1. Zehni və ya istehsalatla bağlı olmayan fiziki əməyin müxtəlif sahələrində maaşla xidmət edən adam; qulluqçu. Fəhlə və xidmətçilər.
– Mirzəağa [Cəmiləni] istirahət evinin bir xidmətçisi və ya məsul bir işçisi zənn etdi.
Kənd məktəbinin qoca xidmətçisi İmran kişi artırmaya qalxıb qapını döydü.
// Adamların ehtiyaclarını təmin etməklə məşğul olan, xidmət göstərən şəxs.
Xidmətçi qızlar hər sərnişinə ayrıca balaca podnosda və çox təmiz qab-qacaqda yemək paylayırlar.
2. Ev qulluqçusu (qız, qadın).
Məhəmməd Səfi ağa bir az səbir eləyib, xidmətçi qızı [Alının] dalınca göndərdi.
[Ceyran] Eldarın evindəki xidmətçi qadından da bəzi məlumat alır.
// Qulluqçu, nökər.
Axırda [Cəlilin] nadincliyindən anası da bezar olub, onu bir dükançı yanına xidmətçi qoydu.
[Pəri Bəhrama:] Onu yaxşı bil ki, sən bu evdə xidmətçi kimi bir şeysən.
Əmioğlunun xidmətçisi Məmmədrza uşaqlıqdan bu üç ailə içində yaşadığına görə, hamımız ona bir külfət üzvü kimi baxırdıq.