Mükəmməl Dünya
Mükəmməl Dünya (ing. Absolute World və ya Merilin Monro Towers) 2012-ci ildə Kanadanın Mississauc şəhərində tikilmiş göydələnlər. Bina Fernbruk Ev və Şəhər İnkişaf Qrupu (FHCDG) tərəfindən tikilib. 5 göydələndən ibarətdir, əsas və məşhur olan iki göydələnin mərtəbə sayı 56 və 50-dir.
== Hazırlanması ==
28 noyabr 2006-cı ildə Mississauc Şəhər Dizayn Mükafatlarının verilməsi mərasimində Mississauc şəhər mayoru Eyzel MakKolin gələcəkdə Bernhemtrop Road və Hurontario küçəsində tikilməli olan və şəhərin simvoluna çevriləcək binanın layihəsinin hazırlama müsabiqəsini elan etdi. Müsabiqədə 70 ölkədən 600-ə yaxın iştirakçı qatıldı. 6 finalçının adı 30 yanvar 2007-ci ildə saat axşam 12:00-da Torontodakı BCE Sarayında açıqlandı.
=== Müsiflər heyəti ===
Lari Besli, plan direktoru, Vankuver.
Kolin Fourniyer, Memarlıq Məktəbi professoru, London
Sol Vassermul, Toronto
Klaud LaKombb, EI Richmond memarı, Toronto
Maykl Spatsiani, MSAi, Toronto
Dani Salvatore, Fernbrook şirkətinin prezidenti
Sam Kriqnano və Paulo Stellato
Fed Sacekki, Binanın planın komissarı, Mississauc.
=== 6 finalçı ===
Nikolas Boyarski, Böyük Britaniya
Mişel Roykind, Meksika
Roland Rom Koltoff, Kanada
Sebastyan Messer, Böyük Britaniya
Ma Yansonq, Çin
Tarek Əl-Xatib, Kanada
Finalçıların hər biri Mississaucun ən hündür və 50 mərtəbədən yüksək olacaq bina layihəsi üçün qonarar ödədi.