– [Mirzə:] Balalarım, dünyada mən çox ömür etmişəm, sizin yolunuzda nə qədər çalışıb məramıma çatmışam və xatircəm, qeydsiz dünyadan gedirəm.
Şahsənəm çolpa-cücələrini qanadının altına alıb, xatircəm yatmışdı.
□ Xatircəm etmək – arxayın etmək, sakitləşdirmək.
Kosa klub müdirini xatircəm edib geri qaytardı.
Xatircəm olmaq – rahat olmaq, arxayın olmaq, sakit olmaq.
[Əhməd:] Qızım, mənim nə oğlum var, nə də qızım, səni sınayırdım, xatircəm ol, Qəribini tapıb sənə yetirərəm. “ ”.
Şah övrət-uşağı tərəfindən xatircəm oldu.
[İsmət:] Getmiş, mollanı bulsun; Məktubu oxutsun, xatircəm olsun.