YARIMAQ

f.
1. Lazım olmaq, gərək olmaq, faydalı olmaq, fayda vermək. Heç şeyə yarıyan deyil.
– Vaqifəm, yarıdım dosta, düşmənə; Ta ki cünun oldum, yetişdim sənə. M.P.Vaqif.

2. Təmin olmaq, məmnun olmaq, arzusuna çatmaq.
Qəm evində zar olalı; Eşqə giriftar olalı; Yarımadıq yar olalı; Nə mən səndən, nə sən məndən. Q.Zakir.
[Fatma xanım:] Yarıdıq, yaza çıxdıq, bəxtəvər başımıza. N.Vəzirov.
[Atası:] Bəlkə çörəkdən, paltardan yarımırsan? Çəmənzəminli.

YARIMAĞIZ
YARIMARŞIN

Digər lüğətlərdə