VURNUXMAQ

f.
1. Boş-boşuna o tərəf-bu tərəfə getmək; qurdalanmaq, yerində hərəkət etmək, boş-boşuna daim hərəkətdə olmaq, əlləşmək, çalışıb-çapalamaq. Səhərdən axşamadək vurnuxmaq.
[Dayım] sonra yenə bir o tərəf-bu tərəfə vurnuxdu. C.Məmmədquluzadə.
…Həmişə görərdin ki, [Əsgər] ülgücbülövünü xurcuna qoyub, tülənmiş sərçə kimi vurnuxur. B.Talıblı.
Mahmud indi hospitalın uzun dəhlizində sağa-sola vurnuxur, şəfqət bacısını axtarırdı. Ə.Əbülhəsən.

2. Təşvişə düşmək, təlaşa düşmək, həyəcana düşmək, nə edəcəyini bilməmək, özünü ora-bura vurmaq. İndi neçə saat idi ki, əri getmişdi.
Gec gəldiyindən, arvad iztiraba düşüb vurnuxurdu. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VURNUXMAQ təlaşlaşmaq — təşvişləşmək — həyəcanlaşmaq
  • VURNUXMAQ qurdalanmaq — əlləşmək

Etimologiya

  • VURNUXMAQ Sözün əsli vur-un-ux-maq kimi olub, dur-ux-maq, sol-ux-maq qəlibi üzrə əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
VURNUXMA
VURUB-YIXAN

Digər lüğətlərdə