VİRANƏ

is. [ fars. ] Xaraba, yıxıq bina, uçuq bina qalıqları.
Mənzil olur gəh mənə viranələr; Cin görürəm, can görürəm, qorxmuram. M.Ə.Sabir.
Mən onda bildim ki, yaranmaq nədir? Bəşərsiz kainat bir viranədir. S.Vurğun.

// klas. Məc. mənada.
Xeyli müddətdir ki, könlüm eşq ilə viranədir; İmdi ol viranəni abad qılsan, vaxtıdır. Xətayi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VİRANƏ xaraba — bərbad
  • VİRANƏ viranə bax xaraba 1

Antonimlər (əks mənalı sözlər)

  • VİRANƏ VİRANƏ – ABAD Mən onda bildim ki, yaranmaq nədir? Bəşərsiz kainat bir viranədir (S.Vurğun); Biz bu dünyaya xarabalıqları abad etməyə gəlmişik (Ə
VİRANEDİCİ
VİRANƏLƏNMƏK

Digər lüğətlərdə