TƏPİK

is. Ayaqla vurulan zərbə. Telli bütün acığını [pişikdən] çıxarmaq istəyirdi.
Ayağilə ona bir təpik ilişdirdi. S.Hüseyn.

// Şıllaq.
□ Təpik atmaq – ayağı ilə vurmaq, vurmaq üçün ayağını, ya ayaqlarını işə salmaq (at və s. heyvanlar haqqında).
[Nabat:] …Gülsüm bacı, hərdənbir o düyəyə də baxarsan, Allah vurmuş dəlidir, təpik atıb südü dağıdar, arvadı vurar, yıxar. C.Cabbarlı.

Təpiyə qalxmaq – hər iki ayağı ilə təpik vurmaq, təpikləmək, təpik atmaq.
[Gülo:] Yaman dəymişi gözlə, yoxsa bu da vəlləyib dərzi dağıdacaq, – dedi və özünü təpiyə qalxan ala cöngəyə tərəf tulladı. S.Rəhimov.

◊ Təpik-təpiyə vermək (gəlmək) – təpikləşmək, yola getməmək. [Qurban Telliyə:] Zarafat deyil, o böyük alim Mudrova zidd gedirik.
Akademiklə təpik-təpiyə vermişik! Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏPİK şıllaq
  • TƏPİK təpik bax şıllaq

Etimologiya

  • TƏPİK Təpinmək, təpgəc, təpmək kimi sözlərin arxetipi təp feilidir, “ayaqla zərbə vurmaq” deməkdir. Tuva dilində təp+i (görünür, yaz-ı qəlibi üzrə yaranıb)
TƏPƏRLİ
TƏPİKATAN
OBASTAN VİKİ
Təpik (Urmiya)
Təpik (fars. ‎‎تپيك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (20 ailə).
Təpikdərə (Əcəbşir)
Təpikdərə (fars. تپيك دره‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 242 nəfər yaşayır (36 ailə).

Digər lüğətlərdə