TUTACAQ

is.
1. Bir şeyin tutulacaq yeri; dəstə, qulp, tutqac.
Pəri nənənin qılçaları titrədi, o, qapını tutacağından çəkdi. S.Rəhimov.
Sirat əli qapının tutacağında olduğu halda … baxdı. Ə.Əbülhəsən.

2. Əl tutmaq üçün körpünün və s.-nin yanlarına vurulan taxta və s. məhəccər. Balkonun tutacağı. Pilləkənin tutacağı.
– Buruğa yalnız bir tərəfdən tutacağı olan ensiz bir körpü uzanmışdı. Y.Əzimzadə.

3. İsti şeyləri götürmək üçün kiçik döşəkçə; tutqac.
Gözəl tutacaqla çayniki götürüb, stəkanlara süzəndə Həbib otağın qapısını döydü. Ə.Vəliyev.

// İsti tava və s. götürmək üçün alət; tutqac. Tutacaqla tavanı götürmək.
4. məc. Bəhanə, bəlgə, dəlil.
[Kişi] bəhanəni əldə tutacaq edib, övrəti beş-on gün salır kötəyin altına, axırda da övrət cana doyandan sonra çıxıb qaçır. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TUTACAQ məhəccər
  • TUTACAQ dəstə — qulp
  • TUTACAQ bəhanə — bəlkə — dəlil
  • TUTACAQ 1. TUTACAQ [Pəri nənə] ..qapım tutacağından çəkdi (S.Rəhimov); TUTQAC O ..əri olan otağın qapısında bir əli tutqacda
TUT
TUTAQ

Digər lüğətlərdə