Məmmədov 1910 ildə Ağdamın Qaradağlı kəndində dünyaya gəlmişdir. Böyük Vətən müharibəsi iştirakçısıdır. 1932-1963 illərdə Ağdamın Telman adına kolxozunda kolxozçu, briqadir, sədri vəzifəsində çalışmışdır. Turab Məmmədova 1947-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, 2 dəfə Lenin ordeni, medallarla təltif edilmişdir. Turab Məmmədov Ümumdünya sülh tərəfdaşları konqresində (Moskva, 1949) iştirak etmişdir. Azərbaycan Kommunist Partiyasının XVIII, XIX, XXII, XXIV qurultaylarının nümayəndəsi olmuşdur. Turab Məmmədov 1986-cı ildə Ağdamda vəfat etmişdir.
Turab Quliyev
Mirzə Əbu Turab Axundzadə
Mirzə Əbu Turab Axundzadə (1817, Bakı – 1910, Bakı) — İslam alimi Azərbaycan tarixində dərin hörmət və rəğbət bəslənən böyük din xadimlərindən biri də görkəmli şəxsiyyət Axund Mirzə Turab Axundzadədir. 1817-ci ildə Bakıda İçəri şəhərdə tanınmış ruhani ailəsində dünyaya göz açmışdır. Onun əsl adı bizə məlum deyil. Əbu Turab Həzrəti Əli (ə) adlarından biridir. Bu ləqəbi ona İslam Peyğəmbəri (s) vermişdir. "Mənası topaq atası" deməkdir. Ona Ərəbistanda dini təhsil adığı illərdə bir ləqəb kimi verilmişdir. Mirzə Əbu Turab Axundzadə, sözün həqiqi mənasında Abşeron torpağının "atası" idi. İlk təhsilini o dövrdə Bakının məşhur təhsil ocaqlarından sayılan Mirzə Həsib Qüdsinin mədrəsəsində almışdır. O, O,Bakının bir çox məscidlərində moizələr edərdi.
Həsən Turabov
Həsənağa Turabov (24 mart 1938, Bakı – 23 fevral 2003, Bakı) — Azərbaycan teatr və kino aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1982), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972, 1986). == Həyatı == Həsənağa Turabov 1938-ci ilin 24 mart tarixində Bakı şəhərində anadan olmuşdur. O, 31 nömrəli orta məktəbdə təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olmuş və 1960-cı ildə ali təhsilini aktyorluq ixtisası üzrə başa vurmuşdur. Elə həmin ildən etibarən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlamış, ömrünün sonuna qədər bu teatrda çalışmışdır. 1987–2001-ci illər aralığında teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləmişdir. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilmiş, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulmuşdur. 2003-cü ildə vəfat etmişdir. "Qurd qapısı" qəbiristanlığında dəfn olunub. === Səhnə fəaliyyəti === Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib.
Həsənağa Turabov
Həsənağa Turabov (24 mart 1938, Bakı – 23 fevral 2003, Bakı) — Azərbaycan teatr və kino aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1982), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972, 1986). == Həyatı == Həsənağa Turabov 1938-ci ilin 24 mart tarixində Bakı şəhərində anadan olmuşdur. O, 31 nömrəli orta məktəbdə təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olmuş və 1960-cı ildə ali təhsilini aktyorluq ixtisası üzrə başa vurmuşdur. Elə həmin ildən etibarən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlamış, ömrünün sonuna qədər bu teatrda çalışmışdır. 1987–2001-ci illər aralığında teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləmişdir. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilmiş, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulmuşdur. 2003-cü ildə vəfat etmişdir. "Qurd qapısı" qəbiristanlığında dəfn olunub. === Səhnə fəaliyyəti === Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib.
Rafiq Turabxanoğlu
Abdullayev Rafiq Turabxan oğlu (Rafiq Turabxanoğlu) — Azərbaycan Xalq Demokrat Partiyasının rəhbəri. Antisovet düşüncəsinə görə Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən 1967–1968-ci illərdə həbsdə saxlanmışdır. Azərbaycanın müstəqilliyi dövründə — 1992-ci ildə prezidentliyə namizəd olmuşdur. Rafiq Turabxanoğlu 1946-cı ildə Qubadlı rayonunda anadan olub. 1965-ci ildə Neft Texnologiya Texnikumunu, 1975-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1966-cı ildə Ümum-Azərbaycan Zəhmətkeş Fəhlə Kəndli Partiyasını təsis edib. 1967-ci ildə antisovet düşüncəsinə görə həbs olunub. 1968-ci ildə azad ediləndən sonra bu partiyanı Azərbaycan Xalq Demokrat Partiyası adlandırıb və həmin vaxtdan təşkilatın rəhbəridir. 1992-ci ildə prezidentliyə namizəd olub. 1993-cü ildə Bakı şəhərində bütün türk xalqlarının nümayəndələrinin iştirakı ilə Turan Qurultayını keçirib.
Rüstəm Turabov
Səftər Turabov
Səftər Turabov (15.03.1910 Bakı — 26.11.1989 Bakı) — Azərbaycan rejissoru, əməkdar incəsənət xadimi. 16 yaşında Milli Dram Teatrında səhnə fəhləsi kimi əmək fəaliyyətinə başlayıb. 1934-cü ildə Bakı Teatr Məktəbini bitirib. Səftər Turabov Milli Dram Teatrında Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin", Zeynal Xəlilin, "İntiqam", Mir Cəlalın "Mirzə Xəyal", Tur qardaşlarının "Bir evin sirri", Əbdürrəhim bəy Haqverdiyevin "Köhnə dudman" və digər əsərlərə quruluş vermişdir. Səftər Turabov 1954-cü ildə Azərbaycan Musiqili Komediya Teatrında, 1956-cı ildən Dövlət Radiosunda rejissor işləyib. Azərbaycan İncəsənət İnstitutunda rejissor və aktyorluq sənəti müəllimi vəzifəsində işləyib.
Tenqiz Turabov
Turabad
Turabad — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd. Turaabad kəndi Oxçu çayının sahilində, dağətəyi ərazidədir. Oykonim türk dillərindəki “yaşayış məntəqəsi, şəhər, kənd”, “səngər, qala, bina, ev” mənalarında işlənən tur sözündən və abad komponentlərindən düzəlib, “kənd, yaşayış məskəni” mənasındadır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Turabi Çamkıran
Turabi Çamkıran (1 yanvar 1987, Mersin) — Türkiyə TV serial aktyoru və döyüşçü. 3 iyul 1987-ci ildə Mersində anadan olub. Əslən Kahramanmaraş Afşinlidir. 2013-cü ildə "Talent You're Turkey" yarışmasında iştirak edib və yarımfinala yüksəlib. O, 2014, 2015 və 2018-ci illərdə Acun Ilıcalının hazırlayıb təqdim etdiyi Survivor yarışmasına qatılıb. 2014-cü ildə Survivor Volunteers komandasında iştirak edib və çempion olub. 2015-ci ildə Survivor All Star yarışmasında 1-ci oldu və iki dəfə dalbadal Survivor yarışmasında qalib gələn ilk şəxs oldu. Survivor yarışmasından sonra bir neçə film və serialda iştirak edib. O, Səhiyyə Nazirliyinin uşaqlara süd içdirilməsi ilə bağlı ictimai xidmət elanında iştirak edib. 2018-ci ildə üçüncü dəfə Survivor yarışmasında iştirak edib.
Turabxan
Turabxan — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Turabxan kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. Yerli əhalinin məlumatına görə, kənd vaxtilə Turabxan adlı şəxsə məxsus olduğu üçün onun adı ilə adlandırılmışdır. Kənd dağətəyi ərazidə yerləşir.
Turabxanlı
Turabxanlı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır. Turabxanlı kəndin əsasını qoymuş nəsil adıdır. Toponim turabxanlı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1897-ci ildə 105 nəfər, 1904-cü ildə 123 nəfər azərbaycanlı yaşamışdır. 1914–1918-ci illərdə azərbaycanlılar deportasiya olunmuş, yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edənlər öz evlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 27 nəfər, 1926-cı ildə 19 nəfər, 1931-ci ildə 27 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərin sonunda azərbaycanlılar köçürülərək kənd ləğv edilmişdir.
Xanverdi Turaboğlu
Xanverdi Turab oğlu Fərziyev (3 sentyabr 1967) — ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002-ci ildən). Xanverdi Turaboğlu 1967-ci il sentyabrın 3-də Cəlilabad rayonunun Maşlıq kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin filoloğiya fakültəsində təhsil almışdır (1990-1995). Hazırda AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşıdır (2003-cü ildən). İlk məgaləsi "Ədəbiyyat qəzeti"ndə dərc olunub ("Ömər Xəyyam", 1992-ci il 17 iyul). Müasir ədəbi proseslə (poeziya, nəsr, dramaturgiya, təngid və ədəbiyyatşünaslıgla), o cümlədən klassik Azərbaycan, rus, türkmən ədəbiyyatı ilə bağlı, eləcə də bədii yaradıcılığın nəzəri-estetik problemlərinə həsr olunmuş bir sıra coxsaylı irihəcmli elmi-tədqiqat və tənqidi əsərlərin müəllifidir. Dövri mətbuat səhifələrində, elmi jurnallarda, internetdə yazıları dərc olunur. "Dramaturgiyamızda psixologizm problemi (İlyas Əfəndiyevin yaradıcıliğı əsasında)" mövzusunda namizədlik dissertasiyasını yazıb tamamlamışdır.
Daşqın Turabov
Turabi (Duzluca)
Turabi — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. Kəndin adı Şah Abbasın dövründə Səhat çuxuruna rəhbərlik etmiş Turabi (Əbu Turab) bəyin adından götürülmüşdür. Kənd 1901-ci ildən eyni addadır.
Eltun Turabov
Eltun Turabov- (azərbaycanca: Eltun Turabov; 18 fevral 1997-ci ildə anadan olub) — Azərbaycan Premyer Liqasında Turan Tovuz klubunda yarımmüdafiəçi kimi çıxış edən Azərbaycanlı peşəkar futbolçu. == Klub == Sabah FK 2019-cu ildə Turabovun bir mövsümlük icarə müqaviləsi əsasında Albaniyanın Bylis klubuna keçdiyi açıqladı. O, 24 avqust 2019-cu ildə Albaniya Superliqasında Teuta ilə səfər matçında peşəkar debüt etdi. 20 avqust 2020-ci ildə Turabov Sumqayıt FK-ya bir mövsümlük icarə müqaviləsi əsasında keçib.

Digər lüğətlərdə