Duzlu göl (Bakı)

Duzlu göl və ya Qızılı göl[1]Bakının Suraxanı rayonunda, Zığ–Hövsan avtomagistralının yaxınlığında yerləşən göl. Göldə çimmək qadağan olunsa da, gölü şəfa mənbəyi hesab edən insanlar yayda gölə axın etməyə davam edirlər.

Duzlu göl
Yerləşməsi
40°20′26″ şm. e. 49°59′35″ ş. u.HGYO
Ölkə
Duzlu göl xəritədə
Duzlu göl
Duzlu göl

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Gölün suyu duzlu və yodla zəngin olduğu üçün hər il minlərlə insan göldə çimməyə gəlir. Xüsusilə, dəri xəstəliklərindən əziyyət çəkən insanlar şəfa tapmaq üçün göldə çimirlər.[2] Ziyarətçilər gölün dibindən yığılmış palçığı bədənlərinə sürtürlər, daha sonra günəş vannası qəbul edirlər.[3]

Gölü əsasən yaşlılar və Bakıya gələn turistlər ziyarət edirlər. Ruslar, ərəblər, Rusiya azərbaycanlıları göldə çimməyə gəlirlər. Gölün ətrafında 1993-cü ildən Zəngilan, FüzuliQubadlıdan olan məcburi köçkün ailələri yaşayır. Onlar gölün ətrafında tikdikləri duş, yeməkxana kimi obyektlərindən qazanc əldə edirlər.[2]

Çimmək qadağası

[redaktə | mənbəni redaktə et]

Göl suyunun bakterioloji vəziyyəti pis olduğu üçün və göldə antisanitariya şəraiti hökm sürdüyü üçün 2006-cı ildə baş dövlət sanitar həkiminin müavini tərəfindən imzalanan 25 saylı qərara əsasən göldə çimmək qadağan olunub. Gölün yodlu-bromlu suyunun antropogen təsirə məruz qalmışdır.[2] Buna baxmayaraq, gölə giriş məhdudlaşdırılmadığı üçün insanlar göldə çimməyə davam edirlər.[3] Bəzi şəxslər göldə çimdikdən sonra yeni dəri xəstəliklərinə yoluxduqlarını iddia edirlər.[4]

Duzlu gölün 200–300 metr yaxınlığında Yodlu göl yerləşir.[5] Bəzi ziyarətçilər Yodlu gölün Duzlu göldən daha müalicəvi olduğunu düşündükləri üçün bu göldə çimməyə üstünlük verirlər.[3] İnsanlar bədənlərinə, ağrıyan nahiyələrə yodlu palçıq çəkirlər.[5]

  1. "Göl də yaxşıdır, qiymətlər də - dövlət narazı, vətəndaşlarsa razı". Sputnik.az. 16 iyun 2019. 17 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2024.
  2. 1 2 3 ""Duzlu göl" müəmması: 50 qəpiyə başa gələn şəfa, yoxsa xəstəlik mənbəyi?". Sputnik.az. 10 avqust 2017. 17 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2024.
  3. 1 2 3 Rəşidova, Aygün. "Şəfa mənbəyi hesab edilən "Duzlu göl"". Amerikanın Səsi. 26 sentyabr 2020. 2024-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2024.
  4. "Bakıdakı "Duzlu göl" xəstəlik mənbəyidir? - FOTO". Milli.az. 10 iyul 2014. 17 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2024.
  5. 1 2 "Palçıqla "bəzənən" insanlar: Bakıda qeyri-adi gölə axın başlayıb". Oxu.az. 17 iyun 2024. 17 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]