XƏYALAT

is. [ ər. “xəyalət” söz. cəmi]
1. Əsli olmadığı halda gözə görünən mövhum surət; həqiqətdə deyil, yalnız xəyalda, fikirdə, təsəvvürdə olan şeylər; xülya, kabus.
[Cəlil Məmmədquluzadə] xəyalata uyan idealların gözəlliyi ilə yaşayıb, varlığa tül pərdələr dalından baxan yazıçılardan deyildi. M.İbrahimov.

2. Fikir, düşüncə; fikirdə, xəyalda olan, arzu edilən şeylər.
Yüz sənə bundan əqdəm ata və babalarımızın … arzu və təmənnalarını, fikir və xəyalatını [Vaqif] yazıb… F.Köçərli.
Əhməd xəyalata o qədər inanmışdı ki, qazanacağı 500 manatın cınqıltısını cibində eşidir və xəyalatı canlandırırdı. B.Talıblı.

□ Xəyalat eləmək – çox fikir eləmək, çox düşünmək, fikirləşmək, fikrində götür-qoy eləmək. [Xırda xanım:] …Bol xəyalat eyləmişəm.
Bir neçə vaxt işi düzəldib toy fikrinə düşmüşəm… N.Vəzirov.

Xəyalat götürmək – dərin düşüncələrə qərq olmaq, fikir-xəyal götürmək.
İnsanı xəyalat götürəndə hər cür nataraş fikirlər adamdan əl götürmür. C.Məmmədquluzadə.
Bir neçə vaxt gözümə yuxu getmədi, xəyalat məni götürdü. Ə.Haqverdiyev.
Həmzəbəyi xəyalat götürdü. Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XƏYALAT xəyala(ə)t bax xəyal 1
XƏYAL
XƏYALÇI
OBASTAN VİKİ
Xəyalat
Xəyalat — yaradıcılığının birinci dövründə dram əsərləri yazan Ə. Haqverdiyev, ikinci dövründə (1905–1920) Azərbaycan ədəbiyyatına ustad bir hekayəçi kimi daxil olur, Azərbaycan bədii nəsrinin gözəl nümunələrini yaradır. Həmin dövrdə ədibin yazdığı səhnə əsərlərindən biri də "Xəyalat" pyesidir. Əsər 1911-ci ildə "Orucov qardaşları" mətbəəsi tərəfindən Bakıda çap edilmişdir. Bir pərdədən ibarət olan bu pyesi yazıçı Ə. Haqverdiyev 1911-ci ildə qələmə almışdır. Pyes, yazıçının özünə ustad bildiyi Mirzə Fətəli Axundzadənin 100 illiyinə həsr etmişdir və ilk dəfə Axundzadənin doğum günündə səhnədə oynanılmışdır. == Mövzusu == Ədib "Xəyalat" pyesində Mirzə Fətəli Axundovun "böyük faciə" ilə dolu həyatını ölməz komediyalarının qəhrəmanları: Hatəmxan ağa, Hacı Qara, Dərviş Məstəli şah, Molla İbrahim Xəlil və s. ilə əlaqəli şəkildə təsvir edir. Pyesdə incə və orijinal bir yolla M. F. Axundov və onun ölməz komediya qəhrəmanları qarşılaşdırılır, böyük mütəfəkkir-ədibin öz dövründə necə qiymətləndirildiyi və necə ağır şəraitdə yazıb-yaratdığı göstərilir. == Süjeti == Hadisələr Mirzə Fətəlinin Tiflisdəki evində baş verir. Xalqını oyatmağa çalışan Mirzə Fətəli bu yolda həmişə çətinliklərlə üzləşir.
Xəyalat (pyes)

Digər lüğətlərdə