İlisu şəlaləsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İlisu şəlaləsi
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  • Qax
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlisu şəlaləsi və ya Ramramay şəlaləsiQax rayonunda şəlalə. Şəlalə rayonun hündür ərazisində yerləşir və ona çatmaq üçün ən azı yarım saatlıq yolu piyada qət etmək lazım gəlir. Hündürlüyə qalxmağı bacarmayanlar üçün nəqliyyat vasitələri də həmin ərazidə fəaliyyət göstərir.

Şəlalənin hündürlüyü təxminən 70-74 metrdir. Şəlaləyə gedən yolda onlarla bulağa rast gəlmək mümkündür. Bu sular qayalıqların arasından keçərək, süzülərək axır. Suyu ilin fəsillərindən asılı olmayaraq soyuq olur.

Yayda şəlalənin ətrafı ekoloji cəhətdən pis vəziyyətdə olur. Bəzi yerlər məişət tullantıları ilə o qədər çirklənir ki, sanki zibilliyi xatırladır.

İstinadlar

Xarici keçidlər