UTİ

is. tar. Alban tayfalarından biri; müasir udinlərin sələfləri.
UTANMAZLIQ
UTİ́L
OBASTAN VİKİ
Uti
Uti və ya Utik (Qədim yunan mənbələrində "Οτένα", Qədim erməni dilli mənbələrdə "Ուտիք") — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini və müsir Ermənistan Respublikasının Tavuş və Geğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. 551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir. == Yerləşməsi və adı == Vilayətin, onun mərkəzi və havarlardan biri olan Uti-Ərəncək ərazisinin adı, Uti vilayətinin əsas sakinləri olan utilərin adından törəmişdir.
Uti kəndi
Uti kəndi (fars. آتی‌کندی‎) və ya Utu kəndi- İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,047 nəfər yaşayır (207 ailə). Aşıq Hüseyn Cavan bu kənddə doğulub.
Uti possidetis
Uti possidetis (hərf. mülkiyyətinizdən istifadə edin) — beynəlxalq praktikada inkişaf etmiş prinsip. Bu, müstəqillik qazanan yeni dövlətlərin əvvəllər olduğu ərazilərə və sərhədlərə sahib olduqlarını, digər dövlətlər daxilində inzibati vahidlər daxil olmaqla müstəmləkə və ya asılı ərazilər olduqlarını göstərir. Qaydaya görə, əvvəllər yeni yaranmış müstəqil dövlətin ərazisində mövcud olmuş köhnə inzibati sərhəd beynəlxalq sərhədə çevrilir. Bu prinsip müstəqil bir hüquqi prinsip deyil, çünki hüquqi xarakterini yalnız sərhədlərin toxunulmazlığının daha geniş beynəlxalq hüquqi prinsipi daxilində qazanır. Qoşunların irəliləməsi, işğal, ilhaq və s nəticəsində dövlətlərin müəyyən müddətdə mövcud olan və ya mövcud olmuş ərazi vəziyyəti. Bəzi hallarda Uti possidetis «status-kvo» termininə uyğun gəlir, lakin «Status-kvo» daha geniş məna daşıdığı və vəziyyəti bütünü ilə (ictimai- hüquqi və xüsusi-hüquqi münasibətlər və s.) ifadə etdiyi halda, Uti possidetis ərazilərə faktiki sahib olmaya aiddir. Uti possidetis termininin tətbiqi hazırkı vəziyyətin aid olduğu anı dəqiq müəyyən etməyi tələb edir. == Müasir tətbiqetmə praktikası == === Afrika === 21 iyul 1964-cü il tarixində, Qahirədə Afrika Birliyi Təşkilatı çərçivəsində sərhəd mübahisələrinə dair 16 (1) saylı qərar qəbul edildi və iştirakçı dövlətlərin milli müstəqillik əldə etmədən əvvəl mövcud olan müstəmləkə sərhədlərinə hörmət etməyi öhdələrinə götürdüklərini bildirdi. Qətnamə gələcəkdə dövlətlərin müstəmləkələşmədən sonra uti possidetis prinsipinə uyğun olaraq müəyyən edilmiş sərhədləri yalnız qarşılıqlı razılaşma yolu ilə yenidən düzəltmək barədə suallarının olmamasına yönəlmiş bir siyasi bəyanatdır. Afrika qitəsindəki sərhədlərlə bağlı vəziyyət Latın Amerikası qitəsindən daha mürəkkəb olduğundan, hər şeydən əvvəl müstəmləkə sərhədləri metropollar tərəfindən yerli əhalinin mənafelərinə hörmət edilmədən, müxtəlif yaşayış yerlərinin təbii sərhədlərini pozmadan qurulduğundan.
Uti vilayəti
Uti və ya Utik (Qədim yunan mənbələrində "Οτένα", Qədim erməni dilli mənbələrdə "Ուտիք") — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini və müsir Ermənistan Respublikasının Tavuş və Geğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. 551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir. == Yerləşməsi və adı == Vilayətin, onun mərkəzi və havarlardan biri olan Uti-Ərəncək ərazisinin adı, Uti vilayətinin əsas sakinləri olan utilərin adından törəmişdir.
Betula utilis
Betula utilis (lat. Betula utilis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Cucumis melo var. utilissimus
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Cucumis utilissimus

Euseius utilis
Euseius utilis (lat. Euseius utilis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Nectandra utilis
Nectandra utilis (lat. Nectandra utilis) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin nectandra cinsinə aid bitki növü.
Norton Utilities
Norton Utilities – kompüteri konfiqurasiya etmək, optimallaşdırmaq və xidmət etmək üçün utilitlər toplusu. Peter Norton Computing və Symantec şirkətləri tərəfindən işlənib hazırlanıb. İlk versiyası 1982-ci ildə DOS 1.x. əməliyyat sistemi üçün buraxılıb. Bu paketə 14 utilit, o cümlədən təsadüfən silinmiş faylları bərpa etmək üçün populyar Unerase utiliti daxil idi. Üç disketdən ibarət bu paket 80 ABŞ dollarına satılırdı. 1991-ci ildə buraxılmış 6.0 versiyası DOS mühitində yerinə yetirilsə də Windows 3.x əməliyyat sistemi tərəfindən dəstəklənirdi. Sonuncu Symantec Norton Utilities 15.0 versiyası 2010-cu ilin dekabrında buraxılıb. Bu versiyaya Norton Speed Disk, Norton Disk Doctor, Norton UnErase, Registry Restore, Registry Defragmenter, Registry Cleaner, Disk Cleaner, Disk Defragmenter, Startup Manager, Service Manager, Restore Center, System Optimizer, Process Viewer və Performance Test kimi utilitlər daxildir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Syzygium utilis
Syzygium utilis (lat. Syzygium utilis) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
Unix utilitlərinin siyahısı
Aşağıdakı siyahı IEEE Std 1003.1-2008 tərəfindən Unix utilit kimi müəyyən edilib. Bu utilitlərinə Unix və *nix əməliyyat sistemlərinin çoxunda rast gəlmək mümkündür.
Utik
Uti və ya Utik (Qədim yunan mənbələrində "Οτένα", Qədim erməni dilli mənbələrdə "Ուտիք") — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini və müsir Ermənistan Respublikasının Tavuş və Geğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. 551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir. == Yerləşməsi və adı == Vilayətin, onun mərkəzi və havarlardan biri olan Uti-Ərəncək ərazisinin adı, Uti vilayətinin əsas sakinləri olan utilərin adından törəmişdir.
Utilita
Utilita (ing. utility və ya tool) — dar çərçivədə spesifik vəzifələr yerinə yetirən, aparat təminatını və operasiya sistemləri imkanlarını genişləndirən kompyüter proqramı. Utilita parametr, tənzimlənməni və quraşdırmanı təmin edir və ya onları yerinə yetirilməsini avtomatıaşdırır. Utilitalar çox zaman operasiya sistemləri tərkibinə daxil edilirlər. == Funksiyaları == aparat hissələrinin göstəricilərinin monitorinqi. aparat hissələrinin parametrlərinin idarə edilməsi. daxil/çıxış əmrlərinin yerinə yetirilməsinin düzgünlüyünə nəzarət. disk imkanlarının genişləndirilməsi. sistem imkanlarının incə şəkildə tənzimlənməsi — tviker.
Utilitarizm
Utilitarizm (lat. utilitas — fayda) — davranışın və ya hərəkətin mənəvi dəyəri onun faydalılığı ilə müəyyən edilən etika istiqaməti və ya etik nəzəriyyə. Bir hərəkətin(və ya əməlin) faydalılığı, hərəkətin nəticələrinin bu hərəkət(və ya əməl) zamanı təsirə məruz qalan bütün tərəflərin aldığı ayrılmaz həzz və ya xoşbəxtlikdir. Utilitarizm etik nəzəriyyələrin ardıcıl qrupuna aiddir, çünki o, bir hərəkəti özü ilə deyil, nəticələri ilə mühakimə edir. Bu nəzəriyyəyə əsasən "ən yaxşı əməl, ən çox insana ən çox xoşbəxtlik gətirən əməldir". Utilitarizm hedonizm və ya evdemonizm — dəyər (aksioloji) təlimlərə əsaslanır, ona görə (bu nəzəriyyəyə görə) ən yüksək dəyər həzz və ya xoşbəxtlikdir. Zövq(həzz) və xoşbəxtliyin sərt tərifləri hələlik problem olaraq qalır. Bu anlayışların eyni olub-olmaması sual(və ya problem) olaraq qalır. Müasir Qərb utilitarları onları eyniləşdirməyə meyillidirlər.
Utilizasiya
Utilizasiya — məişət tullantılarının utilizasiyası — məişət tullantılarından qiymətli (əsasən metallar) və yanmayan (şüşə) komponentləri çıxarıldıqdan sonra üzvi maddələr yandırılaraq və ya qıcqırdılaraq enerji əldə etmək (bilavasitə və ya bioqaz almaqla) üçün, xammal isə tikinti materialı və kompost almaq üçün istifadə edilə bilər. Atmosferə atılan tullantıların utilizasiyası — sənaye qurğuları və binalar tərəfindən atmosferə atılan enerjidən və maddələrdən (qazşəkilli, toz halında, damcı halında) istifadə olunması. Məsələn: tərkibində kükürd olan qazlardan sulfat turşusunun alınması (əlvan metallurgiyada). Sənaye tullantılarının utilizasiyası — sənaye tullantılarından təkrar xammal, yanacaq, gübrə və s. məqsədlər üçün istifadə olunması. Çirkab sularının utilizasiyası — məişət, leysan və ya sənaye sularının tərkibindəki faydalı komponentlərdən (həll olunmuş və ya asılı halda olan) istifadə edilməsi və ya təmizləndikdən sonra bu sulardan tarlaların və ya yaşıllıqların suvarılmasında istifadəsi. Çıxan qazların istiliyinin utilizasiyası — atılan sənaye istiliyindən texnoloji proseslərdə və ya qızdırıcı kimi istifadə edilməsi.
Utilər
Utilər – Qafqaz Albaniyasında yaşamış və Alban tayfa ittifaqında daxil olan ən böyük tayfalardan biri. İ. P. Petruşevski Qəbələ rayonunun Nic kəndində yaşayan udinlər qədim albanların qalıqları olduğu fikrini irəli sürmüş, digər tədqiqatçılar – S.T.Yeremyan, Z.İ.Yampolski, Z.M.Bünyadov, Q.A.Klimov, A.Q.Şanidze, İ.H.Əliyev, V.L.Qukasyan, F.Məmmədova onunla həmfikir olmuşdurlar. Ancaq etnoqraf Q. Qeybulayev bugünkü udinlərin Dağıstandilli tayfaların birinin qalıqları olduğunu və utiləri alban etnosu, yəni Alban dövlətini yaradan və etnik adı alban olanlar ilə eyniləşdirilmənin doğru olmadığını yazmışdır. Strabon Atropatenada – Midiya dağları adlanan dağlıq ərazidə Xəzərin cənub qərbində alban və uti tayfalarının yanaşı yaşadığını qeyd edir və bu da alban və uti adlarının müstəqil tayfaların adları olduğunu deməyə əsas verir. 1958-ci ildə erməni tarixçisi S.T.Yeremyan qədim alban dilinin udin dili olduğunu yazmış, gürcü tarixçisi A.Q.Şanidze də udinlərin erməni tarixi ənənəsində albanların varisləri hesab edildiyini göstərmişdir. Alban tarixçisi Moisey Kalankatlının – Alban ölkəsinin tarixi əsərində Albaniyada 5 mahalın Uti adlandığı göstərilir: Qarabağın dağlıq hissəsində – Artsakda, Bərdə zonasında, Girdimanın Xalxal şəhəri (indiki Qazax- Ağstafa rayonunları ərazisində) zonasında və Azərbaycanın şimal – qərbində. Qiyasəddin Qeybullayev qeyd edir ki, tədqiqatçıları çaş – baş salan da budur. Əgər mahalların hamısında indiki Dağıstandilli udinlərin əcdadları yaşamışsa, onda əlbəttə deməliyik ki, onlar Albaniyanın ən böyük tayfası idi. İqrar Əliyev belə də yazmışdır: "Utilər Albaniyada aparıcı tayfa idilər". Sonra bu fikri V. L. Qukasyan təkrar etmişdir: "Uti – udinlər alban tayfa ittifaqında aparıcı rola malik idi." Qiyasəddin Qeybullayev isə bu fikrə etiraz edərək qeyd edir ki, bu belə deyil.
Utinoe gölü (Frans-İosif Torpağı)
Kosmiçeskoe gölü — Frans-İosif Torpağı arxipelaqının daxil olan, Aleksandra Torpağında yerləşən göl. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Gölün sahəsi 1 km², uzunluğu 1,667 km, eni isə 1,426 km-dir. Gölün adada yerləşən Naqurski burnunda yerləşir. Cənub-şəqrində Naqurski qütb stansiyası yerləşir. Adada olan üç iri göldən biridir.
Utiqurlar
Utiqurlar — hunların, bulqarların qolu. == Tarixi == Eramızın IV-V əsrlərində Bizans müəllifləri Şimali Qafqaz çöllərində hunların bir tayfasının utiqur adlandığını göstərirlər. Utiqur etnoniminin "qur" komponenti bəzi türk tayfalarının (uyğur, sarıqur, kuturqur, oğuz tayfalarından yazqur, salqur və b.) adları üçün səciyyəvidir. V. V. Bartolda görə monqolca qur ―xalqı mənasındadır. Baskakov da bu fikri təsdiqləyir. Utiqurların türk tayfası olduğunu təsdiqləyən başqa faktlar da vardır: Rəşidəddin (XIII əsr) monqolların içərisində udiut (udi və türk-monqol dillərində cəm bildirən-ut şəkilçisindən) tayfasının adını çəkir. Altay dillərinə mənsub udmurtların adında da "udi" komponenti nəzərə çarpır. == Mənbə == Златарски, Васил. История на Българската държава през Средните векове, т.1, ч.1. Второ фототипно издание.
Utiçi adası
Utiçi adası — Şantar adaları qrupuna daxil olan kiçik ada. Böyük Şantar adasında yerləşən Radujnı burnundan 8 km aralıda yerləşir. Adanın uzunluğu 2,5 km, eni isə 500 m təşkil edir. Ada ərazisində Şantar adaları arasında ən böyük eynəkli təmizçi koloniyası vardır. 1991-92-ci illər ərzində 17500 çüt quş qeydə alınmışdır. Suiti yerləşim yerləri vardır. 1999-cu ildə digər adalarla birlikdə «Şantar adaları» yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir.
Salvia utilis
Salvia virgata (lat. Salvia virgata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.

Digər lüğətlərdə