[Gülüşgəlin:] İndicə-indicə evimizə xeyir-bərəkət gəlir.
Bəylik, göylük, səylik olan məclisdə; Qaç ki, orda xeyir-bərəkət olmaz.
◊ Xeyir-bərəkətini qaçırmaq – qiymətdən salmaq, zərərə salmaq.
[Yaşlı kişi tacirə:] Sən mənim xeyir-bərəkətimi qaçıracaqsan, sən mənim halal malıma haram qatacaqsan… – deyərək, uzun-uzadı deyinərdi.