TƏŞBEH

is. [ ər. ]
1. Bənzər, oxşar; bənzətmə, oxşatma, bənzəmə, oxşama.
Ağ günə təşbehdir sənin cəmalün; Eşqindən salmışam aləmə bir ün. M.P.Vaqif.
Oxşarı, təşbehi, kölgəsi deyil; Dünyada hər şeyin özü gözəldir. B.Vahabzadə.

2. ədəb. Bədii əsərdə bir hadisəni, adamı və ya şeyi başqa bir hadisəyə, adama və ya şeyə bənzətməkdən ibarət məcaz.
Realizm və xəlqilik Vaqifin seçdiyi mövzularda, dil və təşbehlərdə də özünü göstərir. M.İbrahimov.
Səmədin o dövrdəki ədəbi dili təşbehlər, idiomlarla dolu canlı xalq dilidir. O.Sarıvəlli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏŞBEH TƏŞBEH, BƏNZƏTMƏ, OXŞATMA, TƏMSİL 2. TƏŞBEH (ədəb.), TƏMSİL
  • TƏŞBEH bənzəmə — oxşama — tutuşdurma

Etimologiya

  • TƏŞBEH Ərəb mənşəlidir, şəbeh (oxşatma) sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
TƏSVİYƏÇİLİK
TƏŞBEHLİ

Digər lüğətlərdə