Vasif Akif oğlu Süleymanov (24 fevral 2002, Bum, Qəbələ rayonu – 6 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Vasif Süleymanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 fevral 2002(2002-02-24) |
Doğum yeri | |
Vəfat tarixi | 6 oktyabr 2020(2020-10-06) (18 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2020 |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Kəlbəcər döyüşləri |
Təltifləri | 2020 2020 2020 |
Vasif Akif oğlu Süleymanov 2002-ci il fevralın 24-də Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub. İki bacının bir qardaşı idi. Orta məktəbi Bum qəsəbəsində İkram Umarov adına orta məktəbində oxumuşdu. 9-cu sinifdən Qəbələ otelçilik üzrə peşə məktəbinə daxil olmuşdu. 2 il oxuduqdan sonra 6 ay "Riverside" otelində aşpazlıq edib. Həqiqi hərbi xidmətə 2020-ci il mayın 8-də getmişdi. Bir müddət Gəncədə xidmət etdikdən sonra Cəlilabad rayonunun Göytəpə şəhərində xidmət etmişdi.
İkinci Qarabağ müharibəsi başlayan ilk gündən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabırın 6-da Füzuli rayonunda şəhidlik zirvəsinə ucalıb. Komandirini xilas edərkən başından və sinəsindən aldığı qəlpə yarasından şəhidlik zirvəsinə ucalmışdır. 2020-ci il oktyabrın 7-də Qəbələ rayonunun Bum qəsəbəsində dəfn edilmişdir.