VENİAMİN
VEYİS
OBASTAN VİKİ
Cüzeppe Verdi
Cüzeppe Fortunino Françesko Verdi (it. Giuseppe Fortunino Francesco Verdi; 10 oktyabr 1813[…], Le Ronkole[d], Taro departamenti[d], Birinci Fransa İmperiyası – 27 yanvar 1901[…], Milan, İtaliya krallığı) — XIX əsr italyan bəstəkarı. Əsasən opera əsərlərinin müəllifi olub. Onun bir çox əsərləri hal-hazırda dünyanın bir çox ölkələrindəki teatr səhnələrində tamaşaya qoyulur. == Həyatı == Cüzeppe Verdi kiçik otel işlədən Karlo Verdi ilə kəndli qızı Marianninin ikinci uşağı idi. 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqi ilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb. 10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb. Heç vaxt musiqi ilə məşğul olmayan ailəsi onun musiqi təhsili alması üçün böyük səy göstərir, köhnə piano aldıqdan sonra Busetto qəsəbəsinə göndərərək oradakı bədii mühitdən yararlanmasını təmin edib.
Giuseppe Verdi
Cüzeppe Fortunino Françesko Verdi (it. Giuseppe Fortunino Francesco Verdi; 10 oktyabr 1813[…], Le Ronkole[d], Taro departamenti[d], Birinci Fransa İmperiyası – 27 yanvar 1901[…], Milan, İtaliya krallığı) — XIX əsr italyan bəstəkarı. Əsasən opera əsərlərinin müəllifi olub. Onun bir çox əsərləri hal-hazırda dünyanın bir çox ölkələrindəki teatr səhnələrində tamaşaya qoyulur. == Həyatı == Cüzeppe Verdi kiçik otel işlədən Karlo Verdi ilə kəndli qızı Marianninin ikinci uşağı idi. 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqi ilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb. 10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb. Heç vaxt musiqi ilə məşğul olmayan ailəsi onun musiqi təhsili alması üçün böyük səy göstərir, köhnə piano aldıqdan sonra Busetto qəsəbəsinə göndərərək oradakı bədii mühitdən yararlanmasını təmin edib.
Bir gecədə baş verdi (film, 1934)
"Bir gecədə baş verdi" (ing. It Happened One Night) — 1934-cü ildə Frank Kepka tərəfindən çəkilmiş bu ABŞ filmi ekssentrik komediya elementlərindən istifadə olunan ilk filmdir. Filmdə varlı cəmiyyətdən olan ərköyün bir qızın (Klodett Kolber) atasına boyun əyməmək üçün evdən qaçması və bu səyahətdə fəndgir bir jurnalistə (Klark Qeybl) aşiq olması canlandırılır. Filmin süjeti Samuel Hopkins Adams tərəfindən 1933-cü ilin avqustunda qələmə alınan "Gecə avtobusu" (Night Bus) adlı qısa hekayəyə əsaslanır. AKFD-nın 1934-cü ildə 1930 istehsal kodu tətbiqinə başlamasından əvvəl çəkilmiş sonuncu romantik komediyalardan biridir. Belə ki, film artıq 1934-cü ilin əvvəlində (22 fevral) nümayiş etdirilmişdi. Bir gecədə baş verdi Oskarın Böyük 5 mükafatını (ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) alan ilk film idi. Bundan sonra bu mükafatlara cəmi iki film; Ququ quşu yuvasının üzərindən uçarkən (1975) və Quzuların səssizliyi (1991) layiq görülmüşdü. 1993-cü ildə Bir gecədə baş verdi ABŞ Milli Film Arxivində Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik əhəmiyyətinə görə" müdafiə üçün seçildi. 2013-cü ildə film geniş bərpaya məruz qaldı.
Bir gecədə baş verdi
"Bir gecədə baş verdi" (ing. It Happened One Night) — 1934-cü ildə Frank Kepka tərəfindən çəkilmiş bu ABŞ filmi ekssentrik komediya elementlərindən istifadə olunan ilk filmdir. Filmdə varlı cəmiyyətdən olan ərköyün bir qızın (Klodett Kolber) atasına boyun əyməmək üçün evdən qaçması və bu səyahətdə fəndgir bir jurnalistə (Klark Qeybl) aşiq olması canlandırılır. Filmin süjeti Samuel Hopkins Adams tərəfindən 1933-cü ilin avqustunda qələmə alınan "Gecə avtobusu" (Night Bus) adlı qısa hekayəyə əsaslanır. AKFD-nın 1934-cü ildə 1930 istehsal kodu tətbiqinə başlamasından əvvəl çəkilmiş sonuncu romantik komediyalardan biridir. Belə ki, film artıq 1934-cü ilin əvvəlində (22 fevral) nümayiş etdirilmişdi. Bir gecədə baş verdi Oskarın Böyük 5 mükafatını (ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) alan ilk film idi. Bundan sonra bu mükafatlara cəmi iki film; Ququ quşu yuvasının üzərindən uçarkən (1975) və Quzuların səssizliyi (1991) layiq görülmüşdü. 1993-cü ildə Bir gecədə baş verdi ABŞ Milli Film Arxivində Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik əhəmiyyətinə görə" müdafiə üçün seçildi. 2013-cü ildə film geniş bərpaya məruz qaldı.
Allahverdi Verdizadə
Allahverdi Əmənullah oğlu Verdizadə (1914–1973)– Kimya elmləri doktoru, professor. == Həyatı == Allahverdi Əmənullah oğlu Verdizadə 1914-cü ildə Qaryagin qəzasının Soltanlı kəndində anadan olub. 1930-cu ildə Qaryağın (Füzuli) rayonunda II dərəcəli məktəbi bitirmişdir. 1933-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPU) kimya-biologiya şöbəsini bitirmiş, 1945-ci ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1967-ci ildə professor elmi adına layiq görülmüşdür. 15-dən çox kitabın, dərsliklərin, 120-dən artıq elmi məqalənin müəllifidir. Uzun müddət kənd məktəblərində müəllim işləmiş, 1941–42-ci illərdə II Dünya müharibəsinin iştirtakçısı olmuşdur. 1947-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutunda çalışmış, kafedra müdiri işləmişdir. 1969-cu ildə alim ADPU-da "analitik və fiziki kimya kafedrasını təşkil etmiş və həmin kafedraya rəhbərlik etmişdir. 1973-cü ildə vəfat etmişdir.
Bəhman Verdiyev
Bəhman Dilqəm oğlu Verdiyev (12 oktyabr 1995, Çeşməli, Tovuz rayonu – 9 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəhman Verdiyev 1995-ci il oktyabrın 12-də Tovuz rayonunun Çeşməli kəndində anadan olub. == Hərbi xidməti == Bəhman Verdiyev 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Bəhman Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd, Laçın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Bəhman Verdiyev noyabrın 9-da Laçın istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhman Verdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhman Verdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhman Verdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elburus Verdiyev
Elburus İlyas oğlu Verdiyev (1 may 1993, Aşağı Quşçu, Tovuz rayonu – 26 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elburus Verdiyev 1993-cü il mayın 1-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2000–2011-ci illərdə İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Elburus Verdiyev 2011–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elburus Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elburus Verdiyev oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elburus Verdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elburus Verdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Eldəniz Verdiyev
Eldəniz Rabil oğlu Verdiyev (4 oktyabr 1999, Xanlar – 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eldəniz Verdiyev 1999-cu il oktyabrın 4-də Göygöl şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Eldəniz Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Eldəniz Verdiyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb. 2021-ci il iyunun 4-ü Eldəniz Verdiyevin Murovdağ istiqamətində nəşi tapılır və ailəsinə təhvil verilir. İyunun 5-də Göygöl şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Fikrət Verdiyev
Fikrət Verdiyev (2 sentyabr 1947, Kirovabad – 22 dekabr 2022, Bakı) — Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən). == Həyatı == Verdiyev Fikrət Süleyman oğlu 1947-ci il sentyabrın 2-də Gəncə şəhərində anadan olub. Ailələrində musiqiçinin olmamasına baxmayaraq, çox kiçik yaşlarından balaca Fikrətdə sənətə maraq yaranır. 1957-ci ildə Gəncə şəhər 1 saylı musiqi məktəbində tar sinfinə gedir. 1962-ci ildə məktəbi bitirərək Qənbər Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olur. Təhsilini davam etdirə-etdirə Gəncə Pioner və Məktəblilər Sarayında və Mədəniyyət evində özfəaliyyət kollektivlərinə rəhbərlik edir. 13 yaşında səhnədə həm solo, həm də ansamblla çıxışlar edən Fikrət uşaqlıq yaşlarından müstəqil ansambl yaratmaq arzusunda olur. Hətta 1960-cı ildə Bakıda respublika üzrə pioner və məktəblilər sarayı kollektivləri arasında keçirilən festivalda rəhbərlik etdiyi kollektiv qalib gəlir. O dövrdə — tələbə olarkən Gəncə şəhər və Daşkəsən rayonu musiqi məktəblərində də pedaqoji fəaliyyətə başlayır. 1966-cı ildə Gəncə orta ixtisas musiqi məktəbində təhsilini başa vuraraq Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar-dirijor, xalq ifaçısı fakültəsinə daxil olur.
Haqverdi Verdiyev
== Siyahı ==
Klaudia Verdino
Klaudia Verdino (28 noyabr 2001) — Monakolu üzgüçü. Klaudia Verdino Monakonu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Klaudia Verdino birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:29.27 saniyəlik nəticəsi ilə 33 üzgüçü arasında 31-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Məhəmməd Verdizadə
Məhəmməd Verdizadə — Azərbaycan aktyoru. == Həyatı == Məhəmməd Verdizadə 1959-cu ildə Kəlbəcərdə anadan olmuşdur. Üç yaşında ikən ailəvi Laçına, oradan Yardımlıya köçmüş, buna görə də orta təhsilini 8-ci sinfə qədər Yardımlıda alıb. Şamaxıya köçdükdən sonra orta məktəbi orada bitirir. Əvvəlcə Xalq Təsərrüfatı İnsitutunda oxumağa başlayan aktyor, sonrada burada təhsilini yarımçıq qoyub İnsəcənət İnstitutuna daxil olur. 1976-1980-ci illərdə həmin institutda təhsil alır. Hələ II kursda oxuyarkən "Babək" filminin foto sınağında iştirak etmişdir. Çəkilişlər başlayan zaman Məhəmməd Verdiyev artıq III kursda təhsil alırdı. İnstitutu bitirdikdən sonbra bir müddət orada dərs deyir və Tədris Teatrında çalışır. Orada Elmira Məlikovanın rejissorluğu ilə hazırlanan Cəfər Cabbarlının "Aydın" tamaşasında Dövlət bəy rolunu ifa edir.
Məmməd Verdiyev
Məhəmməd Verdizadə — Azərbaycan aktyoru. == Həyatı == Məhəmməd Verdizadə 1959-cu ildə Kəlbəcərdə anadan olmuşdur. Üç yaşında ikən ailəvi Laçına, oradan Yardımlıya köçmüş, buna görə də orta təhsilini 8-ci sinfə qədər Yardımlıda alıb. Şamaxıya köçdükdən sonra orta məktəbi orada bitirir. Əvvəlcə Xalq Təsərrüfatı İnsitutunda oxumağa başlayan aktyor, sonrada burada təhsilini yarımçıq qoyub İnsəcənət İnstitutuna daxil olur. 1976-1980-ci illərdə həmin institutda təhsil alır. Hələ II kursda oxuyarkən "Babək" filminin foto sınağında iştirak etmişdir. Çəkilişlər başlayan zaman Məhəmməd Verdiyev artıq III kursda təhsil alırdı. İnstitutu bitirdikdən sonbra bir müddət orada dərs deyir və Tədris Teatrında çalışır. Orada Elmira Məlikovanın rejissorluğu ilə hazırlanan Cəfər Cabbarlının "Aydın" tamaşasında Dövlət bəy rolunu ifa edir.
Natiq Verdiyev
Natiq Əlimurad oğlu Verdiyev (5 fevral 1995; Xızı rayonu, Azərbaycan — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Natiq Verdiyev 1995-ci il fevralın 5-də Xızı rayonunun Xələnc kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Natiq Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. "Həmlə" Taborunun üzvü olan Natiq Verdiyev oktyabrın 1-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində, "3340" yüksəkliyi istiqamətində şəhid olub. Xızı rayonunun Xələnc kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Verdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Verdiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Natiq Verdiyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nihat Verdiyev
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Nihat Verdiyev (əsgər)
Sədaqət Verdiyeva
Sədaqət Mirzə qızı Verdiyeva (14 mart 1928, Füzuli, Samux rayonu) — pambıqçı. Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyatı == Sədaqət Mirzə qızı Verdiyeva 14 mart 1928-ci ildə keçmiş Xanlar rayonunun Füzuli kəndində anadan olub. 1947-ci ildə «Qırmızı Oktyabr» kolxozunda yüksək əmək göstəricilərinə nail olmuşdur. İttifaq əhəmiyyətli fərdi pensiyaçıdır. == Haqqında yazılanlar == Mir Cəlal. Qəhrəman qız: [Sosialist Əməyi Qəhrəmanı, komsomolçu Sədaqət Verdiyeva haqqında] //Pioner.- 1948.- No 10.- S.10-11.
Səfər Verdiyev
Sə­fər Xəlil oğ­lu Ver­di­yev (1923, Yanşaq, Kəlbəcər rayonu – 27 avqust 2003) — Yardımlı və Kəlbəcər Rayon Partiya Komitəsinin I katibi; Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatı. == Həyatı == Səfər Verdiyev 1923-cü il­də Kəlbəcər rayonunun Yanşaq kən­din­də ana­dan ol­muş­dur. Kəlbəcər Rayon Komsomol Komitəsinin I katibi işləmişdir. Kəlbəcər Rayon Partiya Komitəsinin III katibi və I katibi vəzifələrində çalışıb. Laçın rayonunda Ərazi Partiya Komitəsinin sədri, Yardımlı Rayon Partiya Komitəsinin I katibi də olmuşdur. Şamaxı rayon XDS İK-nın sədri, Azərbaycan KP MK-nın plenumun üzvü, 2 çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Böyük Vətən Müharibəsi veteranı idi. == Təltifləri == 2 dəfə "Qırmızı Əmək Bayrağı", 2 dəfə "Şərəf Nişanı" ordenləri ilə təltif olunub.
Vaqif Verdiyev
Vaqif Verdiyev (icra başçısı)
Vaqif Verdiyev (travmatoloq)
Vaqif Qambay oglu Verdiyev (1 yanvar 1948, Kirovabad) — Azərbaycan Respublikasının əməkdar elm xadimi (2008), tibb elmləri doktoru, professor, həkim ortoped-travmatoloq. == Həyatı == Vaqif Verdiyev 1948-ci il yanvar ayının 1-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1970-ci ildə N. Nərimanov adina ADTİ-nu bitirdikdən sonra 1973-cü ilə qədər Gəncədə travmatoloq işləyib. 1973–1978-ci illərdə- H. İ. Turner adına Leninqrad ET Uşaq Ortopediyası institutunda elmi işci vəzifəsində işləyib. "Uşaqlqrda hipofosfatemik böyrək osteopatiyası "(aşağı ətrafların kliniki-rentgenoloji müayinə və cərrahi müalicəsi) mövzusunda namizədlik dissertasiyasını 1978 ildə Moskva şəhərində müdafiə etdikdən sonra Bakı ET Travmatologiya və Ortopediya institutuna dəvət edilib. Əvvəl kiçik, sonra baş elmi işçi və 1980-ci ildən sümük patologiyası şöbəsində rəhbər vəzifəsində işləyib. 1986–1988-ci illərdə Kiev ET Ortopediya İnstitutunda elmi ezamiyyətdə olub və" Boyartımı başa çatmiş xəstələrdə skoliozun ağır formalarının cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası üzərində çalışmışdır. Bakiya qayitdıqdan sonra 1988–1992-ci illərdə institutun elmi işlər üzrə direktor müavini işləmiş, eyni zamanda sümük patologiyası və böyüklərin ortopediyası şöbəsinə rəhbərlik etmişdir. Bu dövrdə Qarabağ müharibəsində yaralananların ETTOİ-da müalicə olunmasında təşkilatı və bir başa ixtisaslaşmış yardım göstərilməsində fəal iştirak etmişdir. Savaşın kəskin dövrü bitdikdən sonra 1994-cü ildə Kiev şəhərində doktorluq dissertasiyasını müdafiə etmişdir.
Verdicanan Qadınəfəndi
Verdicanan Qadınəfəndi (d. 18 oktyabr 1825 — ö. 9 noyabr 1889) — 31. Osmanlı sultanı Əbdülməcidin yeddinci xanımı. == Həyatı == Verdicanan xanım 1825-ci ildə Suxumidə abxaz əsilli ailədə dünyaya gəldi. Əsl adı Saliha idi. Atası Kaytuk bəy Açba, anası isə Yelizaveta idi. Özündən başqa İslam və Əhməd adlı 2 qardaşı, Pərəmrüz və Əmbruvaz adlı 2 bacısı vardı. Sultan Əbdülhəmidin xanımlarından Fatma Pəsənd xanımın böyük bibisi idi. Siyasi məqsədlərlə 17 dekabr 1840-cı ildə keçmiş Çırağan sarayında Sultan Əbdülməcidlə evləndirildi.
Yılmaz Verdiyev
Yılmaz Verdiyev - Fizika-riyaziyyat elmlər doktoru, professor. == Həyatı == Yılmaz Verdiyev 1937-ci ildə Bakı şəhərində doğulubdur. 1962-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsinin məzunu olubdur. 1962-1965-ci illərdə Moskvada Teoretik Eksperimental Fizika İnstitutunun assistenti vəzifəsində işləmişdir. 1965-ci ildə doktorluq elmi işini müdafiə edərək fizika elmləri namizədi olmuşdur. 1973-cü ildə "Expansion of the Helisity Group" adlı elmlər doktorluq mövzusunu müdafiə edib 1977-ci ildə professor olmuşdur. 1972-1992 illərdə Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun fizika laboratoriyasının müdiri olmuşdur. 1992-ci ildən bu yana Riyaziyyat və Fizika sahələrində Xarici Vətəndaşlıqlı Müqaviləli Müəllim olaraq vəzifə yerinə yetirmişdir. Elementar parçalar və riyaziyyat və fizika sahəsində 47 məqalə, 3 kitab və 18 məlumatı nəşr olunmuşdur.
Zemfira Verdiyeva
Zemfira Nadir qızı Verdiyeva — Azərbaycanın ilk xarici dillər üzrə qadın elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü == Həyatı == Zemfira Nadir qızı Verdiyeva 19 noyabr 1935-ci ildə Tiflis şəhərində anadan olmuşdur. Həmin ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. 1943-1945-ci illərdə 189 saylı (rus dilli) orta məktəbdə təhsil almış, 1953-cü ildə Azərbaycan Dövlət Pedaqoji Dillər Universitetində (İngilis-fransız dili fakültəsi) daxil olmuş, 1957-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1957-1995-ci illər arasında Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunda laborant, pedaqoji təcrübə müdiri, müəllim, kafedra müdiri, 1973-cü ildən 1995-ci ilə qədər rektor vəzifəsində çalışmışdır. 1965-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1968-ci ildə dosent elmi adına yiyələnmişdir. 1971-ci ildə doktorluq disser­tasi­yası mü­dafiə etmiş, 1972-ci ildə professor elmi adına layiq görülmüşdür. 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Z. Verdiyevanın dünya ölkələrindən aldığı 50-dən çox şlyapadan ibarət zəngin baş geyimləri kolleksiyası var. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Zemfira Verdiyeva 9 noyabr 2010-cu ildə Bakıda vəfat etmişdir. === Ailəsi === Alimin iki qızı var.
İdris Verdiyev
Verdiyev İdris Əli oğlu və ya Bədbin İdris (31 dekabr 1928, Şaplar, Kəlbəcər rayonu – 18 yanvar 2016, Bakı) — Azərbaycan coğrafiyaçısı, coğrafiya müəllimi, məktəb direktoru (müxtəlif illər), Kəlbəcər rayonu Bilik Cəmiyyətinin sədri, şair, publisist. == Həyatı == Verdiyev İdris 1928-ci il 31 dekabrda Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şaplar kəndində anadan olmuşdur.1945-ci ildə Kəlbəcər şəhər orta məktəbini bitirib və Şaplar kənd ibtidai məktəbinə müdir təyin edilir. 1946-cı ildə Kəlbəcər rayonunun Komsomol Komitəsinin II katibi təyin edlir. Orta məktəbi əla qiymətlərlə bitirdiyinə və nümunəvi işçi olduğuna görə 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə imtahansız qəbul edilir. İnstitutda əla qiymətlərlə oxuduğuna görə İ. V. Stalin adına təqaüdə layiq görülür. İnstitutu fərqlənmə diplomu ilə bitirərək, 1951-ci ildə Moskva Dövlət Pedaqoji İnstitutunun aspiranturasına daxil olur. 1953-cü ildə atasının qəflətən ağır xəstələnməsi nəticəsində ailəsinin iqtisadi vəziyyəti çətinləşir və anasının təkidi ilə aspiranturadan çıxaraq rayona dönür, Kəlbəcər şəhəri orta məktəbində coğrafiya müəllimi işləməyə başlayır. 1953-cü ildə İsgəndərova Məleykə Müslüm qızı ilə ailə qurur və Ağcakənd orta məktəbinə direktor təyin edilir. Sonra müxtəlif illərdə Kəlbəcərin müxtəlif kəndlərində (Lev, Güneypəyə, Kilsəlikənd, Geştək, Şaplar kəndlərində) məktəb direktoru işləməklə, ibtidai məktəblərin yenidənqurulması və sahəsinin genişləndirilərək orta məktəbə çevrilməsində fədakarlıqla çalışır. Uzun illər Kəlbəcər rayon Məhkəməsində Xalq İclasçısı kimi fəaliyyət göstərir.
İlqar Verdiyev
İsax Verdiyev
İsax Ədalət oğlu Verdiyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Verdiyev İsax Ədalət oğlu 1997-ci il sentyabrın 21-də Tərtər rayonunda anadan olub. Evin tək övladı idi. 5 dil bilən İsax İqtisad Universitetində oxuyarkən savadına görə 1 illik Türkiyədə təhsil almağa göndərilib. Ailəli idi, bir oğlu var. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan İsax Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı könüllü olaraq Füzulinin azad edilməsiuğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun əsgəri olan İsax Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı könüllü olaraq Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 05.10.2020-ci ildə Füzuli rayon istiqamətində düşmən üzərinə hücuma kecərkən şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsax Verdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İsax Verdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.