VAGÜZAR

[ fars. ] : vagüzar etmək köhn. – həvalə etmək, tapşırmaq; birinin üzərinə, öhdəsinə qoymaq.
[Şah:] İndi … mən məcburam ki, səltənətdən əl çəkib, taxt-tacı bir kimsəyə vagüzar edim. M.F.Axundzadə.
Hacı Səlim öz sağlığında cəmi pul və əmlakını öz arvadı Sənəm xanıma vagüzar edibdir. Ə.Haqverdiyev.

VAGİRLİK
VAĞ

Digər lüğətlərdə