XACƏ FARS

Xədim; xidmətçi. (“Koroğlu” dastanının lüğəti)

Gördü bir neçə saray adamı qabaqda, onların arxasınca əllərində çovgan olan bir neçə xacə, sonra isə Nigar xanım bir neçə kəniz, incə bel qızla gəlir. (Paris nüsxəsi, 4-cü məclis)

XAC
XAK FARS
OBASTAN VİKİ
Fars
Farslar — əsasən İranda yaşayan xalq. == Məskunlaşmaları və sayları == Dünyada sayları 2013-cü ilə olan təxminə əsasən 83 milyondan çoxdur. Onlardan 59 milyonu İranda, qalanları Türkiyədə, BƏƏ-də, İraqda, Qətərdə, Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Kanadada, Fransada, Böyük Britaniyada, Küveytdə, İsveçdə və digər ölkələrdə yaşayırlar. Fars dilində danışırlar. Dindarların əksəriyyəti şiə, azlığı sünni, bəhai, zərdüşti və sairədir. == Fars xalqının mənşəyi və "fars" sözünün mənası == Fars sözünə İlk dəfə e.ə. IX əsrə aid qədim Aşşur kitabələrində rast gəlinmişdir. Fars sözü qədim pəhləvi dilində "iti","cəld" anlamını ifadə edir. Farslar e.ə. II minillikdə Şərqi Avropa düzəngahlarından kütləvi şəkildə köç edərək Orta Asiyada, oradan da Fars körfəzinin şimal-şərq ərazilərdəki qədim yurdlarına qayıdaraq məskunlaşmışlar.
Məçkə-xacə
Məçkə-xacə — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Məckəxacə oyk., miir. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Cağacıq çayının sahilində, dağətəyi ərazidədir. Əsl adı Mahcəkə Xacə olmuşdur. Rustov kəndinin keçmiş məhəllələrindən birinin adıdır. Bəzi tədqiqatçıların fikrincə, oykonim tat dilindəki mah (dayanacaq), cəkə (yer) və xacə sözlərindən ibarət olub, “xacənin dayanacaq yeri, düşərgəsi” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 392 nəfər əhali yaşayır. Məçkəxacə kəndinin əhalisi tatlardan ibarətdir.
Xacə Baqibillah
Xacə Baqibillah əsl adı Əbülmüəyyəd Radıyyüddin Xacə Əbdülbaqi b. Əbdissəlam Üveysi Nəqşibəndi (1564, Kabil – 1603, Hindistan) — İmam Rəbbaninin mürşidi, Nəqşibəndi təriqətini Hindistanda yayan mütəsəvvif. == Həyatı == Xacə Baqibillah 971-ci (1563-cü) ildə Kabildə doğulmuşdu. Səmərqəndli Qazı Əbdüssəlam Xalacinin oğludur. Ubeydullah Əhrarın nəslindən olan anasının, Baqibillah Dehlidə xanəgahını qurduqdan sonra dərvişlərin yeməklərini bişirmə vəzifəsini böyük bir zövqlə öz üzərinə aldığı rəvayət edilir. Baqibillah gəncliyində İslami elmləri Mövlanə Sadıq Həlvai adında bir zatdan öyrənməyə başladı. Mövlana Sadıq Kabildən Mavəraünnəhrə gedincə tələbələrini də özü ilə bərabər götürdü; ancaq Baqibillah təhsilini bitirmədən təsəvvüfə yönəldi və Orta Asiyada çeşidli şeyxlərdən faydalandı. Nəqşibəndi təriqətından Şeyx Ubeyd, Mövlana Lütfullah və Seyid Abdullah Bəlxiyə və Yəsəvi təriqətından İftixar Şeyxə intisab etdiysə də, inabəsini təkrar təkrar pozdu. Bir müddət sonra Lahora keçən Baqibillah ona təklif edilən Moğollar ordusundakı vəzifəni qəbul etməyib dərvişanə həyatına davam etdi. Sonucsuz qalan bir eşq macərası keçirdikdən sonra daha güclü bir əzmlə təkrar özünü təsəvvüfə verdi.
Xacə Cövhər
Xacə Cövhər (v. 11 noyabr 1390) — əmir, Əlincəqalanın kutvalı. == Həyatı == XIV əsrin 80-ci illərində Əlincəqalanın müdafiəsinə başçılıq edib. 1387-ci ildə Əmir Teymurun Əlincə qalasına ilk yürüşü zamanı ona ciddi müqavimət göstərmişdir. === Vəfatı === 11 noyabr 1390-cı ildə, Ramazan bayramı günündə taun xəstəliyindən vəfat etmişdir. == Əlincə qalasının müdafiəsində rolu == AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin SƏFƏRLİ Şərq qapısı qəzetinin 6 aprel 2016-ci il tarixində qələmə aldığı "Əlincəqalanın teymurilərdən müdafiəsinə rəhbərlik etmiş qala rəisləri" haqqında məqaləsində Xacə Cövhər yazır haqqında yazır: == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 195.
Xacə Cəmaləddin
Xacə Cəmaləddin — orta əsrlər zamanı Naxçıvan memarlıq məktəbinin ilk yetirmələrindən biri. Onun adı Əlincəçay sahilində, el arasında “Şeyx Xorasan” adı ilə tanınan xanəgah kompleksinə daxil olan və özünün inşa etdiyi əsas türbənin kitabəsi əsasında aşkar olunmuş və elmi ictimaiyyətə və mədəniyyət tariximizə təqdim olunmuşdur. Kitabədə memarın adının “hörmətli və alicənab” epitetləri ilə müşayiət olunması onun məşhur və böyük nüfuza malik sənətkar olmasından xəbər verir. Bu fikri onun daşıdığı, orta əsrlər zamanı görkəmli şəxsiyyətlərin adına əlavə olunan “Xacə” titulu da təsdiq edir. Çünki həmin dövrdə “xacə” titulu hər bir adama deyil, görkəmli sənətkarlara, alimlərə, şairlərə, öz işinin incəliklərinə yaxından bələd olan sənətkarlara, hətta dövlət başçılarına verilirdi. Kitabənin son hissəsi ovulub töküldüyü, tarixlər isə adətən bu hissədə yazıldığı üçün tarix məhv olmuşdur. Tədqiqatçılar türbəni memarlıq-konstruktiv quruluşuna və kitabəsinin xətt xüsusiyyətlərinə əsasən XII-XIII yüzilliklərə aid edirlər. == Mənbə == Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
Xacə Nizamülmülk
Nizamülmülk, tam adı Əbu Əli Əl-Həsən ət-Tusi (Ərəbcə: نظام الملك، ابو علي الحسن الطوسي / Nizāmu'l-Mulk Əbū ʿAli əl-Həsən ət-Tūsī; Farsca: خواجه نظام‌الملک طوسی / Xacə Nizāmülmülk Tūsī; 10 aprel 1018[…], Tus, Qəznəvilər dövləti – 14 oktyabr 1092[…], Səhnə, Böyük Səlcuq imperiyası) — Səlcuq Dövlətinin baş vəziri və "Siyasətnamə" adlı kitabın müəllifi, farssiyasətçisi, tarixi şəxsiyyət. == Həyatı == Şərq tarixində müdrik, uzaqgörən vəzir deyəndə iki şəxs ağıla gəlirsə, biri Nizamülmülkdür. Məşhur Səlcuqi sultanları Alparslan va Məlikşahın vəziri olmuş bu şəxs dövlətin iqtisadi qüdrətinin artmasında, qoşunun möhkəmlənməsində, ölkənin mədəni həyatında çox mühüm rol oynayıb. Eyni zamanda o, diribaş korrupsioner, rəqiblərini məhv etmək üçün istənilən üsula əl atan sərvaxt məmur, proteksionist olub. Nizamülmülkün bu xüsusda "ilk kövrək addımları" barədə "Vəzirin tərcümeyi-halı" adlı bir kitabda yazılır: "Bir ara Xacə (Nizamülmülk) Bəlx əmiri ibn Şadanın yanında katiblik edirdi. Vaxtaşırı ibn Şadan Xacəyə deyirdi: "Ey Həsən, yaman kökəlibsən". Sonra nəyi varsa əlindən alıb deyərdi: "Sən katibsən, qələmin sənə bəsdir". Bir qədər işləyəndən sonra əmlakı müsadirə edildi, özü isə tutulmamaq üçün qaçıb aradan çıxdı". Amma bütün bunlar onun üçün bir məktəb olur. O, saray sirlərini, yaltaqlıq, nifaq salmaq, ürəyə girmək, kiçik və böyük məmurlarla necə davranmaq və s.
Xacə Əhrar
Nasirəddin Ubeydullah ibn Mahmud Şaşi Xacə Əhrar kimi tanınır (aprel 1404 və ya 1404, Turan və ya Daşkənd – 21 fevral 1490 və ya 1489, Səmərqənd) — Mavərənnəhrin böyük sufisi, Nəqşibəndiyyə şeyxi. == Həyatı == Ubeydullah ibn Mahmud 1404-cü ildə Şaş vilayətinin Bağıstan kəndində doğulmuşdu. Nəqşibəndi ənənəsində Xacə-i Əhrar deyə tanınır. Uşaqlığında həm məktəbə davam etdi, həm də əkinçiliklə məşğul olan atasına yardımçı oldu. İyirmi iki yaşına gəldiyində dayısı Xacə İbrahim onu elm təhsili üçün Səmərqəndə gətirdü. Burada bir müddət Mövlanə Qütbəddin Sədr mədrəsəsinə davam etdiysə də təsəvvüfə duyduğu meyil səbəbiylə mədrəsə təhsilini başa çatdıra bilmədi. Bu dönəmdə tanış olduğu Nəqşibəndi şeyxi Sa‘dəddin-i Qaşqari ilə birlikdə Nizaməddin Xamuşun söhbətlərinə qatıldı. Səmərqənddə iki illik iqamətinin ilk ilində Mavəraünəhirin müxtəlif şəhərlərini dolaşıb, Nəqşibəndiyyə təriqətinin öndə gələn şeyxlərini ziyarət etdi. Ertəsi il Heratdan Səmərqəndə gələn və Şah Qasım Ənvar deyə məşhur olan Səfəvi şeyxi Seyyid Muinəddin Əli Təbrizinin söhbətlərindən faydalandı. Daha sonra Səmərqənddən ayrılıb Herata getdi.
Anşan (Fars)
Anşan (şum. 𒀭𒍝𒀭), müasir Təll Malyan (fars. تل ملیان‎), qədim fars şəhəri. İranın cənub-qərbindəki Zaqros dağlarında, Şirazdan təxminən 46 kilometr (29 mil) şimalda və Fars ostanında Beyza/Ramcird düzənliyində Persepolisdən 43 kilometr (27 mil) qərbdə yerləşirdi. Onun yerləşdiyi yer Elam tədqiqatları üçün əlamətdardır. Bu, mövcud olan ən erkən şəhər dövlətlərindən biri və eramızdan əvvəl 4-cü minilliyin sonlarından Elamın ən erkən paytaxtlarından biri idi. Eramızdan əvvəl 7-ci əsrdə farsların hakimiyyəti altına düşdü və sonra Farsın ilk paytaxtlarından birinə çevrildi. Anşan haqqında məlum olanların əksəriyyəti Tall-e Malyanda arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim artefaktlar və erkən Elam mətnlərindəki keçidlər vasitəsilə aşkar edilmişdir. == Tarixi == Anşan dünyanın ən qədim məlum sivilizasiyalarından biri hesab olunur. Eramızdan əvvəl 4000-ci ildən eramızdan əvvəl 1000-ci ilə qədər ardıcıl olaraq işğal edilmiş və siyasi cəhətdən Suzıdakı elamlılarla, eləcə də mesopotamiyalıların hakimiyyəti altında olmuşdur.
Baladeh (Fars)
Valashahr — İranın Fars ostanının Kazerun şəhristanının Cereh və Baladeh bəxşində şəhər və bu bəxşin mərkəzi. 2015-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,972 nəfər və 856 ailədən ibarət idi.
Fars Körfəzi
İran körfəzi və ya Fars körfəzi(fars. خلیج فارس - Xəlic-e Fars; - əl-Xəlicül-farsi, əl-Xəlic-əl-farsi ) — İran və Ərəbistan yarımadası arasında yerləşən körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var. İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər, lakin ərəb ölkələri bu körfəzin adını Ərəb körfəzi hesab edirlər. Bu körfəz türkcə Bəsrə körfəzi də adlanır. Bu ad tarixi köklərə malikdir və Osmanlı imperiyası dövründə bu adla tanınıb. Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır. Dəclə və Fərat çaylarının qovuşması nəticəsində yaranan Şəttül-Ərəb çayı İran körfəzinə tökülür. Hidroloji, hidrokimyəvi və digər xüsusiyyətlərinə görə İran körfəzi dənizlərlə oxşardır.
Fars bəylərbəyliyi
Fars bəylərbəyliyi — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. == Tarixi == XVI əsrin əvvəlindən I Şah İsmayıl Səfəvi Fars ostanının ağqoyunluların əllərindən alıb orda Zülqədər elini yerləşdirdi. Bəylərbəyiliyinin paytaxtı Şiraz şəhəri idi. Şah İsmayıl hicri 909-cu ildə (1503 = Sıçğan ili) Farsı fəth etdikdə, bu geniş bölgənin valiliyini İlyas bəy Hacılar-Zülqədərə vermişdi. Fəqət ertəsi il bir səhvi üzündən onu öldürtdüyü kimi, yerinə təyin etdiyi Süleyman bəyi də eyni aqibətə uğratdı. Bunun üzərinə Şiraz valiliyinə Avşar Mənsur bəy gətirildi. Mənsur bəy, Ağqoyunlu Uzun Həsən bəyin hələ Diyarbəkirdə ikən yaxın əmirlərindən biri olub İranın fəthi üzərinə ona Kuhgiluyə valiliyi verilmişdi. Şah İsmayılın Farsı ələ keçirdiyini görən Mənsur bəy başına Qızılbaş tacını geyərək dirliyini mühafizə edə bildi. Ancaq Mənsur bəyin Şiraz valiliyi çox az sürmüş və bura yenə Zülqədər elindən Əmət bəyə (Sarı Şeyxlü obasından) verilmiş və Əmət bəy bu təyinatdan sonra Xəlil sultan ləqəbi ilə anılmışdır. Ancaq Çaldıran savaşında boşluq göstərdiyi ittihamı ilə Xəlil Sultan da öldürülərək yerinə Zülqədərin Çiçəkli obasından Qorucu Başı İzzəddin təyin edildi.
Fars dili
Fars dili (fars. فارسی‎) və ya həmçinin Farsi endonimi ilə də tanınır, [fɒːɾˈsiː] (qulaq asmaq)) — Hind-Avropa dillərinin Hind-İran bölməsinin İran qoluna aid olan Qərbi İran dilidir. Fars dili, əsasən İran, Əfqanıstan və Tacikistanda danışılan və rəsmi olaraq üç qarşılıqlı başa düşülən standart növdə istifadə olunan plurisentrik bir dildir, yəni İran Fars dili (rəsmi olaraq fars dili kimi tanınır), Dari Fars dili (rəsmi olaraq Dari kimi tanınır) 1964-cü ildən) və tacik fars dili (1999-cu ildən rəsmi olaraq tacik kimi tanınır). Özbəkistanda, eləcə də Böyük İranın mədəni sferasında fars tarixi olan digər bölgələrdə əhəmiyyətli bir əhali tərəfindən tacik çeşidində yerli dildə danışılır. Rəsmi olaraq İran və Əfqanıstan daxilində ərəb qrafikasının törəməsi olan fars əlifbası ilə, Tacikistan daxilində isə kiril qrafikasının törəməsi olan tacik əlifbası ilə yazılıb. Müasir fars dili Sasani İmperiyasının (224–651) rəsmi dili olan Orta Fars dilinin davamıdır, özü də Əhəmənilər imperiyasında (e.ə. 550–330) istifadə edilən qədim fars dilinin davamıdır. İranın cənub-qərbindəki Fars (Fars) bölgəsində yaranmışdır. Onun qrammatikası bir çox Avropa dillərininkinə bənzəyir. Tarix boyu fars dili mərkəzi Qərbi Asiya, Orta Asiya və Cənubi Asiyada olan müxtəlif imperiyalar tərəfindən nüfuzlu bir dil kimi istifadə edilmişdir.
Fars düyünü
Assimetrik ilmə (Farsbaf ilmə) — olama və ya farsbah adlanıb və xovlu xalça toxunuşunda istifadə edilən ilməyə 1980-ci illərdən sonra mütəxəssislər tərəfindən verilən addır. Assimetrik sözü uyğunsuzluq, assimmetriyasızlıq mənasında da işlənir.
Fars dırmanantəlxəsi
Fars dırmanantəlxəsi (lat. Zamenis persica) — Suilanıkimilər fəsiləsinə aid növ. Sayı azalmaqda olan relikt növdür. == Təsviri == Xarici görünüşünə görə eskulap təlxəsinə çox oxşayır. Kiçik və orta ölçülü ilan olub, uzunsov başı boynundan bir qədər seçilir. Bədən uzunluğu 70 sm-dən 90 sm qədərdir, lakin bəzi iri fərdləri 120 sm-ə çatır. İran təlxəsinin 2 rəng aberasiyası var: açıq və melanik. Açıq aberasiyada bədənin bel tərəfinin rəngi açıq boz və tünd bozdan, bozumtul-qəhvəyi rəngə qədər dəyişir, nadir hallarda qırmızımtıl-qəhvəyi rəngdə olur. Melanik aberasiyada bədən tamamilə qara rəngdədir. Üst dodaq qalxancıqları, başın yanları və alt tərəfi ağ rəngdədir.
Fars girdəbaşı
Fars girdəbaşı (lat. Phrynocephalus persicus) — Sürünənlər fəsiləsinə, Girdəbaşlar cinsinə daxil olan növ. Əvvəllər Yovşanlıq girdəbaşı növünə daxil olan yarımnöv hesab edilirdi. == Yayılma və yaşayış yerləri == Girdəbaşlara əsasən İranın şimal-qərb rayonlarında rast gəlinir. Keçmişdə Azərbaycannın Zuvand ərazisində aşkarlansa da son görüntü 50 il öncəyə aiddir.
Fars gəvəni
Fars gəvəni (lat. Astragalus persicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Azərbaycanın Zuvand dağlarında təsvir edilmişdir. == Botaniki təsviri == 25 sm hündürlükdə, tikanlı, gümüşü, yumşaq tüklü, yarpağını tökən kolcuqdur. 5-6 cüt ellipsvari, 16 mm-ə qədər uzunluqda, ucu nazik, tikansız yarpaqcıqlıdır. İyulda çiçəkləyir. Çiçəkaltlığı enli və qısa, azca şişdir. Bəzək bitkisi kimi daşlı yamacların örtülməsində istifadə edilə bilər. Bir növ müxtəlifliyi məlumdur: Rapherrianus (Fisch.) Boiss. == Ekologiyası == Dağlıq sahələrdə, quru, daşlı yamaclarda bitir.
Fars mifologiyası
Fars mifologiyası və ya İran mifologiyası — qədim Böyük İranda yayılmış mifologiya. İran mifologiyasının formalaşmasının ilkin mərhələsi Hind-İran icması dövrünə aiddir. Mifologiyanın əsas mətni şair Firdovsinin X–XI əsrlərin əvvəllərində yazdığı "Şahnamə"dir. Firdovsinin əsəri təkcə "Avesta"dan deyil, həm də "Bundahişn" və "Denkard" kimi sonrakı dövrlərə aid mətnlərdən də zərdüştiliyin hekayələri və personajlarına istinad edir. Hər halda, İran mifologiyasının bərpası üçün istifadə edilən əsas mənbə "Avesta"dır. İran mifologiyası Hindistanın veda mifologiyasına yaxındır. Ortaq Hind-Avropa əsasına qayıdır. İran mifologiyasının qədim təbəqəsinin bir çox adları veda ilahilərinin adları arasında ümumi köklərə malikdir. Məsələn, sonradan Cəmşid olmuş Yima əslində veda tanrısı Yamadır. Cəmşid hekayəsi Qədim İran mifologiyasının ən dolğun əfsanələrindən biridir.
Hacıabad (Fars)
Hacıabad- İranın Fars ostanının şəhərlərindən və Zərrindəşt şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,346 nəfər və 4,195 ailədən ibarət idi.
Meymand (Fars)
Meymənd — İranın Fars ostanının Firuzabad şəhristanının Meymənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,615 nəfər və 2,138 ailədən ibarət idi.
Nurabad (Fars)
Nurabad — İranın Fars ostanının şəhərlərindən və Məməsəni şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,668 nəfər və 11,006 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti məməsəni elindən ibarətdir, lur dilində danışırlar və şiə müsəlmandırlar.Məməsənilərdən əlavə qaşqaylarda bu şəhərdə yaşayırlar.
İc (Fars)
İc — İranın Fars ostanının İstəhban şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,233 nəfər və 1,497 ailədən ibarət idi.
Ərdəkan (Fars)
Ərdəkan – İranın Fars ostanının şəhərlərindən və Sipidan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 16,212 nəfər və 3,534 ailədən ibarət idi.
Fars itburnusu
Fars itburnusu (lat. Rosa persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Fars mətbəxi
İran mətbəxi və ya Fars mətbəxi İranın qida ənənələri, ərzaq məhsulları və onların hazırlanma üsullarını əhatə edir. İran kulinariya üslubları qonşu regionlarına o cümlədən Qafqaz mətbəxi, Türk mətbəxi, Levantin mətbəxi, yunan mətbəxi, Orta Asiya mətbəxi və Rusiya mətbəxi ilə tarixi qarşılıqlı əlaqələrə malikdir. Farslaşmış Orta Asiya Muğal sülaləsi vasitəsilə İran mətbəxindən bəzi aspektləri Şimali Hind mətbəxinə də keçib. İranın əsas tipik yeməkləri düyünün ət (qoyun, toyuq və ya balıq), tərəvəz (soğan və müxtəlif göyərtilər) və qoz ilə birlikdə hazırlandığı yeməklərdir. Təzə göyərtilər, eləcə də ərik, nar, heyva, gavalı, ərik və üzüm kimi meyvələr tez-tez istifadə olunur. Zəfəran, qurudulmuş laym, darçın, sarıkök və cəfəri kimi ədvaları qarışdırılır və bəzi xüsusi yeməklərin hazırlanmasında istifadə olunur. İran mətbəxi iranlıların yaşadığı bir çox xarici şəhərlərdə də: London, Los-Anceles, Vaşinqton, Kolumbiya, Vankuver və Toronto kimi çoxmillətli şəhərlərdə də getdikcə populyarlaşır. Xüsusilə Los-Anceles və onun ətrafı (Tehran və Los-Anceles sözlərindən düzəldilmiş Tehrangeles adlandırılan hissəsi) İran mətbəxinə məxsus, əsasən kabab olmaqla, bir sıra ət yeməkləri və digər ənənəvi yeməklər təklif edən İran restoranlarının sayı və keyfiyyəti ilə məşhurdur. İran mətbəxi ən qədim və tarixli bir mətbəxdir eynən öz tarixi kimi 3000 ildən çox tarixi var. == Əsas ərzaq növləri == === Düyü === Düyü İran mətbəxində xüsusi yer tutur.
Fars körfəzi
İran körfəzi və ya Fars körfəzi(fars. خلیج فارس - Xəlic-e Fars; - əl-Xəlicül-farsi, əl-Xəlic-əl-farsi ) — İran və Ərəbistan yarımadası arasında yerləşən körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var. İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər, lakin ərəb ölkələri bu körfəzin adını Ərəb körfəzi hesab edirlər. Bu körfəz türkcə Bəsrə körfəzi də adlanır. Bu ad tarixi köklərə malikdir və Osmanlı imperiyası dövründə bu adla tanınıb. Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır. Dəclə və Fərat çaylarının qovuşması nəticəsində yaranan Şəttül-Ərəb çayı İran körfəzinə tökülür. Hidroloji, hidrokimyəvi və digər xüsusiyyətlərinə görə İran körfəzi dənizlərlə oxşardır.