VURĞUN

sif.
1. Vurulmuş, aşiq olmuş, həddindən artıq sevən; məftun.
Zəfər sözünün də vurğunuyam mən; Günəşdən ucadır onun bayrağı! S.Vurğun.
[Aybəniz:] Elçin Reyhanın vurğunudur, … mən onların məhəbbətinə mane olmaq istəmirəm. M.Hüseyn.
Mən də sənin kimi gülə vurğunam. M.Rahim.

2. dan. bax vurğu1 2-ci mənada.
Bu böyük itik, bu kədərli faciə… Atabalaya bir vurğun kimi təsir etdi. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VURĞUN VURĞUN [Aytəmiz:] Elçin Reyhanın vurğunudur, ..mən onların məhəbbətinə mane olmaq istəmirəm (M.Hüseyn); ALUDƏ Biz ol aludeyi-dərdik ki, cami-mey dəvam
  • VURĞUN məftun

Antonimlər (əks mənalı sözlər)

  • VURĞUN VURĞUN – BİGANƏ Mən də sənin kimi gülə vurğunam (M.Rahim); Nə baxırsan oğrun-oğrun; Mənə biganələr kimi (Xəstə Qasım)
VURĞULU
VURĞUSUZ

Digər lüğətlərdə