VARYAQLAR
VASİM
OBASTAN VİKİ
Vasif Abiyev
Vasif Vaqif oğlu Abiyev (28 dekabr 1986; Lənkəran, Azərbaycan — 5 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vasif Abiyev 1986-cı ildə Lənkəran şəhəri Nərimanabad 1 qəsəbəsində anadan olub.. Evli və bir oğlu var idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş əsgəri olan Vasif Abiyev könüllü olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı könüllü yazılıb. Fizuli və Hadrutun azad edilməsində iştirak edib. Vasif Abiyev oktyabrın 5-də Füzuli istiqamətində şəhid olub. 1 dekabr 2020-ci ildə Lənkəranda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Abiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vasif Abiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vasif Abiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vasif Adıgözəlov
Vasif Zülfüqar oğlu Adıgözəlov (28 iyul 1935, Bakı – 15 sentyabr 2006, Bakı) — Azərbaycan bəstəkarı, pedaqoq, musiqi xadimi, professor, Azərbaycan SSR xalq artisti (1989), "Şöhrət" və "İstiqlal" ordenləri laureatı. == Həyatı == Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq üzrə Qara Qarayevin , fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir. Muğam xanəndəsi Zülfü Adıgözəlovun oğludur. Müğənni Rauf Adıgözəlovun qardaşıdır. Dirijor Yalçın Adıgözəlovun atasıdır. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlamışdır.
Vasif Allahverdiyev
Vasif Kərim oğlu Allahverdiyev (16 oktyabr 1963, Naxçıvan) — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2010), Azərbaycan Respublikasının xalq artisti (2019), professor (2016), prezident mükafatçısı (2019), bəstəkar, tarzən, pedaqoq. == Həyatı == Vasif Kərim oğlu Allahverdiyev 16 oktyabr 1963-cü il Naxçıvan şəhərində mühəndis ailəsində anadan olmuşdur. Vasifin atası Kərim Allahverdiyev mühəndis idi. 60-70 ci illər Azərbaycan inşaat sektorunun dinamik artımında Kərim Allahverdiyevin də payı vardır. Kərim müəllimin Gəncə alüminium zavodu, Qaradağ sement zavodu, Lənkəran konserv zavodu eləcə də Naxçıvan televiziya ötürücü mərkəzinin televiziya və radio yayım ötürücülərinin ötürücü antenalarının (teleqüllə) quraşdırılmasında yüksək xidmətləri olmuşdur. Kərim Allahverdiyev əməyinin qarşılığını alaraq, Heydər Əliyev tərəfindən əməkdar inşaatçı fəxri adına layiq görülmüşdür. Vasif ilk musiqi təhsilini Sumqayıt şəhər 2 nömrəli uşaq musiqi məktəbində almışdır. Burada o, bu gün də ehtiramla xatırlayıb, minnətdar olduğu sevimli müəllimi Əlislam Aslanoğludan tarın sirlərini öyrənir. Qeyd etmək lazımdır ki, ilk dəfə tarda çalmağı ona dayısı Naxçıvan Muxtar Respublikasının tanınmış tarzəni, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Tağı Tağıyev öyrətmiş və hər zaman gənc bəstəkara öz dəstəyini göstərmşdir. Tağı Tağıyev adı Allahverdiyevlər ailəsində təkcə qohumluq əlaqələrinə görə deyil, eyni zamanda bu şəxsiyyət, ailədə böyüyən iki gənc musiqiçinin - Vasif, Ceyhun Allahverdiyevlərin yaradıcılıq həyatında mühim və müstəsna yeri, xidmətləri olmuş, daim qürurla yada saldıqları ilk müəllimləri kimi hörmətlə qəbul etdikləri ziyalıdır.
Vasif Babayev
Vasif Hacağa oğlu Babayev (16 sentyabr 1940, Bakı) — görkəmli televiziya və kino rejissoru, Azərbaycan SSR xalq artisti (1989), Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki (2004), Azərbaycan Prezidentinin Fərdi təqaüdçüsü (2005). Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin üzvü. == Həyatı == 1965-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1964-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində əvvəlcə rejissor köməkçisi, assistenti, rejissoru, 1969-cu ildən isə televiziyanın baş rejissoru olmuşdu. 1991-ci ildə Azərbaycan Dövlət Teleradio verilişləri komitəsinin bədii rəhbəri vəzifəsinə təyin edilmişdi. 1994–1996-cı illərdə "MİR" dövlətlərarası Teleradio şirkətinin direktoru. 1996–1999-cu illərdə "SARA" müstəqil Teleradio şirkətinin icraçı direktoru. 2001–2007-ci illərdə Moskvada Rusiyanın "İNTER-AZ" müstəqil Teleradio şirkətinin vitse-prezidenti. Vasif Babayev müxtəlif janrlarda yüzlərlə veriliş və proqramlar hazırlamışdır. Vasif Babayev 1969–1987-ci illərdə onlarla geniş formatlı "Yeni il Mavi İşıq" televiziya proqramları və bayram verilişlərinin quruluşçu rejissoru olub.
Vasif Babazadə
Vasif Məmməd Ağa oğlu Babazadə (2 sentyabr 1938, Bakı) — geologiya-minerologiya elmləri doktoru (1975), BDU-nun professoru (1977), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (akademik) (2014), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978), əməkdar elm xadimi (2000), "Şöhrət" ordenli (2009), "Şərəf" ordenli (2018). == Qısa biblioqrafik məkumat == 1938-ci il sentyabrın 02-də Bakı şəhərində anadan olub. 1945–1955-ci illərdə 1 və 7 saylı Bakı şəhər orta məktəblərində oxuyub. 1955–1960-cı illər – Azərbaycan Dövlət Universitetinin (hazırda – BDU) geologiya- coğrafiya fakültəsində oxumuş və mühəndis-geoloq ixtisasına yiyələnmişdir. 1959–1961-ci illər SSRİ Geologiya Nazirliyi 1 saylı Geoloji-Kəşfiyyat Trestinin Qafqaz Kompleks Geoloji Ekspedisiyası (Şimali Qafqaz) 1961-ci ildən – BDU-da çalışır. == Təltif və mükafatları == Təbii resurslardan səmərəli istifadə etmə sahəsində əsərlər silsiləsinə görə Dövlət mükafatı laureatı (1978). Əməkdar elm xadimi (2000), Bakı Dövlət Universitetinin "İlin alimi" (2007). "Şöhrət" ordeni (2009), AMEA-nın akademik Musa Əliyev adına adlı mükafatı (2017). Gürcüstan Milli Elmlər Akademiyasının akademik Aleksandr Tvalçrelidze adına adlı mükafatı (Tbilisi, 2018). "Şərəf" ordeni (2018).
Vasif Dadaşov
Vasif Yəhya oğlu Dadaşov (1 mart 1939, Bakı – 6 noyabr 2017, Bakı) — Azərbaycan mühəndis-energetiki, Araz SES-in keçmiş direktoru və baş mühəndisi, MDB-nin əməkdar energetiki, Milli enerji sisteminin qabaqcıllarından biri. == Bioqrafiya == Vasif Dadaşov 1939-cu ildə həkim ailəsində anadan olub. 1956-cı ildı 156 saylı məktəbi medalla bitirib və Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsinə daxil olub. 1961-ci ildə Vasif Dadaşov ali təhsilini müvəffəqiyyətlə başa vurur və təyinatla Moskva vilayətindəki SSRİ Müdafiə Nazirliyinin Elmi-Tədqiqat İnstitutuna göndərilir. Bir ildən sonra Vətənə dönür və yeni yaradılan "Azərenerjisazlama" müəssisəsində çalışmaqda davam edir. 1971-ci ildə Araz SES-na baş mühəndis təyin edilir, 6 aydan sonra isə 1976-cı ilədək stansiyanın direkoru olur. O, 1971-ci ildən Araz çayının su və enerji ehtiyatlarından istifadə üzrə Azərbaycan-İran müştərək komissiyasının üzvü olur. 1976-cı ilin may ayında İrana ezam olunur və buradakı Araz SES-də işləməyə başlayır. Vasif Dadaşovun əməyi nəticəsində stansiya istehsal edilən elektrik enerjisinin həcmini 20 milyon kilovat-saatdan 140 milyona çatdırır. 1978-ci ildə Vasif Dadaşov Vətənə qayıdır və Azərbaycan Baş Energetika İdarəsində Yüksək gərginlikli avadanlıqların istismarı və təmiri xidmətində rəis müavini, 1980-ci ildən 2001-ci ilə qədər isə hidrotexniki xidmətin rəisi işləyib.
Vasif Durarbəyli
Vasif Durarbəyli (24 fevral 1992, Sumqayıt) — Azərbaycan şahmatçısı, qrosmeyster (2010). Qrossmeyster titulunu 18 yaşadək oğlanlar arasında keçirilən Dünya Çempionatında qazanmışdır. Vasif 2013-cü ildə Dünya Kubokunun birinci mərhəlsində Anton Korobova məğlub olmuşdu. == Həyatı == Vasif Durarbəyli 24 fevral 1992-ci ildə Sumqayıtda anadan olub. == İstinadlar == == Xarici keçidlər == Vasif Durarbayli. Chess-DB.com Arxivləşdirilib 2016-07-21 at the Wayback Machine (ing.) Vasif Durarbayli. 365chess.com (ing.) Vasif Durarbayli. fide.com (ing.) Vasif Durarbayli. chessgames.com (ing.) Vasif Durarbayli.
Vasif Eyvazzadə
Vasif Rasif oğlu Eyvazzadə (19.08.1985) Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri, İnsan Təhlükəsizliyi üçün Qlobal Sülh Şurasının həmtəsisçi prezidenti (Birləşmiş Krallıq), Innovasiya, Mədəniyyət və Təhsilin İdarəedilməsi üzrə Sertifikatlaşdırma İnstitutunun (ABŞ) təsisçi direktoru. == Həyatı və fəaliyyəti == Vasif Rasif oğlu Eyvazzadə 19 avqust 1985-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə 2002–2008-ci illərdə bakalavr və magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2013–2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə ikinci ali təhsil almış, daha sonra 2017–2019-cu illərdə Böyük Britaniyanın Koventri Universitetində Dövlət idarəçiliyi və Qlobal müxtəlifliyin idarə edilməsi ixtisası üzrə magistr pilləsini bitirib. 2021-2023-cü illərdə isə İspaniyada GBSB Qlobal Biznes Məktəbində Biznes innovasiyaları üzrə magistr təhsili almışdır. 1996, 1999 və 2000-ci illərdə İstedad Festivalının poeziya nominasiyası üzrə qaliblərindən biri olub. 2009–2010-cu illərdə Xarici İşlər Nazirliyinin Azərbaycan Diplomatik Akademiyası, Avropa İttifaqı və Britaniya Şurasının birgə təşkil etdiyi "Beynəlxalq danışıqları aparma bacarıqları", "Beynəlxalq idarəetmə bacarıqları", "İctimai əlaqələr üzrə beynəlxalq bacarıqlar", 2022-2023-cü illərdə ABŞ-da HRCI və Cənubi Florida Universitetinin müxtəliflik, bərabərlik və inklüzivliyin idarəedilməsi üzrə sertifikatlaşdırma kurslarını bitirib. Vasif Eyvazzadə 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin Elmi Mərkəzinin Beynəlxalq əlaqələr bölməsinin rəhbəri, 2006–2009-cu illərdə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun məsləhətçisi, 2011–2012-ci illərdə beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri, 2012 – 2018-ci illərdə isə Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, 2018–2020-ci illərdə Aparat rəhbərinin müavini — Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri olmuşdur. 2020-ci ilin avqust ayından 2022-ci ilin yanvar ayına kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbəri olmuş və bir sıra beynəlxalq layihələrlə bağlı öz istəyi ilə aparat rəhbəri vəzifəsindən ayrılmışdır. Vasif Eyvazzadə 2008-ci ildən UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İCESCO-nun tərəfdaşı olduğu "Bakı Prosesi" Beynəlxalq İşçi Qrupun katibi, 2016–2022-ci illərdə İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İCESCO) İcraiyyə Şurasının üzvü və Azərbaycan Respublikası üzrə Milli Komissiyasının baş katibi olmuşdur.
Vasif Heydərov
Vasif Nazim oğlu Heydərov (5 yanvar 1997; Tovuz rayonu, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vasif Heydərov 1997-ci il yanvarın 5-də Tovuz rayonunun Aran kəndində anadan olub. 2003-2012-ci illərdə Aran kənd tam orta məktəbində, 2012-2015-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Vasif Heydərov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2020-ci ildə yeni təyinat alaraq Həmlə taborunda xidmətini davam etdirib. Azərbaycan Ordusunun leytenantı olan Vasif Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vasif Heydərov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Vasif Həmidov
Vasif Natiq oğlu Həmidov (4 iyun 1987, Şəki – 27 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vasif Həmidov 4 iyun 1998-ci ildə Şəki şəhərində dünyaya göz açmışdır. Orta təhsilini Şəki şəhər 19 saylı tam orta məktəbdə almışdır. Ailəli idi, 4 yaşında və 7 aylıq iki övladı yadigar qaldı. == Hərbi xidməti == === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Vasif Həmidov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Tərtər istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Tərtər-Ağdərə döyüşlərində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanmış və xəstəxanaya yerləşdirilmişdir. 7 gün komada qaldıqdan sonra dünyasını dəyişən Vasif Həmidovun nəşi 27 oktyabr 2020-ci ildə torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Vasif Mehbalıyev
Vasif Gülhəsən oğlu Mehbalıyev (26 mart 1994; Neftçala rayonu, Azərbaycan — 16 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin gizir, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Vasif Mehbalıyev 1994-ci il martın 26-da Neftçala rayonunun Aşağı Surra kəndində anadan olub. Əslən Lerik rayonunun Livədirqə kəndindəndir. == Hərbi xidməti == Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Vasif Mehbalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Vasif Mehbalıyev oktyabrın 16-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Mehbalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Mehbalıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vasif Mehbalıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vasif Muradzadə
Vasif Almas oğlu Muradzadə — psixologiya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Vasif Almas oğlu Muradzadə 1964-cü il aprelin 8-də Xaçmaz rayonunun Çiləgir kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1982-ci ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olmuşdur. I kursu bitirdikdən sonra, 1983-1985-ci ilərdə könüllü olaraq hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurub, təhsilini davam etdirərək 1988-ci ildə Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1988-1990-cı illərdə təyinatla Xaçmaz şəhər 3 saylı orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi, komsomol təşkilat katibi işləmişdir. 1990-1991-cı illərdə Bakı Dövlət Universitetində təşkil edilmiş Psixologiya kursunda oxumuş və həmin kursu “Praktik-psixoloq” ixtisası ilə bitirmişdir. 1991-1995-ci illərdə Xaçmaz rayon Təhsil Şöbəsində Psixoloq-metodist işləmiş, ictimai əsaslarla hərbi işlər üzrə inspektor vəzifəsini icra etmiş, eyni zamanda yarım stavka dərs demişdir. Həmin illərdə Azərbaycan İstedad Assosiasiyasının fəal üzvlərindən olmuş və respublikanın orta məktəblərində istedadlı gənclərin üzə çıxardılmasında yaxından iştirak etmişdir. 1995-2001-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialında baş laborant, tam ştatla müəllim, tədris şöbəsinin metodisti, ictimai əsaslarla dekan, kafedra müdiri vəzifələrində çalışmışdır.
Vasif Məhərrəmov
Vasif Məmmədov
Vasif Əlibala oğlu Məmmədov (12 noyabr 1994; Göyçay, Azərbaycan — 4 noyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vasif Məmmədov 1994-cü il noyabrın 12-də Göyçay şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Vasif Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Vasif Məmmədov noyabrın 4-də şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vasif Məmmədov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Vasif Məmmədov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Vasif Məmmədzadə
Vasif Məmmədzadə (15 avqust 1977, Şamxor)— kinorejissor, Azərbaycanın Respublikasının əməkdar mədəniyyət işçisi (2016). == Həyatı == 1977-ci il avqust ayının 15-də Şəmkir şəhərində, ziyalı ailəsində anadan olub. 1993-cü ildə Bakı şəhər 112 saylı orta məktəbi bitirib. Həmin il "Azərbaycanfilm" kinostudiyasında assistent kimi əmək fəaliyyətinə başlayıb. 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinə qəbul olunub və 1999-cu ildə oranı bitirib. Həmin ildən Azərbaycan Milli Ordusunda həqiqi hərbi xidmət keçib. 2003-cü ildə ADMİU-nun Rejissorluq fakültəsinin magistraturasına daxil olub və 2005-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Tələbə ikən Dövlət Yuğ Teatrında çalışıb. 2000-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinində əvvəlcə rejissor assistenti, sonra isə kinorejissor vəzifələrində çalışıb. CBC Teleradio Şirkətinin Televiziya Filmləri Studiyasında kinorejissor kimi fəaliyyət göstərib.
Vasif Namazov
Vasif Nəzərli
Vasif Zahid oğlu Nəzərli (4 mart 2000; Vurğun, Ağstafa rayonu — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vasif Nəzərli 2000-ci il martın 4-də Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. 2006–2017-ci illərdə H. Əzizov adına Vurğun qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Vasif Nəzərli 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vasif Nəzərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Vasif Nəzərli noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Vurğun qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Nəzərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Nəzərli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Vasif Osmanov
Vasif Osmanov (tam adı: Vasif Laçın oğlu Osmanov; 11 noyabr 1958-ci il, Hacıhətəmli, İsmayıllı, Azərbaycan SSR – 18 fevral 1994-cü il, Murov dağı yaxınlığı, Kəlbəcər, Azərbaycan) — Azərbaycan Milli Ordusunun baş-leytnantı == Həyatı == === Erkən illəri === Vasif Osmanov 1958-ci il noyabrın 11-də İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olub. 1976-cı ildə Hacıhətəmli kənd orta məktəbinə daxil olmuşdur. Orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1977-1979-cu illərdə Sovet ordusunda hərbi xidmətdə olmuşdur. === Təhsili və iş həyatı === Hərbi xidmətdən qayıtdıqdan sonra Azərbaycan Kənd Təsərüfatı İnistitutuna qəbul olmuş və 1985-ci ildə həmin institutun mexanikləşdirmə fakultəsini bitirib, mühəndis-mexanik ixtisasına yiyələnmişdir. Təhsilini bitirdikdən sonra bir neçə dəfə hərbi təlimlərdə iştirak etmişdir. Vasif Osmanov 1986-cı ildən 1994-cü ilin fevral ayına qədər “Hacıhətəmli” kolxozunun maşın-traktor parkında baş mexanik işləmişdir. === Hərbi illəri və Qəhrəmanlığı === Baş-leytinant Vasif Osmanov 1994-cü ilin əvvəllərində fevral ayının 9-da hərbi xidmətə çağırılmışdı. Bu zaman cəbhədəki uğursuzluqların qarşısını almaq,düşmənin yeni torpaqlarımızı ələ keçirməsinə nəinki imkan verməmək,həm də onu geri oturtmaqla vəzifəsi qarşıya qoyulmuşdur.Bir çox hərbi hissələr kimi, Vasifin başçılıq etdiyi topçular batareyası da operativ olaraq,ön döyüş xəttinə çıxarıldı.Artıq fevralın 11- də, yəni cəbhəyə gəlməsinin ikinci günü Vasif əks-hücüm əmri aldı. O,tabeliyinə verilən bölüyün döyüşçüləri ilə qısa vaxtda tanış oldu və əməliyyat şəraitini öyrəndi.İxtisası tankçı olsa da,topçuluqdan da baş çıxardığını, alovlu bir vətənpərvər,səriştəli zabit olduğunu göstərdi.Murovdağ-Kəlbəcər istiqamətində əks hücum düşmənin irəliləməsinin qarşısını aldı və onun xeyli geri çəkilməsini təmin etdi bu və ondan sonrakı əməliyyatlar qurbansız keçmədi.Vasif Osmanov həmin il fevralın 18-də qəhrəmancasına Şəhid oldu.
Vasif Quliyev
Vasif Quliyev (publisist)
Vasif
Vasif — Kişi adı. Mənası: vəsf edən, tərənnüm edən.
Vasif Quluzadə
[mənbə göstərin] Vasif Quluzadə (tam adı: Vasif Ələsgər oğlu Quluzadə ; d. 17 avqust 1939, Şəki, Azərbaycan SSR, SSRİ) — Azərbaycan-sovet alimi, geomorfoloqu, coğrafiya üzrə fəlsəfə doktoru. == Bioqrafiya və fəaliyyəti == V.Ə.Quluzadə 1939-cü ildə Şəki şəhərində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsini bitirmişdir. 1971-1974-cü illərdə Azərbaycan MEA Coğrafiya institutunun aspirantı olmuşdur. 1982-ci ildə «Kiçik Qafqazın şimal-şərq hissəsinin morfostrukturları, onların quruluş və inkişaf xüsusiyyətləri» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1969-cü ildən Azərbaycan MEA Coğrafiya institutunda geomorfologiya şöbəsində kiçik elmi işçi, 1984-cü ildən böyük elmi işçi vəzifəsində çalışır. Əsas elmi istiqaməti geomorfologiya, paleocoğrafiya, neotektonika sahələridir. Respublikanın dağlıq bölgələri üzrə müxtəlif miqyaslı geomorfoloji xəritələr tərtib etmişdir. Relyefin morfostruktur və morfoskulptur təhlilinə əsasən müxtəlif tipli faydalı qazıntı yataqlarının morfostrukturlarla genetik əlaqəsini öyrənmişdir.
Vasif Rzayev
Vasif Rüstəm oğlu Rzayev (15 mart 1993-cü ildə Bakıda anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Lokomotiv-Biləcəri klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-17 milli futbol komandasında çıxış etmişdir. == Klub karyerası == Vasif öz peşəkar futbolçu karyerasına 2011-ci ildə Bakı klubunda start vermişdir. 2012-2013 qış transfer pəncərəsi zamanı Turan Tovuz klubuna transfer olmuşdur. O, bir mövsüm bu klubda çıxış etmişdir. 2013-cü ildən Vasif Bakının Lokomotiv-Biləcəri klubunda çıxış edir. Klubda №20 forması ilə çıxış edən Vasif həm də klubun kapitanıdır. === Çempionat === Mövsümlər üzrə Azərbaycan çempionatında statistikası aşağıdakı kimidir: === Kubok === Mövsümlər üzrə Azərbaycan kubokunda statistikası aşağıdakı kimidir: == Milli karyerası == === U-17 === 2009-cu il sentyabr-oktyabr ayında İtaliyanın Verona şəhərində keçirilən Azərbaycan millisinin tədris-təlim məşqi zamanı olimpiya yığmasında iştirak etmişdir.
Vasif Süleyman
Vasif Süleyman (Süleymanov Vasif İsgəndər oğlu) — azərbaycanlı şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997), Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (1996). == Həyatı == Vasif Süleyman 1965-ci il yanvarın 3-də Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olub. Dəllər qəsəbə orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb (1991-1996). "Azərbaycan dəmiryolçusu" qəzetinin redaktoru, "Ədəbiyyat qəzeti"nin redaksiya heyətinin üzvüdür. == Yaradıcılığı == Ədəbi fəaliyyətə 1980-ci illərdən başlayıb. İlk şeirləri "Pioner" və "Ulduz" jurnallarında dərc edilib. === Kitabları === "Sevgi atılandan sonra başlayır", 1993 "Eşq ol, dərgahına səcdəyə gəlim", 2003 “Bu, ömürdür mən dediyim, nağıl yox”, 2013 == Təltif və mükafatları == Publisistika sahəsində uğurlu fəaliyyətinə görə "Qızıl qələm", eləcə də "Şahmar Əkbərzadə" mükafatları alıb. 6 dekabr 1999-cu ildə Heydər Əliyevin sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.
Vasif Süleymanov
Vasif Akif oğlu Süleymanov (24 fevral 2002, Bum, Qəbələ rayonu – 6 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vasif Akif oğlu Süleymanov 2002-ci il fevralın 24-də Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub. İki bacının bir qardaşı idi. Orta məktəbi Bum qəsəbəsində İkram Umarov adına orta məktəbində oxumuşdu. 9-cu sinifdən Qəbələ otelçilik üzrə peşə məktəbinə daxil olmuşdu. 2 il oxuduqdan sonra 6 ay "Riverside" otelində aşpazlıq edib. Həqiqi hərbi xidmətə 2020-ci il mayın 8-də getmişdi. Bir müddət Gəncədə xidmət etdikdən sonra Cəlilabad rayonunun Göytəpə şəhərində xidmət etmişdi. == İkinci Qarabağ Müharibəsində iştirakı == İkinci Qarabağ müharibəsi başlayan ilk gündən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabırın 6-da Füzuli rayonunda şəhidlik zirvəsinə ucalıb.
Vasif Səfərbəyov
Vasif Səfərbəyov — Ləzgi əsilli Azərbaycanlı samboçu. 2015 Avropa Oyunlarının gümüş medalçısıdır. 2015-ci ildə "Tərəqqi" medalına layiq görülmüşdür. == Həyatı == Vasif Səfərbəyov 27 fevral 1985-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. == Karyerası == Vasif Səfərbəyov 2015-ci ildə önəmli yarışlarından birinə Bakı şəhərində qatıldı. O Azərbaycanı I Avropa Oyunlarında təmsil etdi. O birinci görüşdə 1/4 final mərhələsində Makedoniyalı Bajro Maşovij ilə üz-üzə gəldi. Bajro Maşovij ilə qarşılaşmadan Vasif Səfərbəyov 4-0 hesablı qələbə ilə ayrıldı və növbəti 1/2 final mərhələsinə vəsiqə qazandı. Yarım-finalda onun rəqibi erməni əsilli Ukraynalı samboçu idi. Razmik Tonoyan ilə görüşdən Vasif Səfərbəyov qələbə ilə ayrıldı.
Amblyseius vasiformis
Amblyseius vasiformis (lat. Amblyseius vasiformis) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius vasiformis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Asif, Vasif, Ağasif (film, 1983)
Asif, Vasif, Ağasif tammetrajlı bədii filmi rejissor Rasim İsmayılov tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Filmdə əsas rolları Emil Pənahov, Ramin Aslanov, Hökümə Cəlilova, Məmməd Məmmədov, Şükufə Yusupova və Leyla Bədirbəyli ifa edirlər. == Məzmun == Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata (Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana (Şükufə Yusifova) öz öhdəsinə götürmüşdür. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları" ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər.
Vasif Məmmədov (əsgər, 2001)
Vasif Rəfail oğlu Məmmədov (1 may 2001; Bakı, Azərbaycan — 6 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vasif Məmmədov 1 may 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Ağdam rayonundandır. Atası Rəfail Məmmədov Birinci Qarabağ müharibəsi iştirakçısıdır. 1993-cü ildə Ağdam erməni hərbi birləşmələri tərəfindən işğal edildikdən sonra Məmmədovlar ailəsi əvvəlcə, Bakıda, sonra Mingəçevirdə məskunlaşmışdır. 2007–2018-ci illərdə Mingəçevirdə fəaliyyət göstərən Cəbrayıl rayon 18 nömrəli köçkün tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Vasif Məmmədov 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Xüsusi Təyinatlı Qüvvələrin sıralarında, Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Vasif Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı və kəşfiyyatçı olaraq iştirak etmişdir.
Vasif Quliyev (baş çavuş)
Vasif Tahir oğlu Quliyev (19 fevral 1988; Beyləqan, Azərbaycan SSR — 28 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vasif Quliyev 1988-ci il fevralın 19-da Beyləqan şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Vasif Quliyev 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun çavuşu olan Vasif Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vasif Quliyev sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vasif Quliyev (publisist)
Quliyev Vasif Xosrov oğlu (17 yanvar 1954, Malıbəyli, DQMV) — publisist, tərcüməçi, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (1989), "Tərəqqi" medalı ilə təltif olunub (2015). == Həyatı == Vasif Quliyev 1954-cü il yanvarın 17-də Dağlıq Qarabağın Şuşa rayonundakı Malıbəyli kəndində anadan olmuşdur. Orta təhsilini Xankəndidə 4 saylı məktəbdə almışdır (1969–1971). Əmək fəaliyyətinə Xankəndidə elektrotexnika zavodunda yığıcı çilingər kimi başlamışdır (1971–1974). Bakı soyuducular zavodunda fəhlə olmuşdur (1974). Ordu sıralarında xidməti borcunu yerinə yetirmişdir (1974–1976). Azərbaycan Dövlət Universitetinin juralistika fakültəsində təhsilini davam etdirmişdir (1977–1982). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışmışdır (1982–1984). Hazırda "Günəş" uşaq jurnalının baş redaktoru və "Şuşa" nəşriyyatının direktorudur. Ədəbi yaradıcılığa tələbəlik illərindən başlamışdır.
Vasif Quliyev (çavuş)
Vasif Tahir oğlu Quliyev (19 fevral 1988; Beyləqan, Azərbaycan SSR — 28 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vasif Quliyev 1988-ci il fevralın 19-da Beyləqan şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Vasif Quliyev 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun çavuşu olan Vasif Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vasif Quliyev sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Значение слова в других словарях