YAXALAMAQ₂

f. Təmiz su ilə yumaq, hər tərəfinə su axıtmaq, suya çəkmək. Əllərini yaxalamaq. Boşqabları yaxalamaq.
[Qızılquşun] balaları bir qədər böyüdükdən sonra, ovladığı quşu su kənarına alar, tüklərini yolar, cəmdəyini suda təmiz yaxaladıqdan sonra parçalayıb balalarının qabağına atar. A.Şaiq.
[Rüstəm:] A bala, bir o çayniki yaxalayıb dəmlə görək… M.İbrahimov.
Arvad samovarı çölə çıxartdı, külünü boşaldıb yaxaladı, su töküb kömür saldı. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YAXALAMAQ tutmaq — yapışmaq
  • YAXALAMAQ haqlamaq — tutmaq
  • YAXALAMAQ saxlamaq — tutmaq
  • YAXALAMAQ I 1. YAXALAMAQ Mustafa çavuş strajniklərlə qabağa keçib Alonu yaxaladılar (S.Rəhimov); QAMARLAMAQ [Mehralı:] Müxtəsər, bankadan bizim çeklərlə pul ala

Omonimlər

  • YAXALAMAQ YAXALAMAQ I f. Qəflətən tutmaq, yapışmaq. Geri dönərək məni yaxaladı (S.Rəhman). YAXALAMAQ II f. Suya çəkmək
YAXALAMA₂
YAXALAMAQ₁

Digər lüğətlərdə