1. Heyvanlara verilən yeyəcək (arpa, ot, saman və s.). Qidalı yemlər. Şirəli yem. Siloslanmış yem.
– Qara atları tövləyə çəkib yem verdi. ( ).
Yem gətirib yoxsa sizə verməyə? Ya ki gəlib bir quru dindirməyə?
Kişi axurda yem yeyən atlarını göstərib fəxr edirdi.
// Quşlara verilən dən və s. Toyuqlara yem vermək. Quş yemi.
2. Quş və heyvanı cəlb etmək üçün tələyə, cələyə, duzağa qoyulan yeyəcək şey. Tələ yemi.
□ Balıq yemi – qarmağa taxılan soxulcan və s.
3. məh., xüs. Əl üsulu ilə daş çıxararkən pazla daşın arasına qoyulan quru ot.
◊ Yemi artıq düşmək – qudurmaq, həddini azmaq.