ULAMAQ

f.
1. Ulama səsi çıxarmaq. İt ulayır. Bayquş ulayır.
– Dərələrdə ulardı çaqqallar; Zənn edərdin ki, bir çocuq ağlar. A.Səhhət.

// Ulama səsinə bənzər səs çıxarmaq; vıyıldamaq, uvuldamaq.
Ancaq quduz xəzri dəqiqə-dəqiqə ara verib, damlar başında ulayırdı. S.M.Qənizadə.
Kəsməyib xəzri hələ, ac canavartək ulayır. S.Rüstəm.

2. dan. Səslə ağlamaq, zarıldamaq. Nə ulayırsan, bəsdir! Bu uşaq nə üçün səhərdən belə ulayır?

Sinonimlər (yaxın mənalı sözlər)

  • ULAMAQ ağlamaq
  • ULAMAQ hürmək
  • ULAMAQ vıyıldamaq — küyüldəmək

Etimologiya

  • ULAMAQ1 İki yozumu ola bilər: 1. Qurdun ulaması və itin hürməsi eyni sözdən əmələ gəlib: r-l əvəzlənməsi təbii haldır
ULAMA
ULAN

Digər lüğətlərdə

анатоми́чка видеоры́нок истяза́тельский ко́рмщик на тролле́йбусе неразры́вно палеонтологи́ческий воздухопла́вательница зиму и лето кулинария лицезре́ние мегапо́лис ме́шка подго́нщик тиреотоксико́з чуде́сить метр pebble dash scrimp spillage undershot волынить высыпать курятник спартанец