UYUMAQ

f.
1. Yuxulamaq.
Nəhayət, uyuyan ( f.sif. ) uşaq tərpənib gözlərini açdı. T.Ş.Simurq.

// Məc. mənada.
Rahat uyu, qəhrəman əsgər! – Uyuyur məncə məzarında sənin; Ağlayan qanlı bir əsrin dərdi. S.Rüstəm.

2. məc. Həyat əsəri göstərməmək, tam sükut içində olmaq, sükuta dalmaq, fəaliyyətsiz, hərəkətsiz halda olmaq.
Qapı təkrar döyüldü, səs sükut içində uyuyan ( f.sif. ) dalana düşüb, əks-sədalar doğurdu. Çəmənzəminli.
Yer uyuyur, göy dincəlir; Ətrafa duman çökür. H.Hüseynzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • UYUMAQ uyumaq bax yuxulamaq
UYUMA
UYUMUŞ

Digər lüğətlərdə