UYDURMAQ

f.
1. Olmamış, ya olmayan bir şeyi öz xəyalında yaratmaq, özündən düzəltmək, özündən quraşdırmaq; qondarmaq.
[Kazım] hər halda bir bəhanə uydurmağı qərara aldı. M.İbrahimov.

// məc. Yuxulatmaq, gözünü bağlamaq, iğfal etmək.
[Gülüş Sevilə:] Balaş səni anlamır, o səni həyatdan gizlədir, uydurur, o səni öz istədiyi kimi yağışdan çıxarıb yağmura salacaqdır. C.Cabbarlı.

2. Uyğunlaşdırmaq, uyuşdurmaq, uyğun hala gətirmək, uyğun etmək.
Qoysanız öz oğlumu mən salım öz halimə; Sənətimi öyrədib uydurum öz halimə?! M.Ə.Sabir.
Oxşadır səsini bir komandana; Ayaqlar özünü uydurur ona. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • UYDURMAQ UYDURMAQ [Nazlı:] ..guya böyük vəzifə sahibi Xaspoladovu, bax həmin bu Fərəc uydurub (Anar); QONDARMAQ Mirzə özündən qondarıb başqa söz yazır (S
  • UYDURMAQ qondarmaq — quraşdırmaq — düzəltmək
  • UYDURMAQ əlaqələndirmək — bağlamaq — birləşdirmək
UYDURMAÇILIQ
UYDURUCU

Digər lüğətlərdə

автодро́м вля́паться вполшага иска́тельный йоркши́ры комко́м мелкова́тый мертвечи́на наду́мывать огроми́ть перлови́ца проголоси́ть пробели́ть расслюня́виться связа́ться угол cacolet datum-level gynaecocratic half-niece lifestyle railroad flat ravenous unperceived коридорный