YA

Bölüşdürmə bildirənlər (ya sən, ya mən) fars mənşəlidir, müraciət bildirənlər (ya Əli...) ərəb mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

VÜSƏT
YABA
OBASTAN VİKİ
Ya istiqlal, ya ölüm
"Ya istiqlal, ya ölüm" — Mustafa Kamal Atatürkün Sivas konqresinə çıxışı zamanı istifadə etdiyi ifadə.
Ya Salam
“Ya Salam” (ərəbcə: يا سلام‎) ərəb pop ulduzu Nensi Ajramın 3-cü albomu olub, 2003-cü ildə buraxılmışdır. Albomun mahnıları 2002-2003-cü illərdə yazılıb. Bu, ona böyük uğur qazandıran albom hesab olunur. Janrı - ərəb popudur. Davamiyyəti – 39:00. İstehsalçı şirkət - Megastar / Relax-In. Prodüser – Jiji Lamara. "Akhasmak Ah" – 4:57/ Küsərəm, hə. "Nasseto Garho" – 4:39/ Yarasını unutdurdum "Yay (Sehr Oyouno)" – 4:23/ Wow (Gözlərinin sehri) "Inta W Bass" – 4:56/ Yalnız sən "Ya Salam" – 4:37/ Ah, necə əla "Ahla Jaw" – 3:54/ Ən yaxşı həyat "Eynann Tara" – 4:07 / Gözlər görür "Inta" – 4:14/ Sən "Ashkaraballi" – 3:13/ Açıq-aşkar bəlli Sinqllar: Akhasmak Ah (10 həftə 1-ci oldu) Ya Salam Yay (Sehr Oyoono) (6 həftə 1-ci və 5 həftə 2-ci oldu) Ahla Jaw (2-ci pillə) “Akhasmak, ah” köhnə ərəb filmlərini xatırladan klipdir. Bu klipdə müğənni öz müştəriləri üçün oynayan kafe meneceri kimi nümayiş olunur.
Ya Tabtab
"Ya Tabtab" (Ərəbcə: "يا طبطب") Livan müğənnisi Nensi Ajramın 15 fevral 2006-cı ildə çıxmış 5-ci studiya albomudur. Bu albom Nensinin öncəki tərzi ilə davam edərək, 9 ənənəvi Misir və 2 Livan ruhlu mahnıdan ibarət idi. Onlardan biri də böyük uğur qazanmış "Lawn Oyounak" sinqlı idi. Yumoristik Misir ənənəvi abu havasından ilhamlanan “Ya tabtab” Nensinin karyerasında möhtəşəm dönüş idi. Bir müddət öncə Nensi haqqında "mahnılarını öz bədəni ilə oxuyur" tənqidi yayılmışdı. Bu mahnı, həmin tənqidlərə cavab olaraq buraxılan aparıcı sinql idi. Qəribədir ki, Nensi bu klipdə tamamilə məzhəkəçi kimi geyərək, ümumiyyətlə bədənini zərrə qədər göstərməmişdir. Bununla o, haqqında dolaşan şaiyələrin nə dərəcədə yanlış olduğunu göstərmiş oldu. Burada o enli paltarda onunla uşaqca və məsum davranmayan bir insan üçün mahnı oxuyur. Aparıcı mahnı olan “Ya Tabtab” 10 fevralda çıxmış və 3 həftə ərzində 1-ci pillədə olmuşdu.
Ya Qarabağ, Ya Ölüm (mahnı)
Ya Qarabağ, ya ölüm — 1999-cu il tarixində video kimi təqdim olunmuş, Dəyirmanın sayca ikinci olan Qurd albomundan olan mahnı. Mahnının sözləri Ozan Arifə, musiqisi və aranjimanı Aytən İsmixanovaya aiddir. Mahnı Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi filmlə remiks olunub.
Ya istiqlal, ya ölüm (serial)
Ya İstiqlal Ya Ölüm — Yasin Uslunun rejissorluq etdiyi, ssenari müəllifi Ercan Mehmet Erdem olan, Türkiyə istehsalı tarixi mini televiziya serialıdır. Serialda İstanbulun işğalı və 16 mart 1920-ci ildə Parlamentin dağıdılması, Mim Mim qrupunun işğal altında olan İstanbulda mübarizəsi, Mustafa Kamal Paşanın liderliyində təcəssüm olunan Kuvâ-yi Milliyə hərəkatı və yeni hadisələr yer alır. Ankarada 23 aprel 1920-ci ildə parlamentin açılışı ilə birlikdə qurulma prosesi izah edilir. Serial 20 aprel 2020-ci ildə 12-ci seriyası ilə finala çıxdı.
Ya Qarabağ, ya ölüm (film, 2013)
Ya Qarabağ, Ya Ölüm — 2013-cü ildə çəkilən Azərbaycan sənədli filmi. Filmdə yaradıcı heyət Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın bu gün düşmən tapdağında olduğunu hər kadrda donə-donə xatırlamağa, unutmamağa səsləyir. Çəkilişlər Xocavənd rayonunun Nərgiztəpə ərazisində, Bakı, Şamaxı və İsmayıllı rayonlarında aparılıb. Film Xocavənd Rayon İcra Hakimiyyətinin sifarişi və təşəbbüsü ilə çəkilib. Filmin ideya müəllifi yaşadığı həyatda Qarabağ faciəsinin acısını təmamilə dadmış, vətən uçün qardaşları ilə birgə vuruşmuş Xocavənd RİH-nin başçısı Eyvaz Huseynovdur. Filmin iştirakçıları da bu gün türk dunyasının qəbul etdiyi, tanıdığı insanlardır: yazıçı-publisist, sənətçi Ahmet Şafak, xalq artisti Mənsum İbrahimov, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi, vətənpərvərlik mahnılarının gözəl ifaçısı Şəmistan Əlizamanlı, Muğam Müsabiqəsinin iştirakçısı Səadət Cavadova. Çağdaş ədəbiyyatımızda öz imzası və istedadı ilə seçilən, Vətən, Yurd, Qarabağ mövzusunda əsərlərin müəllifi Sona Vəliyevanın filmdə səslənən şeirləri bizi düşmən tapdağında qalan torpaqlarımıza səsləyir… 10 iyun 2013-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü və sifarişi ilə çəkilmiş "Ya Qarabağ, Ya Ölüm" filminin Beynəlxalq Mətbuat Mərkəzində təqdimat mərasimi keçirilmişdir.
Davam Ya Tamam
Davam Ya Tamam — məşhur «Deal or No Deal» teleoyununun Azərbaycan variantı. Proqram 2010-cu ildə «Space», 2016–2017-ci illərdə isə «Azad Azərbaycan» telekanalı tərəfindən istehsal edilmişdir. Proqramın «Space TV» versiyasında içərisində 0.5–10,000 AZN olan cəmi 21 qutu mövcud idi. Proqramın «ATV» versiyasında içərisində 1–30,000 AZN olan cəmi 24 qutu mövcud idi.
Yon Ya-Yun
Yon Ya-Yun (5 fevral 1983) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. Yon Ya-Yun Cənubi Koreyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, Komanda turnirində isə bürünc medalın sahibi olub.
Çoy Eun-ya
Qanso Naqahama-ya
Qanso Naqahama-ya (元祖長浜屋, hərf. "Orijinal Naqahama dükkanı") – Yaponiyanın Fukuoka şəhərində yerləşən ramen dükkanı. "Naqahama-ya" 1952-ci ildə yemək yeməyə çox vaxt ayıra bilməyən yerli balıqçıların ehtiyacını qarşılamaq məqsədilə yaradılmışdır. Dükkan Fukuokanın mərkəzində yerləşən Naqahama məhəlləsində yerləşdiyi üçün bu adı almışdır. Dükkanın təklif etdiyi nazik əriştə və donuz sümüyü bulyonundan ibarət olan ramen populyar olmuş və Naqahama rameni kimi tanınmağa başlamışdır. Fukuoka şəhərində orijinal dükkanın köhnə işçiləri tərəfindən yaradılmış bir çox Naqahama-ya ramen dükkanı yerləşir. Onlardan bəziləri özlərini "qanso" (orijinal) dükkanı adlandırırlar. 2008-ci ildə orijinal dükkan müvəqqəti olaraq bağlanmış və sadəcə rəsmi filialı fəaliyyət göstərməyə davam etmişdir. 2010-cu ildə orijinal dükkan yeni bir məkanda açılmış və filial bağlanmışdır. Orijinal dükkanın yerləşdiyi keçmiş məkanda dükkanın yeni yerini göstərən neon lövhələr, oxlar və bannerlər quraşdırılmışdır. Keçmiş yer tarixi yer hesab olunur.
Do Ya Do Ya (Wanna Please Me)
Do Ya Do Ya (Wanna Please Me) – Samanta Foks tərəfindən 1986-cı ildə ifa edilmiş mahnıdır.
Fön və ya fyon
Harmattan və ya Hamattan
Kirpiklilər və ya İnfuzorlar
Bir çox mütəxəssislər bu taksonda 30 000-dən çox növün olduğunu bildirir. Sərbəstyaşayan və parazitlik edən infuzorlar ayırd edilir. İnfuzorların ən geniş yayılmış növü infuzor tərlikdir (Paramecium caudatum). Əsasən, dənizlərdə və şirin su hövzələrində, bentos və planktonların tərkibində yaşayırlar. Torpaqda və mamırlarda yaşayan nifuzorlar da mövcuddur. Bu canlıların əksər hissəsi digər heyvanlarla (əsasən, həlqəvi qurdlar, molyusklar, balıqlar, amfibilər, məməlilər) kommensal, simbiont və parazitik münasibətlərdə olur. Bəzi kirpikli növləri (məsələn, Paramecium caudatum, Oxytricha trifallax) molekulyar biologiyada model obyekti qismində istifadə edilir. Sinif Növlər Onların bədənləri sabit və uzunsov formaya malik olub xaricdən sıx pellikula ilə əhatə olunur. Ölçüləri 10 mkm – 4.5 mm intervalında dəyişən bu canlıların iki nüvəsi vardır (makronukleus və mikronukleus). Vegetativ nüvə (makronukleus) hüceyrə daxilindəki maddələrin sintezinə cavabdehdir.
Manqrlar və ya Manqrovlar
Manqrovlar — Əsasən 25 ° N və 25 ° S uzunluq dairəsi arasında tropik və tropik altı şorakət sahildə çöküntü yetişmə mühitiində yetişən və sıx meşələr təşkil edən müxtəlif orta hündürlükdə ağac növləri və kollar və meydana gətirdikləri meşələrə verilən addır. Tuqay meşələri Hogarth, P. J., 1999: The Biology of Mangroves, Oxford University Press (ISBN 0-19-850222-2). Thanikaimoni, G., 1986: Mangrove Palynology, UNDP/UNESCO and the French Institute of Pondicherry, ISSN 0073-8336 (E). Tomlinson, P. B., 1986: The Botany of Mangroves, Cambridge University Press. Jayatissa, L. P., Dahdouh-Guebas, F. & Koedam, N. (2002). A review of the floral composition and distribution of mangroves in Sri Lanka. Botanical Journal of the Linnean Society 138: 29–43.
Olum ya ölüm (mahnı)
Olum ya Ölüm — Azərbaycanın repçisi Hüseyn Dərya tərəfindən yazılan dini mahnıdır. Mahnı 2012-ci ildə "Youtube" portalına yerləşdirilib. 60 min baxış sayına yüksəlib. Söz: Hüseyn Dərya Musiqi: Hüseyn Dərya Rejissor: Hüseyn Dərya Operator: Hakim Ağayev Montaj: Samir Xəttab Ney: Vüqar Hüseynov Hüseyn Dəryanın "Sus" albomunun bir hissəsidir. Dini məzmunda olan repdir. Vaxtı 4 dəqiqə 28 saniyədir. 2012-ci ildə buraxılıb.
Toyuq və ya yumurta
Toyuq və ya yumurta — səbəbiyyət dilemması ki, adətən bu şəkildə ifadə olunur: "“toyuqmu, ya yumurtamı əvvəl olub?".Qədim filosoflara, ilk toyuqmu və ya yumurtamı sualı, ,ümumiyyətlə həyat və kainatın necə başlandığı suallarını doğurmuş.
Ya devuşka vostoçnaya (konsert)
Ya-Dranq vadisi döyüşü
Ya-Dranq vadisi döyüşü və ya Dranq çayı vadisi döyüşü — 1965-ci ildə Vyetnam müharibəsinin əvvəllərində Çu-Ponq massivinin şərq ətəyində aparılan Pleyku kampaniyası çərçivəsində ABŞ ordusu və Vyetnam Respublikası Ordusu (VRO) ilə Vyetnam Xalq Ordusu (VXO) arasında ilk böyükmiqyaslı döyüş. Ya-Dranq vadisi döyüşü iki vertolyot eniş meydançasında (EM) mərkəzləşdirilmiş iki əsas tapşırıqdan ibarət idi. Onlardan birincisi İks-Rey EM-si kimi tanınan, ardınca isə Ya-Dranq vadisindən daha şimalda yerləşən Albani EM-si idi. Bu, Vyetnam müharibəsinin ən şiddətli, qanlı və tez-tez xatırlanan döyüşlərindən biridir. Bu, ilk dəfə irimiqyaslı vertolyot ilə hava hücumu və həmçinin "Boeing B-52 Stratofortress" strateji bombardmançılarının taktiki dəstək rolunda istifadə edilməsi ilə tanınır. Bu döyüş Vyetnam müharibəsinin planını təyin etmişdi. ABŞ tərəfi hava hərəkətliliyinə, artilleriya atəşinə və yaxın hava dəstəyinə güvənirdi, VXO isə Amerika qüvvələri ilə çox yaxın məsafədən tez bir zamanda münaqişəyə girərək bu atəş gücünü zərərsizləşdirirdi. Birinci tapşırıq 14–16 noyabr tarixlərində İks-Rey EM-sində baş tutmuşdur. Mühasirəyə alınan və sayca üstün bir qüvvənin şiddətli atəşi altında qalan Amerika qüvvələri Şimali Vyetnam qüvvələrini üç gün ərzində, əsasən, hava qüvvələrinin dəstəyi və ağır artilleriya bombardmanı sayəsində geri çəkə bilmişdi. Amerikalılar 10:1 öldürmə nisbətinə istinad edərək İks-Rey EM-sini taktiki qələbə kimi qəbul etmişdilər.
Seç ya da öl
Seç ya da öl (ing. Choose or Die) və ya CURS>R — 2022-ci il istehsalı Birləşmiş Krallıq qorxu və triller filmi. Bu film filmin rejissoru Tobi Meakinsin debüt işidir.
Xeybər Xeybər ya yəhud
"Xeybər Xeybər ya yəhud, ceyş Muhəmməd səvfə yəud" (ərəb. خيبر خيبر يا يهود جيش محمد سوف يعود‎; "Xeybər Xeybər ey yəhudilər, Məhəmmədin ordusu qayıdacaq") — ərəb dilində islam tərənnümü. Burada Məhəmmədin başçılıq etdiyi müsəlman qüvvələrinin indiki Səudiyyə Ərəbistanında Xeybər vahəsində yaşayan yəhudiləri məğlub etdiyi Xeybər döyüşünə istinad edilir. "PBS" və "Times of Israel" xəbər agentlikləri, Müsəlmanlar Antisemitizmə Qarşı və Antidiffamasiya Liqası təbliğat qrupları tərənnümü antisemitizm hesab edir. Bu şüar 1980-ci illərin sonlarında Birinci İntifada zamanı Fələstin islamçı HƏMAS təşkilatının qurucusu Əhməd Yasin tərəfindən irəli sürülmüşdür. O vaxtdan bu şüar islamçılar, islam ekstremistləri və antiisrail yaraqlıları tərəfindən daha geniş şəkildə qəbul edilmişdir. O, Qüds, İsveç, İngiltərə, Avstriya, Belçika, Niderland və Avstraliya daxil olmaqla, islam ekstremist və Fələstin tərəfdarı nümayişlərdə səsləndirilmişdir. Tərənnüm 2021-ci ildə İsrail–Fələstin böhranı və 2023-cü ildə İsrail–HƏMAS müharibəsi zamanı olduğu kimi, İsraillə fələstinlilər arasında zorakılıq dövrlərində daha çox istifadə olunur.
Qoşul ya da öl
Qoşul ya da öl (ing. Join, or Die) — On üç koloniyadakı parçalanmanı göstərən siyasi karikatura. Bencamin Franklinə məxsus original karikatura 9 may 1754-cü ildə "The Pennsylvania Gazette" tərəfindən nəşr olunmuşdur.
Ağ və ya qumlu yovşan
Davam Ya Tamam (veriliş, 2010)
Davam Ya Tamam — məşhur «Deal or No Deal» teleoyununun Azərbaycan variantı. Proqram 2010-cu ildə «Space», 2016–2017-ci illərdə isə «Azad Azərbaycan» telekanalı tərəfindən istehsal edilmişdir. Proqramın «Space TV» versiyasında içərisində 0.5–10,000 AZN olan cəmi 21 qutu mövcud idi. Proqramın «ATV» versiyasında içərisində 1–30,000 AZN olan cəmi 24 qutu mövcud idi.
Dözümlülük və ya Şelford qanunu
Tolerantlıq qanunu — Orqanizmin hər-hansı ekoloji amilin dəyişkənliyinə münasibətdə dözümlülüyüdür. Mühitin limitləşdirici amilləri növün arealını müəyyən edir. Əgər qarşılıqlı təsirdə olan amillər məcmusundan ibarət mühitdə kəmiyyətcə müəyyən minimumdan az və ya maksimumdan çox olan ekoloji amil varsa belə mühitdə orqanizmin fəal həyat fəaliyyəti mümkün deyil. Bu amilin minimal və maksimal qiymətləri məhdudlaşdırıcı (limitləyici) rol oynayır. İki pessimum arasındakı məsafə-tolerantlıq zonası adlanır. Orqanizmin hər-hansı ekoloji amilin dəyişkənliyinə münasibətdə dözümlülüyü tolerantlıq adlandırılır. Əlverişsiz mühit şəraitinə dayanıqlı olan növlər tolerant növlərdir. Növün verilmiş coğrafi ərazidə mövcud olma imkanını müəyyən etmək üçün mühit amillərinin hər-hansı birinin ekoloji valentlik həddini aşıb-aşmamasını öyrənmək çox vacibdir. İlk dəfə bu qanunauyğunluğu amerikan alimi V. E. Şelford irəli sürmüşdür. 1913-cü ildə V. E. Şelford "tolerantlıq qanununu" formalaşdırmışdır.
Aza yaşayış yeri
Аzа yаşаyış yеri — Аzа kəndinin şimаlındа, Gilаnçаyın sоl sаhilində, hündür təpənin üzərində yеrləşir. Yаşаyış yеri hər tərəfdən dаşdаn hörülmüş divаrlаrlа əhаtə оlunmuşdur. Lаkin divаrlаrın əksər hissəsi uçub dаğılmışdır. Divаr qаlıqlаrı yаlnız аbidənin cənub hissəsində, Gilаnçаyın sаhilində sаlаmаt qаlmışdır. Qаlаnın içərisindəki binаlаr tаmаmilə dаğılmışdır. Tikinti qаlıqlаrınа əsаsən, оnlаrın dаşdаn və möhrədən tikildiyini dеmək оlаr. Аbidənin ərаzisindən аşkаr оlunаn yеrüstü mаtеriаllаr Оrtа əsrlərin Еrkən və inkişаf еtmiş dövrünə аiddir. Аrхеоlоji mаtеriаllаrа əsаsən, yаşаyış yеrini III-XIX əsrlərə аid еtmək оlаr. Yаşаyış yеri tərk еdildikdən sоnrа оnun bir qismindən qəbiristаnlıq kimi istifаdə оlunmuşdur.
Azad Yaşar
Azad Yaşar (Fərəcov Azad İlyas oğlu) 10 aprel 1961-ci ildə Bakıda anadan olub. Əli Bayramlı şəhərində böyüyüb, orada orta təhsilini başa vurub. Ali təhsilini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsində alıb. Əli Bayramlı şəhərində baş memar, baş rəssam və zavodda dizayn qrupunun rəhbəri vəzifələrində işləyıb. 1993–2001-ci illərdə Rusiyada fəaliyyət göstərən türk inşaat firmasında memar və müdir yardımçısı vəzifələrində çalışıb. 2002–2004-cü illərdə "Space" telekanalında yayınlanan "Gecə kanalı" proqramının bədii redaktoru, 2004–2016-cı illərdə isə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbu orqanı "PENSİYAÇI" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır.2016–2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Sosial həyat" jurnalında məsul katib kimi fəaliyyət göstərmişdir. 1976-cı ildən bədii yaradıcılıqla və tərcümə işi ilə məşğul olur. "Gözlərimin günahı" adlı ilk mətbu şeiri 1980-ci ildə sonralar müasir dövr Azərbaycan demokratik mətbuatının banisi olacaq görkəmli ziyalı Nəcəf Nəcəfovun tövsiyəsi ilə "İnşaatçı" qəzetində çap olunub. Dünya ədəbiyyatını təmsil edən 800-ə yaxın yazarın ən müxtəlif janrlardakı əsərlərini uğurla dilimizə çevirmişdir. Bunların təxminən yarısı ilə Azərbaycan oxucusu ilk dəfə tanış olub.
Azadlıq yazarları (film, 2007)
Azadlıq yazarları – 2007-ci il istehsalı Riçard LaQraveneze filmi.Erin Qruell fərqli bir tədris metodikası istifadə edərək,şagirdlərin həyatındaki yaratdığı dəyişiklikdən bəhs edən filmdir.Baş rolda Erin Qruelli Hilari Suonk canlandırmışdır. Hilari Suonk — Erin Qruell Patrick Dempsey — Scott Casey Scott Glenn — Steve Gruwell, Erinin atası Imelda Staunton — Margaret Campbell John Benjamin Hickey — Brian Gilford April Lee Hernández — Eva Benitez Mario — Andre Bryant Jason Finn — Marcus Vanetta Smith — Brandy Ross Antonio Garcia — Miguel Jaclyn Ngan — Sindy Ngor Kristin Herrera — Gloria Munez Gabriel Chavarria — Tito Hunter Parrish — Ben Samuels Giovonnie Samuels — Victoria Deance Wyatt — Jamal Hill Sergio Montalvo — Alejandro Santiago Robert Wisdom Dr.
Azərbaycan-Yaponiya futbol matçlarının siyahısı
23.05.2012 Şizuoka, Yaponiya YO Yaponiya – Azərbaycan 2:0
Azərbaycan 1988 Yay Olimpiya Oyunlarında (SSRİ tərkibində)
Azərbaycan 1992 Yay Olimpiya Oyunlarında
Q=Növbəti mərhələyə vəsiqə qazandı Kişilər Q=Qalib gəldi M=Məğlub oldu Kişilər Q=Növbəti mərhələyə vəsiqə qazandı Kişilər 1992 Barselona Olimpiadasında idman gimnastiкası üzrə yarışlar 26 iyul-2 avqust tarixləri arasında "Palau dels Esports de Barcelona" İdman Sarayında baş tutdu. Azərbaycanın idman şərəfini bir gimnast, Valeri Belenкi qorudu.
Azərbaycan 1996 Yay Olimpiya Oyunlarında
Azərbaycan 1996 Yay Olimpiya Oyunlarında — 1996-cı ilin 18 iyul–4 avqust tarixlərində Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Atlanta Olimpiadasında 23 idmançı ilə 9 idman növündə təmsil olundu. Azərbaycan Milli Olimpiya Komandası Atlanta Olimpiadasını 1 gümüş medalla başa vurdu. Komandanın heyətində yeganə medalı sərbəst güləş turnirində mübarizə aparan və turnirin final görüşündə məğlub olaraq gümüş medala sahib olan Namiq Abdullayev qazandı. XXVI Yay Olimpiya Oyunlarında 1 gümüş medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 61-ci pillədə, medalların sayına görə isə 64-cü pillədə qərarlaşdı. 1991-ci ildə Sovet İttifaqından ayrılan Azərbaycan dövlət müstəqilliyini elan elədi. 1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradıldı. Bu qurum 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin üzvü seçildi. 1996-cı ildə isə Azərbaycan Olimpiya Oyunlarında debüt elədi. Azərbaycan Milli Olimpiya Komandası XXVI Yay Olimpiya Oyunlarını bir gümüş medalla başa vurdu.
Azərbaycan 1996 Yay Paralimpiya Oyunlarında
Azərbaycan — 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan X Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 16-25 avqust tarixlərində baş tutan X Yay Paralimpiya Oyunlarında 2 idmançı ilə 2 idman növündə təmsil olundu. Tarixdə birinci dəfə Paralimpiya Oyunlarında mübarizə aparan Azərbaycan, turniri medalsız başa vurdu. X Yay Paralimpiya Oyunlarında pauerliftinq idman növü üzrə turnirlər 20-24 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə bir idmançı təmsil elədi: Gündüz İsmayılov. Komandanın baş məşqçisi isə Vaqif Musəddiq idi. Kişilərin turnirində mübarizə aparan Gündüz İsmayılov ümumi nəticədə 170 kiloqramlıq nəticə göstərdi və X Yay Paralimpiya Oyunlarını yeddinci pillədə başa vurdu. X Yay Paralimpiya Oyunlarında yüngül atletlərin turnirləri 16-25 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə bir idmançı təmsil elədi: Aleksandr Antofi. Komandanın baş məşqçisi isə Zahir Abdullayev idi.
Azərbaycan 2000 Yay Olimpiya Oyunlarında
Azərbaycan 2000 Yay Olimpiya Oyunlarında — 2000-ci ilin 16–30 sentyabr tarixlərində Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Sidney Olimpiadasında 31 idmançı ilə 8 idman növündə təmsil olundu. Azərbaycan Milli Olimpiya Komandası Sidney Olimpiadasını 3 medalla (2 qızıl və 1 bürünc) başa vurdu. Komandanın heyətində stend atıcılığı turnirində çıxış edən Zemfira Meftahətdinova və sərbəst güləş turnirində çıxış edən Namiq Abdullayev Sidney Olimpiadasının qalibi oldu. Boks turnirində çıxış edən Vüqar Ələkbərov isə Sidney Olimpiadasını bürünc medalla başa vurdu. Sidney Olimpiadasında 2 qızıl və 1 bürünc medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 34-cü pillədə, medalların sayına görə isə 50-ci pillədə qərarlaşdı. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 avqust 2000-ci il tarixli Sərəncamına əsasən Sidney Olimpiadasında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatının müəyyən edildi. Sərəncama əsasən Olimpiya Oyunlarında qızıl medal qazanan idmançıya 225 milyon ₼ (onun məşqçisinə 115 milyon ₼), gümüş medal qazanan idmançıya 135 milyon ₼ (onun məşqçisinə 65 milyon ₼), bürünc medal qazanan idmançıya 70 milyon ₼ (onun məşqçisinə isə 35 milyon ₼) məbləğində pul mükafatı müəyyən edildi. Həmçinin olimpiadadan sonra 5 nəfər "Şöhrət" ordeni, 2 nəfər isə "Tərəqqi" medalı ilə təltif edildi. Azərbaycan Milli Olimpiya Komandası XXVII Yay Olimpiya Oyunlarını üç medalla (2 qızıl və 1 bürünc) başa vurdu.
Azərbaycan 2000 Yay Paralimpiya Oyunlarında
Azərbaycan — 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XI Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 18-28 oktyabr tarixlərində baş tutan XI Yay Paralimpiya Oyunlarında 7 idmançı ilə 3 idman növündə təmsil olundu. Azərbaycan Milli Paralimpiya Komandası XI Yay Paralimpiya Oyunlarını 1 gümüş medalla başa vurdu. Komandanın heyətində atıcı Yelena Taranova gümüş medala sahib oldu. Pauerliftinq idman növündə qızıl medala sahib olan Gündüz İsmayılov isə ondan dopinq üçün götürülən qan analizi nümunəsində qadağan olunan nandrolone preparatı olduğuna görə onun nəticələri ləğv edildi və qızıl medaldan məhrum edildi. XI Yay Paralimpiya Oyunlarında 1 gümüş medala sahib olan Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 60-cı pillədə, medalların sayına görə isə 61-ci pillədə qərarlaşdı. Q — növbəti mərhələyə adladı XI Yay Paralimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirdə Azərbaycanı bir idmançı təmsil elədi: Yelena Taranova. Yelena Taranova əvvəlcə qadınların hava tapança ilə atəş turnirinin təsnifat mərhələsində mübarizə apardı. Nəticədə Yelena Taranova təsnifat mərhələsini 360.0 xalla on idmançı sırasında yeddinci pillədə başa vurdu. Bu nəticələrə əsasən Taranova final mərhələsinə vəsiqə qazana bildi.
Azərbaycan 2001 Tələbələrin Yay Universiada Oyunlarında
Azərbaycan 2004 Yay Olimpiya Oyunlarında
Azərbaycan 2004 Yay Olimpiya Oyunlarında — 2004-cü ilin 11-30 avqust tarixlərində Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Afina Olimpiadasında 37 idmançı ilə 10 idman növündə təmsil olundu. Azərbaycan Milli Olimpiya Komandası Afina Olimpiadasını 5 medalla (1 qızıl və 4 bürünc) başa vurdu. Komandanın heyətində yunan-roma güləşçisi Fərid Mansurov final görüşündə qələbə qazanaraq Afina Olimpiadasının qalibi oldu. Güllə atıcısı İradə Aşumova və stend atıcısı Zemfira Meftahətdinova, həmçinin bojsçular Fuad Aslanov və Ağası Məmmədov isə Afina Olimpiadasını bürünc medalla başa vurdu. Afina Olimpiadasında 1 qızıl və 4 bürünc medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 50-ci pillədə, medalların sayına görə isə 44-cü pillədə qərarlaşdı. Azərbaycan Prezidenti İlham Əliyevin 4 avqust 2004-cü il tarixli Sərəncamına əsasən Afina Olimpiadasında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatının müəyyən edildi. Sərəncama əsasən Olimpiya Oyunlarında qızıl medal qazanan idmançıya 500 milyon ₼ (onun məşqçisinə 250 milyon ₼), gümüş medal qazanan idmançıya 250 milyon ₼ (onun məşqçisinə 125 milyon ₼), bürünc medal qazanan idmançıya 120 milyon ₼ (onun məşqçisinə isə 60 milyon ₼) məbləğində pul mükafatı müəyyən edildi. Həmçinin olimpiadadan sonra 3 nəfər "Şöhrət" ordeni, 8 nəfər isə "Tərəqqi" medalı ilə təltif edildi. Azərbaycan Milli Olimpiya Komandası XXXVIII Yay Olimpiya Oyunlarını 5 medalla (1 gümüş və 4 bürünc) başa vurdu.
Azərbaycan 2004 Yay Paralimpiya Oyunlarında
Azərbaycan — 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XII Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 16-28 sentyabrda tarixlərində baş tutan XI Yay Paralimpiya Oyunlarında 9 idmançı ilə 4 idman növündə təmsil olundu. Azərbaycan Milli Paralimpiya Komandası XII Yay Paralimpiya Oyunlarını 4 medalla (2 qızıl, 1 gümüş və 1 bürünc) başa vurdu. Komandanın heyətində yüngül atlet Oleq Panyutin (qızıl), cüdoçu İlham Zəkiyev (qızıl), yüngül atlet Zeynəddin Bilalov (gümüş) və atıcı Yelena Taranova (bürünc) medala sahib oldu. XII Yay Paralimpiya Oyunlarında 2 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olan Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 45-ci pillədə, medalların sayına görə isə 47-ci pillədə qərarlaşdı. Azərbaycan Milli Paralimpiya Komandası XII Yay Paralimpiya Oyunlarını 4 medalla (2 qızıl, 1 gümüş və 1 bürünc) başa vurdu. Komandanın heyətində atlet Oleq Panyutin və cüdoçu İlham Zəkiyev Paralimpiadanın qalib oldu. Qızıl medala sahib olan atlet Oleq Panyutin, Paralimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısı oldu. Q — növbəti mərhələyə adladı XII Yay Paralimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirdə Azərbaycanı bir idmançı təmsil elədi: Sidney Paralimpiadasının gümüş medalçısı Yelena Taranova. Yelena Taranova əvvəlcə qadınların hava tapança ilə atəş turnirinin təsnifat mərhələsində mübarizə apardı.
Azərbaycan 2008 Yay Olimpiya Oyunlarında
Azərbaycan 2008 Yay Olimpiya Oyunlarında — 2008-ci ilin 8–24 avqust tarixlərində Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası olimpiadada 44 idmançı ilə 10 idman növündə təmsil olundu. Azərbaycan Milli Olimpiya Komandası olimpiadanı 6 medalla (1 qızıl, 1 gümüş və 4 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçu Elnur Məmmədli final görüşündə qələbə qazanaraq olimpiadanın qalibi oldu. Yunan-roma güləşçisi Rövşən Bayramov olimpiadanın həlledici görüşündə məğlub olaraq gümüş medala sahib oldu. Cüdoçu Mövlud Mirəliyev, bojsçu Şahin İmranov həmçinin qadın güləşçi Mariya Stadnik və sərbəst güləşçi Xetaq Qazyumov isə olimpiadanı bürünc medalla başa vurdu. XXIX Yay Olimpiya Oyunlarında 1 qızıl, 1 gümüş və 4 bürünc medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 40-cı pillədə, medalların sayına görə isə 35-ci pillədə qərarlaşdı. Azərbaycan Prezidenti İlham Əliyevin 30 iyul 2008-ci il tarixli Sərəncamına əsasən XXIX Yay Olimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatının müəyyən edildi. Sərəncama əsasən Olimpiya Oyunlarında qızıl medal qazanan idmançıya 400 min ₼ (onun məşqçisinə 200 min ₼), gümüş medal qazanan idmançıya 200 min ₼ (onun məşqçisinə 100 min ₼), bürünc medal qazanan idmançıya 100 min ₼ (onun məşqçisinə isə 50 min ₼) məbləğində pul mükafatı müəyyən edildi. Həmçinin olimpiadadan sonra 1 nəfər "Şöhrət" ordeni, 13 nəfər "Tərəqqi" medalı, 4 nəfər isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi.
Azərbaycan 2008 Yay Paralimpiya Oyunlarında
Azərbaycan — 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XIII Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 6-18 sentyabr tarixlərində baş tutan XIII Yay Paralimpiya Oyunlarında 18 idmançı ilə 4 idman növündə təmsil olundu. Azərbaycan Milli Paralimpiya Komandası XIII Yay Paralimpiya Oyunlarını 10 medalla (2 qızıl, 3 gümüş və 5 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular İlham Zəkiyev (qızıl), Tofiq Məmmədov (gümüş), Kərim Sərdarov (gümüş) və Ramin İbrahimov (bürünc), yüngül atletlər Oloxan Musayev (qızıl), Zeynəddin Bilalov (gümüş), Vladimir Zayets (bürünc), Oleq Panyutin (bürünc), Rza Osmanov (bürünc) və Vüqar Mehdiyev (bürünc) medala sahib oldu. XIII Yay Paralimpiya Oyunlarında 2 qızıl, 3 gümüş və 5 bürünc medala sahib olan Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 37-ci pillədə, medalların sayına görə isə 31-ci pillədə qərarlaşdı. Azərbaycan Milli Paralimpiya Komandası XIII Yay Paralimpiya Oyunlarını 10 medalla (2 qızıl, 3 gümüş və 5 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçu İlham Zəkiyev və yüngül atlet Oloxan Musayev Paralimpiadanın qalib oldu. Cüdo üzrə Azərbaycan yığması 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahibi oldu. Yüngül atletlərdən ibarət yığma isə 1 qızıl, 1 gümüş və 4 bürünc medalla turniri başa vurdu. Qızıl medala sahib olan cüdoçu İlham Zəkiyev, 2 dəfə Paralimpiadanın qalibi olan birinci Azərbaycan idmançısı oldu.
Azərbaycan SSR xalq yazıçılarının siyahısı
Azərbaycan SSR xalq yazıçısı fəxri adı almış yazıçıların siyahısı.
Azərbaycan SSR xalq yazıçısı
Azərbaycan SSR xalq yazıçısı (azərb-kiril. Азәрбајҹан ССР халг јазычысы) — 26 mart 1960-cı ildə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş fəxri ad. İdeya-bədii cəhətdən görkəmli əsərlər yaradan və Azərbaycan sovet ədəbiyyatının inkişafında böyük xidmətləri olan yazıçıları həvəsləndirmək məqsədilə verilirdi. Фәхри адлары // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 540–541.
Azərbaycan Xalq Yazıçıları
Hüseyn Abbas oğlu Abbaszadə — 03.06.1991
Azərbaycan Yaradıcılıq Fondu
Azərbaycan Yaradıcılıq Fondu — Azərbaycan Respublikasında fəaliyyət göstərən fondlardan biri. Rəhbəri Kamal Abdulladır. Azərbaycan Yaradıcılıq Fondu 1987-ci ildə Sovet Mədəniyyət Fondunun filialı kimi təsis edilmişdir. Fondun ilk fəxri sədri akademik Bəkir Nəbiyev, professor Kamal Abdulla isə sədrin birinci müavini olmuşdur. 1991-ci ildə keçirilmiş Fondun 2-ci Konfransında fondun 1987-1991-ci illər arasındakı fəaliyyəti bağlı məruzə ilə çıxış edən professor Kamal Abdulla yeni sədr seçilmişdir. Həmin konfransda yeni sədr belə bir fikir səsləndirir ki, "Sovet Mədəniyyət Fondunun adı dəyişərək Rusiya Beynəlxalq Mədəniyyət Fondu kimi təsdiq olunub, bizim Fondumuz həmin təşkilata üzvlük təklifini qəbul etməmiş, müstəqil qurum kimi fəaliyyət göstərmək qərarına gəlmişdir." Beləliklə, SSRİ-nin dağılmasından sonra bu qurum 2008-ci ilə qədər Azərbaycan Mədəniyyət Fondu adı altında fəaliyyətini davam etdirmişdir. 2008-ci ildən bəri Azərbaycan Yaradıcılıq Fondu adlanır. Fondun bir sıra təsisçiləri var ki, onlardan bəziləri bunlardır: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı Azərbaycan Bəstəkarlar İttifaqı Azərbaycan Kinematoqrafçılar İttifaqı Azərbaycan Yazıçılar İttifaqı Azərbaycan Teatr Xadimləri İttifaqı Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan Milli Elmlər Akademiyası M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası Müəllif Hüquqlarını Müdafiə Cəmiyyəti Fondun beynəlxalq əlaqələr üzrə gördüyü işlər, həm çətin, qarışıq, həm də sabitlik illərində çox ciddi və əhəmiyyətli əməkdaşlıqlara vəsilə olub. Məsələn, Fondda Almaniyadakı "Avropa Türk-İslam Kültür Birliyinin" nümayəndəliyi açılıb və həmin birliklə əməkdaşlıq qısa zamanda səmərəli nəticələr verib. 1992-ci ildə həmin kültür birliyi Fonda 25 min alman markı məbləğində tibb preparatları və islam tarixi haqqında kitablar bağışlamışdır.
Azərbaycan Yay Olimpiya Oyunlarında
Azərbaycan ilk dəfə 1996-cı ildə müstəqil bir dövlət kimi Olimpiya Oyunlarına qatılıb və o gündən bu yana hər Olimpiya Oyunlarına idmançı göndərib. Daha əvvəl, Azərbaycanlı idmançılar 1952-ci ilə 1988-ci illərdə Olimpiya Oyunlarında Sovet İttifaqının bir hissəsi kimi yarışıb və Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinin "Birləşmiş Komandasında" yarışıb. Azərbaycanlı idmançılar Yay Olimpiya Oyunlarında, güləş, güllə atıcılığı, boks, cüdo, taekvondo, kano sprint və ağır atletika idman növlərində, cəmi 45 medal qazanıb. Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci ildə yaradılıb və 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınıb. 1992-ci ilin iyulunda İspaniyanın Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarından əvvəl, 1992-ci ildə Sovet İttifaqı dağıldı. 15 dövlət müstəqilliyini elan elədi. 15 dövlətdən 12-sinin Milli Olimpiya Komitəsi 1992-ci ildə təsis edildi. Barselona Olimpiadasına qədər də Beynəlxalq Olimpiya Komitəsi bu qurumları tanımırdı. Sadəcə 1990-cı ildə təsis edilən Estoniya, Latviya və Litvanın Milli Olimpiya Komitələri Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanındı və bu üç dövlətin olimpiada da öz bayrağı altında çıxış eləməsinə icazə verildi. Digər 12 dövlət isə Birləşmiş Komanda adı altında olimpiada da mübarizə apardı.
Azərbaycan Yay Olimpiya Oyunlarında (SSRİ tərkibində)
Azərbaycan — ilk dəfə Yay Olimpiya Oyunlarında 1952-ci ildə SSRİ Komandasının tərkibində iştirak etdi. Finlandiyanın Helsinki şəhərində keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan 5 idmançı ilə təmsil olundu. Azərbaycan 1952 Yay Olimpiya Oyunlarında 1 gümüş medal qazandı. Həmin gümüş medalı Rəşid Məmmədbəyov qazandı.
Azərbaycan Yay Paralimpiya Oyunlarında
2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan Paralimpiya Oyunlarında qadın güllə atıcısı Yelena Taranova gümüş medala sahib oldu. Bu Azərbaycanın Paralimpiadalarda qazandığı birinci medal oldu. 2004-cü il Afina Paralimpiadasında isə Azərbaycan idmançıları Paralimpiadalarda birinci qızıl medallara sahib oldu. Əvvəl yüngül atlet Oleq Panyutin, sonra isə cüdoçu İlham Zəkiyev turnirin qalibi oldu. Dörd il sonra baş tutan turnirdə də cüdoçu İlham Zəkiyev 2-ci dəfə Paralimpiya Oyunlarının qalibi oldu və bu uğura imza atan birinci idmançı oldu. Amma onun bu uğurunu 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan Paralimpiada da yüngül atlet Oleq Panyutin yenilədi. Turnirdə bir qızıl və bir bürünc medala sahib olmaqla Oleq Panyutin, Paralimpiadalarda qazandığı medalların sayını dördə (2 qızıl və 2 bürünc) qaldırdı. 2016-cı il Rio-de-Janeyro Paralimpiadasında heç bir idmançı onun bu nailiyyətini yeniləyə bilmədi. 2021-ci ildə Yaponiyada baş tutan Paralimpiya Oyunlarında üzgüçü Roman Saleh üç qızıl medala sahib olmaqla həm Oleq Panyutinin nailiyyətini yenilədi, həm də üç dəfə Paralimpiadanın qalibi olmağı bacaran birinci idmançı oldu. 2021-ci il avqustun 31-dən üzgüçü Roman Saleh Paralimpiya Oyunlarında qazanılan medalların əyarına görə ən yaxşı idmançıdır.
Azərbaycan Yazıçılar Birliyi
Azərbaycan Yazıçılar Birliyi — Azərbaycan yazıçı və şairlərinin, tərcüməçilərinin ən böyük ictimai təşkilatı. SSRİ dövründə Azərbaycan Yazıçılar İttifaqı adlanırdı. Hazırda 1510-dan artıq üzvü var. Sədri yazıçı Anardır. Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birliklərin və məclislərin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə "Türk ədib və şairlər ittifaqı dərnəyi" təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik "İldırım" adlanırdı. "Qızıl qələmlər" ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi.
Azərbaycan Yazıçılar İttifaqı
Azərbaycan Yazıçılar Birliyi — Azərbaycan yazıçı və şairlərinin, tərcüməçilərinin ən böyük ictimai təşkilatı. SSRİ dövründə Azərbaycan Yazıçılar İttifaqı adlanırdı. Hazırda 1510-dan artıq üzvü var. Sədri yazıçı Anardır. Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birliklərin və məclislərin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə "Türk ədib və şairlər ittifaqı dərnəyi" təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik "İldırım" adlanırdı. "Qızıl qələmlər" ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi.
Azərbaycan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında
Azərbaycan — 2010-ci ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 12 idmançı ilə 7 idman növündə təmsil olundu. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 8 medalla (5 qızıl və 3 gümüş) başa vurdu. Komandanın heyətində güləşçilər Murad Bazarov (qızıl), Elman Muxtarov (qızıl), Patimat Bəhəmmədova (qızıl), Əli Məhəmmədəbirov (qızıl) və Kənan Quliyev (gümüş), ağır atlet Nicat Rəhimov (qızıl), boksçular Salman Əlizadə (gümüş) və Elvin İsayev (gümüş) medala sahib oldu. Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 5 qızıl və 3 gümüş medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 11-ci pillədə, medalların sayına görə isə 18-ci pillədə qərarlaşdı. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 8 medalla (5 qızıl və 3 gümüş) başa vurdu. Komandanın heyətində güləşçilər Murad Bazarov, Elman Muxtarov, Patimat Bəhəmmədova və Əli Məhəmmədəbirov, həmçinin ağır atlet Nicat Rəhimov Olimpiadanın qalib oldu. DNF — bitirmədi Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında ağır atletlərin turnirlərində Azərbaycanı bir idmançı təmsil elədi: Nicat Rəhimov. Nicat Rəhimov 2010-cu ildə Valensiya şəhərində (İspaniya) baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən Sinqapur Olimpiadasına vəsiqə qazandı. Oğlanların turnirində mübarizə aparan Nicat Rəhimov birdən qaldırma turnirində əvvəlcə 125 кiloqramlıq, sonra isə 130 кiloqramlıq ştanqın öhdəsindən gəldi.

Значение слова в других словарях