TƏRİQ

is. [ ər. ] klas. Yol.
Bir il əvvəl Varşava təriqi ilə Avropaya səfər edən bir İran [vətəndaşı] bir neçə gün Kiyev səfirinin müsafiri olmuşdu. Çəmənzəminli.
[Həmzənin] böyük planları vardı, ticarətini Tiflis və Batum təriqi ilə İstanbula, oradan da o yana yeritmək istəyirdi. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏRİQ təriq bax 1. yol 1; 2. üsul
TƏRİFNAMƏ
TƏRİQƏT
OBASTAN VİKİ
Bayrami təriqətı
Bayramilik - Sufi İslam təriqətidir. == Yaranması == Təriqətin banisi Hacı Bayram Vəli (vəfatı: 1429-cu il) Ankara şəhərinin yaxınlığındakı Zülfədl kəndində dünyaya gəlmişdir. Dini elmlərlə yiyələndikdən sonra mədrəsədə müəllimlik etmişdir. Lakin sonralar tədrisdən ayrılaraq məşhur sufi Əbu Hamidəd-Din Ağsarayinin (vəfatı: 1412-ci il) başçılığı altında təsəvvüf yoluna qədəm qoymuşdur. Onun ölümündən sonra Hacı Bayram Ankarada təkyə (dərgah) yaradaraq dövrünün ən hörmətli və nüfuzlu sufi şeyxlərindən birinə çevrilmişdir. Sultan II Muradın dəvəti ilə o, Ədirnəyə (Adrianopola) gələrək, burada məşhur dövlət və elm xadimləri ilə tanış olmuş, nüfuzu daha da artmışdır. Hacı Bayram Vəlinin davamçısı (xəlifəsi) Ağ Şəmsəd-Din İstanbulu fəth etmiş böyük sultan II Mehmət Fatihin müəllimi olmuşdur. Bundan başqa Yazıcıoğlu Mehmet, Əhməd Bican, Ağbıyıq Sultan, Dədə Ömər Sikkini kimi tanınmış sufilər də onun xəlifələrindəndirlər. Tədqiqatçılar hesab edirlər ki, öz mənəvi varisliklərini göstərən silsilələrə və metodologiyalarına görə Bayrami təriqətinin üsulları Nəqşibəndiliyin və Xəlvətiliyin üsullarını təkrarlayır və özündə birləşdirir. == Dünyagörüşləri == Bayramilərin dünyagörüşü bir çox hallarda İbn Ərəbinin dünyagörüşünə yaxındır.
Dinlər, təriqətlər, məzhəblər (kitab)
Dinlər, təriqətlər, məzhəblər — ensiklopedik soraq kitabı akademik Ziya Bünyadovun son elmi əsərlərindəndir. Şərqşünas alim və ictimai xadim, Ziya Bünyadovun bu əsərində Azərbacyanda ilk dəfə olaraq dinlər, təriqətlər, məzhəblər, tarixi din xadimləri və digər mövzular haqqında məlumatlar verilir. == Haqqında == Müəllif olan Ziya Bünyadov təkrar nəşrə yazmış olduğu ön söz hissəsində bu kitabın yazılması zəruriyyətinin xalqın öz dininə baxışı ehtiyyacından qaynaqlandığını bildirib. O, Sovet dövründə dinə baxışın yalnız marksizm-leninizm kontekstində dəyərləndirildiyini tənqid edib, bu kitabın fərqləndiyinə işarə etmişdir. Həmçin Bünyadov Azərbaycanın müstəqilləşməsindən sonra xalqın yenidə öz dininə qayıtmağa başladığını, lakin bunun üçün lazimi qaynaqların olmamasını vurğulayır və bu kitabın bu istiqamətdə yardım edə biləcəyini bildirmişdir. Bünyadov kitabda məlumatlar sıralanarkən daha çox İslam dini ilə bağlı məlumatların verildiyini bildirməklə birlikdə, digər dinlər və ya məzhəblərlə bağlı da informasiyanın əks etdirilməsinə çalışdığını qeyd etmişdir. Ensiklopedik xarakter daşıyan kitabda Vasim Məmmədəliyev "Allah", "Quran", "Məhəmməd" və "Mötəzilə" kimi madədlərin müəllifi olmuşdur. == Həmçinin bax == Azərbaycan Atabəylər dövləti (kitab) Azərbaycan VII-IX əsrlərdə == Mənbə == Ziya Bünyadov. Dinlər, təriqətlər, məzhəblər (PDF). Bakı: Şərq-Qərb.
Meyari-təriqət
Meyari-təriqət — bu əsər Seyid Yəhya Bakuvinin yazdırdığı təriqət ədəbidir. Əsər haqqında bizə məlumat verən Ömər Fuadi əsəri bizə aşağıdakı kimi təqdim edir: "Seyid Yəhya Bakıda xalqı irşad edərkən Anadoluda irşada qabil bir çoxlarının olduğuna vaqif olub, eli-lədun və mərifətullahın orada qüvvət tapacağını, onların vasitəsilə bir çox insanın irşad olunacağını Allahın feyzi və ilhamı ilə bildirmişdir. O, olduğu yerdən durub, Anadoluya doğru üzünü tutmuş və oranın irşadı üçün dua etmişdir. Anadoludan gəln bir çox kimsə ona mürid olmuşdur." Şeyx Şaban Vəlinin söylədiyi bir rəvayətdə qırxadək elmi təbəqədən olan şəxsin Anadoludan gələrək, Seyid Yəhyanın təriqətinə daxil olduqları bildirilir. Bu qırx alim-dərviş Seyid Yəhyanın icazəsi ilə hədis kitablarını araşdırmış, sünnə, müstəhab və ədəbə dair xüsusiyyətləri müəyyənləşdirib , Meyari-təriqət adı ilə dərvişlərin riayət edəcəkləri qaydalara dair bir əsər yazmışlar. Tədqiqatçılar qeyd edirlər ki, ehtimal ki, bu yazlan təriqətnamə ərəb dilində olmuşdur. Sonradan sufi böyükləri tərəfindən türkcəyə tərcümə edilərək oxudulmuşdur. Hələlik məlum olan isə Seyid Yəhyanın yazdırdığı adı keçən "Meyar" silsiləsində ilk dəfə Ömər Fuadı tərəfindən türk dilinə tərcümə edilmişdir. Meyarii-təriqətin əlyazma nüsxəsi Süleymaniyyə kitabxanası, Əsəd əf.,25418-dədir.
Qərmətilik təriqəti
Qərmətilər — İsmaililiyin Fatimi xəlifələri qəbul etməyib, İsmayıl ibn Cəfərin oğlu Məhəmməd ibn İsmayıl əş-Şakiri yeddinci, sonuncu imam olaraq qəbul edən və Yeddiçilər olaraq da tanınan təriqət dövləti. Onlar hicri III əsrdə üsyan qaldıraraq Abbasilər xilafətini kökündən sarsıtmışlar. Təriqətin başçısı Kufə şəhərinin yaxınlığındakı Dur kəndindən olan və daha çox "Qərmət" ləqəbi ilə tanınmış Həmdan ibn Əşəs idi. Qərmətilik təriqətinin yaranma tarixi Abbasi xilafətində ismaili təbliğatının fəallaşması dönəmindən başlanır. Tanınmış ismaili təbliğatçısı Hüseyn Əhvazi İraqa gələrək orada ismaililiyi qəbul etmiş Həmdan ibn Əşəslə (Qərmətlə) tanış olmuşdur. Hüseyn Əhvazi öləndən sonra Həmdan Qərmət onun yerini tutmuşdur. O, Kufə şəhəri və onun ətrafında yaşayan tərəfdarları üçün hərəkatın mərkəzini yarada bilmiş və xilafətin müxtəlif vilayətlərinə təbliğatçılarını göndərmişdir. Onların ən tanınmışlarından biri qərmətiliyin ideoloqu Əbdan idi. Təriqətin başqa tanınmış təbliğatçıları isə, hicrətin 289-cu ilində qərmətilər qiyamına başçılıq etmiş Zikrəveyh ibn Mihrəveyh və Əbül-Fəvarizdir. İlk əvvəl qərmətilər ismailiyi təbliğ etsələr də sonra onlarla bütün əlaqələrini kəsmişlər.
Qərmətilər təriqəti

Qərmətiyyə təriqəti

Səfəvi təriqəti
Səfəvi təriqəti və ya Səfəviyyə — XIV əsrdə Cənubi Azərbaycanın Ərdəbil şəhərində sufi Şeyx Səfi əd-Din tərəfindən əsası qoyulmuş İslami təriqət. Zamanında Cənubi Azərbaycan, Şərqi Anadolu və Cənubi Qafqaz ərazilərində böyük siyasi təsirə malik olmuş Səfəvi təriqətinin müridləri ilk öncə Sünniliyә etiqad etsələr də, daha sonra XVI əsrin əvvəlində Şiə məzhəbini rəsmi din kimi qəbul etmiş Səfəvilər dövlətinin əsasında durmuşdur. Ərdəbildə böyümüş Şeyx Səfi əd-Din İshaq, Şiraz gəzintisindən sonra Gilanda yerləşmiş və burada Şeyx Zahid Gilaninin tələbəsi olmuşdur. Daha sonra Zahidin qızı ilə ailə quran Şeyx Səfi əd-Din Zahidiyyə təriqətinin baş müridi olmuş və 1291-ci ildə Şeyx Zahidin vəfatından sonra təriqətin piri olmuşdur. O zamandan etibarən, təriqət Səfəviyyə adını daşımışdır. Şeyx Səfi Şeyx Sədrəddin Ərdəbili Şeyx Xacə Əlaəddin Əli Şeyx İbrahim Şeyx Cüneyd Şeyx Heydər Şeyx Sultan Əli Şah İsmayıl Xətai Təsəvvüf – (ərəbcə: تصوف) və ya Sufizm (ərəbcə: صوفية) — İslamda geniş yayılmış ezoterik dini və fəlsəfi cərəyan. Təsəvvüf İslam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır. Bu fəlsəfi – dini təlimdə insanın nəfsi ilə mücadilə edərək onu islah və tərbiyə etməsi, öz varlığından və dünyadan keçərək, Allaha qovuşması məqsədi izlənilir. Bəzi sufilərə görə, təsəvvüf sülhü olmayan bir savaş, nəfsə qul olmamaq, şeytana alçalmamaq, nəfsin nəsibini tərk edərək Haqqın nəsibini axtarmaq, zahirdən uzaqlaşıb batinə yaxınlaşmaq, əziyyətləri gizləmək, comərdlik, zəriflik və təmizlik olaraq qiymətləndirilir. Təriqət qurucusu olan başlıca sufilər bunlardır: Əbdülqədir Geylani (Qadiriyyə), Əhməd Yəsəvi (Yəsəvilik), Əhməd Rifai (Rifailik),Nəcməddin Kübra (Kübrəvilik), Şihabəddin Ömər Sührəverdi (Sührəvərdilik), Əbul-Həsən əş-Şazili (Şazilik), Hacı Bəktaş Vəli (Bəktaşilik), Mövlana Cəlaləddin Rumi (Mövləvilik), Bəhaəddin Nəqşibənd (Nəqşibəndilik), Hacı Bayram Vəli (Bayramilik), Nəimi Təbrizi (Hürufilik), Şeyx Səfiəddin Ərdəbili (Səfəvilik), Ömər Xəlvəti (Xəlvətilik).
Səfəviyyə təriqəti

Sənusilik təriqəti
Sənusilər — Şimali Afrikada Məhəmməd ibn Əli Sənusi (1791–1859) tərəfindən əsası qoyulmuş islahatçı sufi qardaşlığının ardıcıllarıdırlar. Məhəmməd ibn Əli Əlcəzairdə anadan olmuş, uzun müddət müxtəlif dini elmləri öyrənmiş və özünü maliki hüquq məktəbinin mənsubu hesab etmişdir. Ruhani kamilləşmə yolunu o, Hidrilər adlı sufi qardaşlığının rəhbəri Əhməd ibn İdrisin yanında keçmişdir. Bundan başqa ona Ticani sufi təriqətinin yaradıcısı Əhməd Ticaninin ideyaları da böyük təsir etmişdir. Sonralar Sənusi başqa təriqətlərin — Şazililərin, Qadirilərin mənəvi təlimləri ilə səsləşmiş və öz sufi qardaşlığının əsasını qoymuşdur. Məhəmməd ibn Əli öləndən sonra onun oğulları Mehdi və Məhəmməd Şərif qardaşlığa başçılıq etmişlər. Sənusilər ilkin İslamın saflığına qayıdışı təbliğ etmiş, dinə sonradan gətirilmiş yenilik və əlavələrdən uzaq durub, müsəlmanlar arasındakı ziddiyyətləri aradan qaldırmaq istəmişlər. Bu qardaşlıqda xəfi (sakit) zikrlər oxunmuş, ekstaz və trans halına girmək, ibadət zamanı rəqs etmək qadağan olunmuşdur. Onlar müqəddəslərin ziyarət edilməsinə qarşı çıxmamış, Həzrət Məhəmməd peyğəmbərə (s) xüsusi dualar oxumuşlar. Sənusilər dövlət idarəçiliyinin ciddi teokratik prinsiplər əsasında həyata keçirilməsinin tərəfdarı idilər Onların ideyaları Liviya, Əlcəzairlə yanaşı, Şimali Afrikanın başqa regionlarında, eləcə də Hicaz və Sudanda yayılmışdır.
Sənusilər təriqəti

Sənusiyyə təriqəti

Təriqət
Təriqət — Hakim dindən ayrılmış dini icma, islam məsləklərindən, məzhəblərindən hər biri.
İslam təriqətləri
İslam təriqətləri - bir çox dinlərdə olduğu kimi İslam dininin fərqli məzhəbləridir. "Məzhəb" sözünün mənası "gedilən yol" deməkdir.
Şeyxiyyə təriqəti
Şeyxiyyə— Şiəliyin təriqətlərindən biri. Şeyxiyyə firqəsi şiə məzhəbindən ayrılan və Şeyx Əhməd Əhsai tərəfindən tə᾿sis olunmuş kiçik cərəyanlardan biridir. Şeyx Əhməd hicrətin 1166-cı ilində İran körfəzinin qərbində, yə᾿ni Ərəbistan yarmadasının Qətif məntəqəsində yerləşən "İhsa" və ya "Lihsa" şəhərində dünyaya gəlmişdir. O, 1186-cı ildə elm və təhsil əldə etmək məqsədilə Kərbəlaya gəlmiş və orada məşhur şiə alimlərindən olan "Ağa Baqir Behbəhani", "Seyyid Mehdi Bəhrul-ulum", "Şeyx Cə᾿fər Kaşiful-Ğita" və bu kimi digər görkəmli şəxsiyyətlərdən dərs almışdır. Fiqh, üsul və hədis elmləri ilə yanaşı tibb, astronomiya, riyaziyyat və bu kimi digər dəqiq elmlərə də yiyələnmişdir. Şeyx İhsai hicri tarixi ilə 1221-ci ildə İrana gələrkən "Fətəli Şah" tərəfindən səmimiyyətlə qarşılanır, daha sonra Fətəli şahın oğlu "Məhəmmədəli Mirzə"nin də᾿vəti ilə Kermana gələrək üç il orada qalır. 1241-ci ildə ziyarət məqsədilə Məkkəyə gedir, qayıtdıqda Mədinə yolunda dünyasını dəyişir və elə oradaca dəfn olunur. Şeyx Məhəmməd İranda olduğu illər ərzində bir çox şəhərlərə səfər edir. Yiyələndiyi elmlərin sayəsində böyük bir kütlənin diqqətini özünə cəlb edə bilir. Bu müddət ərzində ilk dəfə Qəzvin alimləri ilə görüşüb orada tədrisə başlayır.
Əmmar: Cin təriqəti (film, 2014)
Əmmar: Cin təriqəti rejissorluğunu Özgür Bakarın, ssenari müəllifliyini Alper Qığılcım və Özgür Bakarın birlikdə etdiyi, baş rolları Duyğu Paracıqoğlu, Eylül Su Sapan, Dilşah Dəmir, Ozan Akbaba və Burak Sarımolanın paylaşdığı türk istehsalı bir qorxu filmidir. Film Türkiyə sinemalarında 119.850 nəfər tərəfindən seyr edilib. Fəridə ilə sevgilisi Fəridənin ev dostu və onunla arasını düzəltmək istədikləri Barkını həftəsonu tətili üçün bir dağ evinə dəvət edir. Dəvətsiz qonaq Cananın da daxil olması ilə gərgin başlayan səyahət bir-biri ardınca yaranan qorxulu hadisələr nəticəsində içindən çıxılması qeyri-mümkün bir hal alır.
Əmmar: Cin təriqəti

Digər lüğətlərdə