word1
n 1. söz, kəlam; What’s the French word for "dog"? "İt" sözünə fransızca nə deyirlər? ~ for ~ sözbəsöz, hərfi; a man of few ~s az danışan adam, yığcam / müxtəsər danışan adam; a man of many ~s çoxdanışan adam, çərənçi; in a in one ~ bir sözlə, qısası, müxtəsəri; to put in (to say) a ~ for smb. bir kəs üçün ağız açmaq; bir kəs haqqında bir-iki kəlmə söz demək; to take smb. at his ~ bir kəsi sözünün üstündə tutmaq; the final / the last ~ son söz; 2. (adət. pl) nitq, danışıq; söz; Can I have a word with you? Səninlə / Sizinlə bir-iki kəlmə kəsə bilərəmmi? to have ~s with smb. bir kəslə sözü olmaq / bərk dalaşmaq; to put one’s thoughts into ~s fikrini sözlə ifadə etmək; Words fail me Söz tapa bilmirəm; bold in ~ only təkcə söz pəhləvanıdır; to take the ~s out of smb.’s mouth bir kəsin ağzından söz almaq / qapmaq; bir kəsin danışığını qabaqlamaq; warm / hot ~s söyüş, bərk savaş; fair ~s kompliment, xoş söz; 3. qeyd, fikir, mülahizə, rəy, məsləhət; 4. vəd, söz; to give one’s ~ vəd etmək, söz vermək; a man of his ~ sözünün ağası; 5. əmr, göstəriş; ~ of command hərb. farağat əmri; to give / to send ~ sərəncam / əmr vermək; to say the ~ komanda vermək; His word is law Onun sərəncamı qanundur; 6. parol (məxfi söz); to give the ~ parolu demək; 7. şüar, çağırış;
◊ beyond ~s təsvirə gəlməz; to swallow / to eat one’s ~s sözlərini geri götürmək, tüpürdüyünü yalamaq; üzr istəmək; the last ~ in / on smth. ≅ 1) son moda; 2) son söz (müəyyən bir sahədə); The last word hasn’t yet been said on this subject Bu məsələ barədə hələ son söz deyilməyib; in so many ~s tamamilə aydın, qəti / aşkar surətdə; Hard words break no bones at. söz. ≅ Milçək bir şey deyil, könül bulandırır; He hasn’t a word to throw at a dog 1) Onun ağzından kəlbətinlə bir kəlmə də söz çəkmək olmaz; 2) O, danışmaq belə istəmir; A word spoken is past recalling at. söz. ≅ Söz quş kimidir, ağzından çıxdı geri qayıtmaz; a ~ to the wise ≅ arifə bir işarə; Upon my word! Vicdanım haqqı!
word2
v sözlərlə ifadə etmək, münasib sözlər seçmək; She worded the explanation well O, izahı gözəl verdi