1. Keyləşmək, keyimək, hissizləşmək, duyma qabiliyyətini itirmək. Soyuqdan əlləri uyuşdu.
– Göyərçin uyuşan ( f.sif. ) əllərini bərk sıxaraq: – Baxaq… görək, – dedi.
Alnını soyuq tər basdı. Bədəni uyuşub açıldı.
2. Uyğunlaşmaq, uyğun gəlmək; alışmaq.
// Müvafiq olmaq, uymaq, tutmaq, uyğun gəlmək.
Sanki [Firidun] bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin əbədi ahəngini yaratmışdı.
Lakin bu kostyum [Mehdizadənin] ayaqlarındakı yumşaq məslərlə heç də uyuşmurdu.
// Yetişmək, qovuşmaq, ulaşmaq.
[Solmaz:] İndi mən yalnız göyləri, işıqları, ulu Hörmüzün ülviyyətini və ona uyuşmağı düşünürəm.