YIXMAQ

f.
1. İtələyib, vurub, yaxud bərk toxunub yerə salmaq, yerə düşürtmək, yerə vurmaq; aşırmaq. Öküzü nallamaq üçün yerə yıxdılar. Külək adamı yıxır.
// Üzərindən atmaq, yerə salmaq, devirmək, yerə vurmaq. Uşağı at yıxdı.
2. Yanı üstə qoymaq.
3. Bütün ağırlığı ilə düşmək, salmaq.
[Kiçikxanım] güclə özünü taxtın üstünə yıxdı. Mir Cəlal.

4. Uçurmaq, dağıtmaq, xaraba qoymaq, viran etmək. Divarı yıxmaq.
– Yıxar qayaları, atar dağları; Kəməndinə salar Koroğlu səni. Koroğlu”.
Böyük bir dünyanı yıxmaq, uçurmaq; Yerində başqa bir dünya da qurmaq? S.Vurğun.

5. Güləşmədə: basmaq, məğlub etmək.
[Xəlfə:] …Süleymanı bu vaxtadək yıxan olmamışdı, elə verdin xoruzunu qoltuğuna!… C.Cabbarlı.

6. məc. Devirmək, zorla hakimiyyəti əlindən almaq. İstismarçı sinifləri yıxmaq.
// məc. Mövqeyindən, vəzifəsindən düşürmək; mövqeyindən, vəzifəsindən düşməsinə nail olmaq.
7. Atmaq, həvalə etmək, yükləmək (adətən tərkiblərdə). Üzərinə yıxmaq. Üstünə yıxmaq. Öhdəsinə yıxmaq.
– Deməli, biz ərin günahını arvadın boynuna yıxmaqda haqlı deyilik? M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YIXMAQ basmaq
  • YIXMAQ uçurmaq — dağıtmaq
  • YIXMAQ aşırmaq
  • YIXMAQ devirmək
  • YIXMAQ atmaq — yükləmək
  • YIXMAQ 1. YIXMAQ (güləşdə birinə qalib gəlmək) [Balağa:] Hamı elə təsəvvür edir ki, mən səni Nardaranda yıxa bilərdim, özüm yıxmadım, gənc olduğun üçün rəhmi

Antonimlər (əks mənalı sözlər)

  • YIXMAQ YIXMAQ – QALDIRMAQ Uşağı vurub yerə yıxdılar (“Ulduz”); Gərək siz qolundan tutub qaldırasınız (Mir Cəlal)

Etimologiya

  • YIXMAQ “Bütün günahlarını mənim üstümə yıxma”, - deyirik. Mənbələrin araş­dı­rılması göstərdi ki, buradakı yıxmaq sözünün əsli yığmaq olub
YIXMA
YIPRAMA

Digər lüğətlərdə