YER

is.
1. Üzərində sakin olduğumuz planet: Yer kürəsi (bu mənada böyük hərflə). Ay Yerin peykidir. Yerlə Günəş arasında 150 milyon kilometr məsafə var. Yer Günəş ətrafında fırlanır.
2. Quru (su səthi müqabili). Dənizdən yer görünmürdü.
3. Yer qabığının üst qatı; torpaq (bu mənada çox vaxt “altı” sözü ilə). Yer altında qazılmış şaxta. Yer altından çıxan mədən. Yer altından tapılmış mədəniyyət abidələri.
– Bizlər … Kürün, Arazın və yerin altındakı suları qoyub, gedib yalandan Allaha yalvarırıq ki, bizə su göndərsin. C.Məmmədquluzadə.
[Əhməd:] Bəs gərək yer qazam ki, oradan pul çıxsın. Ə.Haqverdiyev.

4. Üzərində dayandığımız və hərəkət etdiyimiz sahə. Yerdə oturmaq. Yerdən qaldırmaq. Əlindəki şeyi yerə qoymaq. Yer yaşdır. Tapdaq yer. – Amma hamı dövrə vurub yerdə oturub, təkcə Teymur əyləşib uca bir taxtın üstündə. “M.N.lətif.
” Məşədi Kazım ağa … xıxlanmış dəvə kimi … yerə çökdü. M.S.Ordubadi.
Sanki göylərdə uçan quş kimiyəm; Sanki yerdən uçurulmuş kimiyəm. M.Müşfiq.

5. Kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən (yaxud edilməyən) torpaq sahəsi. Əkin yeri. Xam yerlər. Əkməyə yer azlıq edir. Mülkədar yerləri.
– Eldarın atası Mərdəkanda xozeyinlərin bağında bağbanlıq edər, oğlu da su çəkər, yer işlər, araba qoşarmış. S.Hüseyn.

6. Ölkə, ərazi, vətən, diyar, məmləkət. Babalarımızdan qalan yerlər. – Sizə kimdən və nə yerdən danışım.
Təbriz vilayətindən. Aşıq Qərib”.
[Bəkir:] Bu yerlərə mən azçox bələdəm… N.Vəzirov.
İnsan oğlu, uzaqlaşma, gəl yaxın; Başqa yerdən alınmasın sorağın. M.Müşfiq.

7. Ölkə, vilayət, şəhər, kənd və s. Bu yerləri birinci dəfə görürəm. Nə gözəl yerdir! Tanış yerlər. O yerlərdə olmamışam. Uzaq yerlərdən gələn qonaqlar.
8. Üzərində bir şey olan, yaxud ola bilən müəyyən sahə, məntəqə, məkan və s. Şəhərin bağ salınmış yeri. Küçənin qurtaran yerində. Yol dağa qalxan yerdə. Keçmişdə boş çöl olan yerdə indi böyük binalar ucalır.
// Bir işin, hadisənin və s.-nin baş verdiyi, ya olduğu məntəqə, məhəl. Hadisə baş verən yer. Qəza yerinə getmək.
// Bir işə məxsus məhəl (ev, idarə, müəssisə, məntəqə və s.). Əyləncə yeri.
[Kərbəlayı Qubad:] Bircə tez ol, başına dönüm, istəyirəm bu gün bir dükan yeri alım. Ü.Hacıbəyov.
Mehriban bir ildən artıq bir zaman idi ki, teatr və kino kimi tamaşa yerlərinə getməmişdi. S.Hüseyn.
Teymur onu tez-tez kinoya, teatra və rəqs yerlərinə aparırdı. M.Hüseyn.

// Bir məqsəd üçün ayrılmış sahə, yer səthi, parçası. İşləmək üçün yer ayırmaq. Qışlama yeri.
9. Əyalət, mərkəz olmayan yer (adətən cəm şəklində). Yerlərdən gələn nümayəndələr. Yerlərdə işləri canlandırmaq.
10. Bir şeyin ayrıca hissəsi, parçası. Paltar görünən yerindən ləkələnmişdir. Bədəninin bəzi yeri qızarmışdır. Dam çox yerdən axır.
// Kitabın, musiqinin, pyesin və s.-nin ayrıca hissəsi, parçası. Əsərin yaxşı yerləri çoxdur. Komediyada gülməli yerlər azdır. Məqalənin bəzi yerlərini yenidən yazmaq lazımdır.
11. Teatrda, kinoda, vaqonda və s.-də oturacaq (stul, skamya və i.a.). Zalda hərə öz yerində oturdu. Biletiniz neçənci yerədir? Vaqona girib özünə yer tutdu.
12. Ev, məskən, mənzil və s. Qalmağa yeri yoxdur. Düşməyə yerin varmı?
13. Vəzifə, xidmət, qulluq, iş. Ştatda boş yer yoxdur. Yerlərin hamısı tutulmuşdur. Özünə bir yer tap, işlə.
– Bəli, vaxt oldu ki, şəhərdə pristavlıq yeri açıldı. N.Nərimanov.
[Hacı Səməd xanın] yerinə Tehran kabinəsinin məsləhəti ilə müavini Sərdar Rəşid təyin olundu. M.S.Ordubadi.

14. İz, nişanə, əlamət, əsər. Yara yeri. Tikiş yeri. Ləkənin yeri qalıb. Bıçaq yeri. – Qatıq dağılar, yeri qalar; Ayran dağılsa, nəyi qalar? ( Ata. sözü ).
15. Ayrı olaraq götürülə bilən, sayıla bilən yük, bağlama. Mənim 5 yer yükümün ağırlığı 40 kilo olmaz.
16. məc. Mənbə, məxəz mənasında.
Lotubaşı, sən qovunu ver, mən sənə bir xeyirli yer deyim. Aşıq Qərib”.
[Aslan bəy:] Yaxın yerdən bilmişəm.
Özü xəbər göndərmiş. C.Cabbarlı.

17. məc. dan. Ev, ailə mənasında.
[Məmməd:] …İkinci vəsiyyətim də budur ki, qızım Nərgiz xanımı varlı yerə ərə vermə. Aşıq Qərib”.

18. Yorğan-döşək, yataq.
…Birisi gecə yatır və sübh yerindən duranda neçə xalvar elm və kamal sahibi olur, dəxi heç kəsi bəyənmir. C.Məmmədquluzadə.
[Vahid] yerin içində oturub, yuxudan tamam ayılmaq üçün neçə dəfə kirpiklərini çaldı. Mir Cəlal.

□ Yer salmaq – yatmaq üçün bir yerdə yorğan-döşək düzəltmək, yataq hazırlamaq.
Durur, nənəm mənim üçün yer salır; Üstümü örtür, mənə layla çalır. A.Səhhət.
Qulluqçu taxtapuşda yer saldı, çıxıb uzandım və vaxtından vaxtına da bişmiş-zad verirdilər. Çəmənzəminli.

19. Parçada, xalçada və s.-də əsas rəng; fon. Xalının yeri göydür. Bu çitin yeri məxməridir.
20. Bir adamın cəmiyyətdə, ailədə, elmdə, idmanda və s.-də tutduğu mövqe. Cəmiyyətdə öz yerini müəyyən etmək. Yarışda birinci yeri tutmaq.
21. Qabın, yeşiyin, kisənin və s.-nin içərisində şey olmadan çəkisi. Yerini çəkmək. Malın yeri nə qədərdir?
22. Yerdə şəklində – …halda, …zaman(da), …vaxt(da), …məqamda. O, getdiyi yerdə birdən yıxıldı. Qaçdığı yerdə ayağına tikan batdı.
[Molla Xəlil] müəllimi yaxşı yerdə tutmuşdu. S.Hüseyn.
Camal əmi zarafatyana dedi: – Hə, …ay arvad! İclasa getməyə şirin hazırlaşdığın yerdə mən səni saxladım. Ə.Vəliyev.

23. Yerində şəklində – 1) öz məqamında, münasibət düşdükdə, öz vaxtında. Lap yerində gəldin. Yerində söylənmiş söz. Bunları yerində demək lazımdır;
2) düzgün olaraq, haqlı olaraq. Onu yerində işdən çıxardılar. Ona yerində oldu;
3) …məqamında, …vaxtında.
İşin şirin yerində soyuq bir şey Eyvaz kişinin sol qoluna dolandı. Ə.Vəliyev;

4) …vəziyyətində, …halında. Onun yerində mən olsaydım;
5) durduğu, oturduğu yerdə.
[Sultan] sağasola baxdı, yerində qurcuxub stulu cırıldatdı. İ.Hüseynov.

24. Yer(in)də şəklində – …yaşında, …sinnində, …böyüklükdə. Atası yerində kişi. Babam yerində qoca.
– İsticə lavaşım var; Hər gecəyə aşım var; Demə, dədəm yerdəsən; Ancaq əlli yaşım var. M.Ə.Sabir.
[Əminə:] Aralıqdan baxdım, gördüm iki qız xeylağı dayanıb.
Biri olardı sənin yerdə, o biri demə görmədim, Fatma! Qantəmir.
[Qumru:] Anam yerdə arvadsan, evimə gəlibsən, xoş gəlibsən. Mir Cəlal.

25. Yeridir şəklində – layiqdir, cəzasıdır, əcəb olur. Ona nə eləsələr, yeridir.
[Əhməd:] Vur, – deyirdi, – faşistə nə qədər güllə vursan, yeridir. Mir Cəlal.

26. Yerinə şəklində – əvəzinə. Onun yerinə yoldaşı qol çəkdi. Bizim yerimizə də təbrik elə.
– Mən Molla Vaqifəm, eylərəm əfqan; Gözlərim də yaş yerinə tökər qan. M.P.Vaqif.
[Nurəddin ağa:] …Mədrəsə yerinə, azarxana yerinə, bax gör, hansı yolla tarac olur sərmayə. N.Vəzirov.

□ Yerinə qoymamaq – qətiyyən saymamaq,
…hesab etməmək.
Necə ki şikəst adamları adam yerinə qoymazlar, bizi də o biri millətlər adam yerinə qoymurlar. C.Məmmədquluzadə.
…Bu allahsız qızı heç olmazsa gözünün ucu ilə də baxmır.
[Ələmdarı] kişi yerinə qoymur, qozbel faytonçu Topuşdan da aşağı tuturdu. S.Rəhimov.

◊ Yer altından yasa gedən – gizlincə, əlaltından iş görən adam haqqında.
[Kəndli:] Elədir, bu molla Qafar çox yer altından yasa gedəndir. S.Rəhimov.

Yer altından yasa getmək – gizlicə, əlaltından, heç kəsin xəbəri olmadan iş görmək.
Yer eləmək1) başqası oturmaq üçün bir qədər o yana çəkilmək, çəkilərək başqasına yer vermək. Bir az yer elə, o da otursun. – Sədr cəld geri çəkilib heyətdə Hacıya yer elədi. Mir Cəlal;
2) məc. təsir etmək, ağır gəlmək, tutmaq. Deyəsən, söz ona yer elədi.
– Sarıqlı mollanın “cahad” haqqındakı sözləri çox adamlara yer elədi. Mir Cəlal.
Dünənki iclas Gülşənə yaman yer eləmişdi. Ə.Vəliyev.

Yer quruculuğu – torpaqdan istifadə qaydalarını nizama salan tədbirlər sistemi. Yer quruculuğu işləri.
Yer oynamaq – yer tərpənmək, zəlzələ olmaq.
Yer tutmaq məc.1) rol oynamaq, mövqe tutmaq, bu və ya başqa əhəmiyyəti olmaq.
Cabbarlının əsərlərində qadın çox görkəmli bir yer tutur. M.Arif;

2) əbəs yerə çox sahəni işğal etmək, artıqlıq etmək. Bu şeylər burada ancaq yer tutur.
Yer üzündən götürmək – yox etmək, aradan qaldırmaq.
Yer üzündən götürülmək – yox edilmək, ortadan qaldırılmaq.
[Sara xanım:] Götürüb qəzetçilərə buyruq vermisən, onlar da yazırlar ki, gərək tezliklə çadra yer üzündən götürülsün. Qantəmir.

Yer üzündən yox olmaq – yoxa çıxmaq, itmək. Sədinin “Gülüstan”ı neçə vaxtdır ki, yer üzündən yox olubdur. Hər kəs yerini bilirsə və ya özündə varsa, idarəmizə xəbər versin. “Mol. Nəsr.”
…yer yox idi (yer də yoxdur) – çox qələbəlik, həddən artıq çoxluq, basabas, sıxlıq bildirir. Adam əlindən yer yoxdur.
– Bakı vağzalının səkilərində tərpənməyə yer yox idi. Mir Cəlal.

Yerdə qalanı1) bir şeyin, vaxtın qalan qismi.
Üç saat məktəbdə keçirdiyi vaxtdan başqa, günün yerdə qalanını Əmiraslan hər bir əmr və göstərişdən azad idi. S.S.Axundov;

2) digərləri, başqaları.
Yerdə qalmaq1) cəzasız qalmaq, əvəzi verilməmək.
Yara deyin, bizdən qarğış almasın; Yerdə qalmaz ahü zari Həsənin. Aşıq Həsən.
[İsmət:] Ah, qanın yerdə qaldımı, Qanpolad?! H.Cavid;

2) nəzarətsiz qalmaq, baxımsız qalmaq, köməksiz qalmaq, himayəsiz qalmaq;
3) qalıq olmaq. Yerdə nə qədər qaldı?
4) heç kəs tərəfindən istənilməmək, bəyənilməmək.
Yerdən göyə qədər (kimi) – son dərəcə çox, həddindən artıq. Aralarında yerdən göyə qədər fərq var.
– Zeynəb oğlundan yerdən göyə kimi razıdır. C.Məmmədquluzadə.

Yerdən olmaq1) avara-sərgərdan qalmaq, vəzifəsindən və s.-dən məhrum olmaq;
2) başqasının təhriki ilə fikrini, qərarını dəyişdirmək.
[Şəhrəbanu xanım:] Müsyö Jordanın və Şahbazın bir para ağılsız sözlərindən yerdən oldu. M.F.Axundzadə.

Yerdən-yerə vurmaq1) çırpmaq. Qürbət xala o gün nə silə, nə süpürə bildi. Sancı çəkən hamilələr kimi qıvrıldı, açıldı, özünü yerdən-yerə vurdu. Mir Cəlal;
2) məc. heç etmək, puça çıxartmaq.
Yerə atmaq (tullamaq) – bax yerə salmaq.
Yerə batasan! Yerə batsın! Yerə batmış – qarğış ifadəsi.
[Ağabanı Məşədi Səfərə:] …Ay külbaş, sənin Kərbəlayı Xuduş kimi lay-lay oğlanların ola-ola, ay yerə batasan, sənin təzədən evlənməyinin nə mənası var. M.Əliyev.

Yerə batmaq – adı, sorağı qalmamaq, əsərəlaməti qalmamaq.
Yerə batsın deyilir şərlə zülüm; Qalmasın yerdə nə zülmət, nə ölüm! S.Vurğun.

Yerə girmək məc.1) çox xəcalət çəkmək, çox utanıb sıxılmaq.
[Gəray ağa:] Axı sən niyə utanıb-qızarıb yerə girmirsən? S.Rəhimov;

2) bax yerə batmaq. [Bibixatun:] …Sənin namusun olsa əriyib yerə girərsən.
Utanmayıb başına papaq qoyub gəzirsən, deyirsən kişiyəm. Ə.Haqverdiyev.

Yerə qoymaq – bir daha etməmək, əl çəkmək, tərgitmək. Bu xasiyyətini yerə qoy.
– Səttar kişi onunla zarafatlaşmağı yerə qoymurdu. Ə.Əbülhəsən.

Yerə salmaq1) düşürmək, endirmək, devirmək;
2) məc. nəzərə almamaq, yerinə yetirməmək, rədd etmək.
Bağlama, aç üzünü; Örtmə o qaş-gözünü; Gəl mənə naz eləmə; Yerə salma sözümü. (Bayatı).

Yerə sərilmək – yıxılmaq, yerdə uzanıb qalmaq.
Qopdu qanlı bir fırtına; Ölüm hökmü verildi; Qarşı duran igid gənclər; Bir-bir yerə sərildi. A.İldırım.

Yerə soxmaq – utandırmaq, başını aşağı etmək, xəcalət çəkməsinə səbəb olmaq, rüsvay etmək.
[Turxan oğluna:] Daha nə olacaq!… Daha nə olsun ki, dost-düşmən içində bizi yerlərə soxdun! H.Cavid.

Yerə vurmaq1) məğlub etmək, yenmək;
2) heçə çıxarmaq, puça çıxarmaq.
Çəkilən zəhməti niyə yerə vurursan? – Şairlik adını yerə vuranlar; Sinəmə yüz yerdən yara vuranlar. Şəhriyar.

Yeri deyil1)
…arasında olmamalıdır. Bura onun yeri deyil. Ora bizim yerimiz deyil;
2) qeyrimünasibdir, münasibətsizdir. Bu sözlərin yeri deyil.
– Axır, bunu uşaq da bilir ki, meydan xanım yeri deyil, meydana pəhləvanlar çıxıb güştü tutarlar. C.Məmmədquluzadə.
[Kamilə:] Bu saat o söhbətin yeri deyil. S.Rəhman.

Yeri düşəndə (gələndə) – münasib olanda, münasib vaxt düşəndə, məqamında, məqamı çatdıqda.
Dünyada faydalı, dəyərli nə var; Toplamaq istədim yeri düşəndə; Səadəti üçün mən öz xalqımın; Öyrənmək istədim düşmənimdən də. O.Sarıvəlli.

Yeri gəlmişkən – təsadüfdən istifadə edərək, fürsətdən istifadə edərək, məqamı gəlmişkən.
Yeri gəlmişkən onu da deyim ki, … – Yeri gəlmişkən burada ərəb əlifbasının birinci tərtibini və rəqəm vəzifələrini göstərəlim. F.Ağazadə.

Yeri görünmək – bir yerdə, məclisdə və s.-də olmayan, lakin olması arzu edilən adam haqqında çox zaman ölən adam haqqında deyilir.
Köçüb gedən o əziz dostların yeri görünür; Sədaları qarışıb çöllərin nəvası ilə. Şəhriyar.

Yeri var(dır)1) yerində olar, haqlı olar.
Yeri vardır nə qədər gəlsən əgər fəryadə. M.Hadi.
Mən də şimşək kimi çaxsam, yeri var; Çağlayanlar kimi axsam, yeri var. M.Müşfiq;

2) münasib olar.
[Asya:] …Bilmirəm hayandan gəldi çıxdı bura arşınmal alan? …Genə bir bəy balası ola, ya bir tacir oğlan ola, yeri var. Ü.Hacıbəyov.

Yeri yoxdur – əbəsdir, mənasızdır, yersizdir, artıqdır, lüzumsuzdur.
[Qoca kəndli:] Canım, boş qışqırmağın yeri yoxdur. Ə.Haqverdiyev.

Yerin altını da, üstünü də bilmək – hər şeyin təfərrüatını bilmək (adətən çoxbilmiş və hiyləgər adam haqqında). O, yerin altını da bilir, üstünü də.
[Ələmdar:] Daha biz bəy deyilik ki, yerin altını da, üstünü də əlimizin içi kimi bilək. S.Rəhimov.

Yerin təkindən (dibindən) məc. – haradan olursa olsun.
Yerində bitmək (donmaq)1) yerində olmaq, yerində oturub qalmaq;
2) məc. donub qalmaq, heyrət içində qalmaq.
İmamqulu gözlərini alaçığın bacasına dikib yerində bitdi. Çəmənzəminli.
Gülpəri daş kimi yerində donur; Ala gözlərindən üsyan oxunur… S.Vurğun.

Yerində qalmaq – olduğu yerdəcə ölmək.
Əlini naqana atdığı zaman; Göy Vəli mıx kimi yerində qalır; Titrəyib, xəncəri əlindən salır. S.Vurğun.

…yerində olmamaq – münasib olmamaq, uyğun olmamaq.
Yerində oturtmaq məc. – çox lovğa, iddialı adama eybini, ləyaqətini göstərərək cavab vermək, həddini göstərmək, yerini göstərmək.
Telli arvad …[Rüstəm kişiyə] baxanda filosofluq edib deyirdi: – Ay qoca dünya, o qədər mənəm-mənəm deyənləri yerində oturtmusan! M.İbrahimov.

Yerində saymaq1) durduğu yerdə addımlamaq;
2) məc. inkişaf etməmək, irəliləməmək, irəli hərəkət etməmək, olduğu yerdə qalmaq.
[Süsən:] Hər halda biz yerində sayanlardan deyilik. İ.Hüseynov.
Görün hələ nə qədər; beyni iflic olan var; öz yerində sayan var. X.Rza.

Yerində turp əkilmək – bərbad olmaq, xaraba qalmaq, uçulub-dağılmaq. [Gəray ağa:] Mülkünüz xaraba qalacaq, bəlkə xan sarayının divarları kimi dözüm gətirməyəcək.
Yerində turp əkiləcəkdir. S.Rəhimov.

Yerindən dəli kimi qalxmaq (sıçramaq) – hövlnak qalxmaq, yerindən sıçramaq.
[Rupça xatun] yerindən dəli kimi qalxdı. Çəmənzəminli.

Yerindən eləmək1) avara qoymaq, öz əsas işindən ayrılmasına, avara qalmasına səbəb olmaq;
2) yerindən, yuvasından məhrum etmək.
Yerindən qımıldanmamaq1) tərpənməmək, qımıldanmamaq;
2) səsi çıxmamaq. Bütün bu müddətdə Molla min dəfə özündən gedirsə də, yerindən qımıldanmır. “M.N.lətif.
” Yerindən oynatmaq1) laxlatmaq;
2) məc. təhrik edərək fikrini, qərarını dəyişdirməyə, yaxud bir işə iqdam etməyə məcbur etmək.
Molla Sadığın təmkinlə söylədiyi bu sözlər adamları yerindən oynatdı. İ.Şıxlı.

Yerinə düşmək – münasib vaxtda olmaq, məqamında olmaq, uyğun olmaq.
Mirzə Cavad sözünün yerinə düşdüyünə sevindi. Mir Cəlal.

Yerinə gəlmək – ölən bir arvadın yerinə ərə getmək.
[Xədicə] anasının yerinə gələn qadınla yola gedə bilməmişdi. S.Hüseyn.

Yerinə yetirmək – icra etmək, həyata keçirmək. Tapşırığı yerinə yetirmək. Vəzifəsini yerinə yetirmək.
– Müqim bəy xanımın meyvəcat barədə tapşırığını yerinə yetirdikdən sonra Alagözü “güzgü otağına” gətirdi. S.Rəhimov.

Yerini almaq – həyata keçmək, yerinə yetirilmək.
Nisə xalanın sərəncamı bütün mənası ilə yerini alırdı. Qantəmir.

Yerini dar eləmək (etmək) – maneçilik, narahatlıq, çətinlik törətmək; hərəkətinə, inkişafına, fəaliyyətinə mane olmaq.
[Güllü:] Bircə de görüm mən sənə neyləmişəm? Yerini dar eləmişəm, ya ərini əlindən almışam? Ə.Haqverdiyev.

Yerini göstərmək1) bir şeyi nişan vermək;
2) bax yerində oturtmaq.
Tahir bir istədi qışqırsın, tülküsifət natiqi fitə bassın, ona öz yerini göstərsin, amma məclisdə oturanların töhmətindən çəkinib dinmədi. M.Hüseyn.

Yerini xəlvət etmək – yerini heç kəsə bildirməmək, yerini gizli saxlamaq. Tamam beş günün müddətində yerimi xəlvət etmək üçün gündə bir ev dəyişdim. “Mol. Nəsr.
” Yerini tutmaq – əvəz etmək. Heç bir adam onun yerini tuta bilməz.
[Sayalı:] Maşallah, yekə oğlan olubsan, torpağı sanı yaşayasan, lap atan Səmədin yerini tutubsan. İ.Şıxlı.

Yerini verməmək – əvəz edə bilməmək.
Heç şey verməz bu dağların yerini; Min bir rəngə girir burda təbiət. S.Rüstəm.

Yerlə yeksan etmək1) yerə tökmək, dağıtmaq;
2) məc. məhv etmək, xarabaya döndərmək, uçurub dağıtmaq, viran etmək;
3) vurub öldürmək.
Saymadan sultanı, xanı; Eyləyibsən nahaq qanı; Badam kimi növcavanı; Yer ilə yeksan eylədin. Aşıq Pəri.

Yerlə yeksan olmaq1) yerə tökülmək, dağılmaq. Sünbüllər yerlə yeksan olmuşdu;
2) məc. xarabaya dönmək, uçulmaq, məhv olmaq, viran olmaq.
Şəhər göyə sovrulub; Yer ilə yeksan oldu; Min ilin yaratdığı; Bir ana qurban oldu. B.Vahabzadə.
Mirzə ata-anasının az qala yerlə yeksan olmuş qəbirlərinə baxdı, sonra qonur gözlərini Qədirin üzünə zillədi. İ.Məlikzadə.

Bir yerdə – bax bir.
[Mərcan bəy:] Sözün doğrusu, daha bundan sonra mən səninlə bir yerdə … çörək yeməyəcəyəm. Ü.Hacıbəyov.
Bir gün Qərənfillə Bahadur yenə adi qayda üzrə bir yerdə evə dönürdülər. S.Rəhman.

Bir yerə (araya) gəlmək – toplanmaq.
Bir yerə gəlmək – bir qərar vermək. Mübahisədən nə çıxar, bir yerə gəlmək lazımdır.
Boş yerə – bax boş.
Ömrü ucuz verdi… bir iş görmədən; Boş yerə ölməyin nə mənası var?! B.Vahabzadə.

Dan yeri – bax dan.
…duran (olan) yerdə –
…var ikən, …ola-ola.
Amma mən duran yerdə Qədirin qulluğa getməsi, lap nahaqdır. Mir Cəlal.

Qara yer – qəbir, məzar.
Qəlbində yer eləmək (etmək, salmaq) – özünə yer tutmaq, əsər və əlamət buraxmaq.
Silindi qəlbində yer salan qəhər. M.Rahim.
Öldürdüyü düşmənə qarşı olan nifrət hissi ilə qarışıq bir acı duyğu da gənc qızın hələ qəlbində yer etməyə macal tapmamışdı. Ə.Əbülhəsən.

Nahaq yerə – bax nahaq.
Nə yerdə – hansı vəziyyətdə. İşləriniz nə yerdədir? Onun məsələsi nə yerdə qaldı?
…o yerə (elə yerə) çatdı ki, … (çatmışdı ki, …) – bir işin, hadisənin gedişində ən son nöqtəni, həddi bildirir.
Söhbət o yerə çatdı ki, … – [Rübabənin] Vahid ilə ünsiyyəti o yerə gəlib çatmışdı ki, heç biri o birindən kənarda yaşamır, yaşaya bilmirdi. Mir Cəlal.
…olan yerdə – 1) …olduğu halda, bir halda ki, … Aşkar şeydir ki, təzə olan yerdə köhnə qanunlar gərək pozulsunlar. C.Məmmədquluzadə;

2) …kimi, …olaraq.
Kəsbkarlıqdan əlin çıxdı, usan! Ər olan yerdə, görüm, yox olasan. M.Ə.Sabir.

Öz yerində – qaydada, nizamda.
[Süleyman:] Şükür Allaha, hər şey öz yerində sazdır. Ü.Hacıbəyov.

Öz yerindədir – öz qabiliyyət və ləyaqətinə görə vəzifə tutan adam haqqında. İndi o, öz yerindədir.
Sağ yer qoymamaq – bax sağ.
Yalan yerə – nahaq yerə; nahaqdan, yalandan.
Dövlətliyə yaltaqlana bilmərəm; Qəmli ikən, yalan yerə gülmərəm. M.Ə.Sabir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YER 1. YER, ƏRZ, YER KÜRƏSİ (səma müqabili) 2. yer bax torpaq 2 3. yer bax iş 2 4. yer bax yorğan-döşək
  • YER torpaq
  • YER göy — dünya — aləm
  • YER yorğai-döşək — yataq
  • YER sahə
  • YER ölkə — ərazi — vətən — diyar
  • YER vəzifə — xidmət — qulluq — iş
  • YER iz — nişanə — əlamət — əsər
  • YER mənbə — məxəz

Antonimlər (əks mənalı sözlər)

  • YER YER – GÖY Göydən bir damcı da düşmədi yerə; Yerdən sular coşdu, sellər oyandı (H.Hüseynzadə)

Etimologiya

  • YER Güman edirik ki, yer və yerimək sözləri etimoloji baxımdan eyni kökə malikdir. Məlumdur ki, yer və göy sözləri bir-birinin antonimidir
YEPYENİ
YER-GÖY
OBASTAN VİKİ
Yer
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri, Venera, Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Tərs yer
Tərs yer — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Gədəbəy rayonunun Samanlıq kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Tərs yer kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Kiçik Qafqaz dağlarının ətəyində, dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 138 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Yer-Su
Yer (planet)
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri, Venera, Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Yer Günü
Beynəlxalq Yer Kürəsi Günü və ya "Ağac Günü" — keçirilmə tarixi XX əsrin 70-ci illərinə təsadüf edir. Senator Heylord Nelsanın təşəbbüsü ilə keçirilən bu bayramda məqsəd insanların diqqətini ətraf mühitin çirkləndirilməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək idi. Yer Kürəsi Günü ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olundu. 20 milyona yaxın amerikalı müxtəlif tədbirlərdə iştirak edərək hökuməti ekoloji problemləri həll etməyə çağırdı. Həmin vaxtdan etibarən başlanan kütləvi ekoloji hərəkat təbii ehtiyatların qorunmasına və sənaye istehsalı üzərində ekoloji nəzarətə istiqamətləndi. Məhz XX əsrin 70-ci illərindən etibarən şirkətlər ətraf aləmin mühafizəsinə nə qədər vəsait ayırmaları barədə rəsmi məlumat verməyə başladılar. == Tarixi == ABŞ-nin Nebraska ştatının sakini Corc Sterlinq Mortona ştatın yaşıllaşdırılmasına başlamaq üçün əhaliyə müraciət etmişdi. Onun özü və ailəsi ilk olaraq ağac əkməyə başlamışdı. Tezliklə bu təşəbbüs geniş əks-səda doğurmuşdu. İlk "Ağac Günü"ndə ştatın əhalisi təqribən bir milyon ağac əkmişdi.
Yer Krallığı
Yer Krallığı — Avatar: Aanq haqqında əfsanə cizgi serialın dünyadan bir dövlət. Bu (xəritəyə görə) Avatar dünyasın şərqinin böyük hissədə yerləşən kontinentdə yerləşən, Kral tərəfdən idarə edilən konfederativ monarxiyadır. Paytaxtı - Ba Sinq Se. Əraziyə görə Avatar dünyanın ən böyük dövlətdir. Hava köçəriləri və Su tayfasıdan fərqli olaraq o gədər də magiyanı istifadə edə bilən bilən adamların azlıqdan görə əziyyət çəkmir. == Görünüşü == Millətin görünüşü qədim Çindən yaradılmışdır (Tzin sülaləsin dövrü). == Mədəniyyət == Yer Krallığda yaşayan camaatın mədəniyyəti regeonlara görə çoxşaxəlidir.
Yer Tanrı
Yer Tanrı - türk və altay xalq inancında və mifologiyasında yer tanrısı. Yertengri və ya Certenger olaraq da deyilər. Bəzən şərri və eqoist düşüncələri təmsil edir. Göy Tanrı yanında ikinci planda qalar. İnsan formalı olaraq çox təsvir edilməmişdir. Ancaq çox vaxt qadın cildində qəbul edilir. Yer üzü və ya Dünya "Yertinç / Yerdinç" olaraq ifadə edilər. Yer Tanrıya ağ toyuq qurban edilir. Bəzən də balıq, qoyun və ya öküz qurban verilir. Xüsusilə başı torpağa basdırılar.
Yer atmosferi
Atmosfer (q.yun. ἀτμός — buxar və σφαῖρα — sfera) – Yeri əhatə edən hava təbəqəsi. Atmosferin qalınlığı 3000 km olub, Yer kürəsi ilə birlikdə fırlanır. == Tərkibi == Atmosfer eyni zamanda Yerin qaz təbəqəsidir və tərkibi müxtəlifdir. Atmosfer iki əsas qazdan, 78% azot, 21% oksigendən ibarətdir (karbon cəmi 0,03%-dir). Azot yunanca "azos" sözündən olub, "cansız, həyata kömək etməyən" mənasında işlənməsinə baxmayaraq o, canlılar üçün mühüm qazlardan biri sayılır. Azotun dövranını müxtəlif canlı orqanizmlər yaradır. Oksigen atmosferdə daha fəal element olduğu üçün canlıların tənəffüsündə, yanmada və s. iştirak edir. Onun rəngi, iyi və dadı yoxdur.
Yer badamı
Yeməli topalaq (lat. Cyperus esculentus) — topalaq cinsinə aid bitki növü.
Yer bucağı
Yer bucağı (elevasiya) - həqiqi üfüq üzərində izlənən obyektin (yer əşyası, uçan apparat, göy cisimləri və s.) bucaq hündürlüyüdür. Yer bucağı azimutla birgə obyektə istiqaməti təyin etmək üçün xidmət edir. Başqa ədəbiyyatda belə izah olunur: yer bucağı - şaquli müstəvidə hədəfə istiqaməti ilə onun üfüqi müstəviyə proyeksiyası arasındakı bucaqdır.
Yer canavarı
Yer canavarı (lat. Proteles cristatus) — Kaftarlar fəsiləsindən yırtıcı məməli heyvan növü. Xarici görünüşünə görə yer canavarı kaftara bənzəsə də, rəngi və anatomik xüsusiyyətlərinə görə onları asanlıqla ayırd etmək olur. Yer canavarının bədəninin uzunluğu kaftardan 2 dəfə kiçik olub 55-95 sm arasında dəyişir. Quyruğunun uzunluğu 20-30 sm, süysününün hündürlüyü 45-50 sm-dir. Yetkin fərdlərin kütləsi mövsümdən və qidadan asılı olaraq 8-14 kq olur.
Yer hanası
Yer hanası (toxucu dəzgah) — üfüqi istiqamətdə, torpağa və ya döşəməyə uzadılan, parça, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah. Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan məmulatlar hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın ikinövü mövcuddur; yer hanası və divar hanası. İlk öncə yer hanası meydana gəlmişdir. Yer hanası aşağıdakı əsas hissələrdən ibarət olur: Yer hanasının hər bir hissəsinin öz vəzifəsi var. bir cüt köndələn dolağacdan, onları bir-birindən xeyli aralıda, sabit saxlayan iki cüt mıxçadan, gücü ağacından və gücülənmiş əriş taylarını üfüqi vəziyyətdə saxlayan 3 ədəd çatma ayağından ibarət idi. Hana kompleksi ağız çubuğu, çarpaz çubuğu, asma ipləri, və taxta "qılınc" ilə tamamlanırdı. XX əsrin əvvəllərinə qədər geniş çeşiddə istehsal edilən yun parçaların bəzi növləri (şal, mahud, tirmə, dügürd, cecim, çul, ladı və s.) yer hanasında istehsal edilirdi. Yer hanasında, daha çox qadınlar tərəfindən toxunan şal (yer şalı), əsasən, ailənin daxili ehtiyacını ödəməklə, əsrlər boyu ev peşəsi kimi qiymətləndirilmişdir.
Yer iyesi
Yer iyəsi — türk, altay və monqol mifologiyalarında ərazi və torpağın qoruyucu ruhu. Cer (Çer) iyəsi də deyilir. Eyni mənalı olaraq Orun (orın, Urun, urine) iyəsi təbiri də istifadə edirlər. Moğollar Gazar Ezen deyərlər. Torpağın qoruyucu ruhudur. == Xüsusiyyətləri == Hər ərazinin, hər tarlanın fərqli bir iyəsi vardır. Olduqca iri bədənli, uzun boylu və geniş addımlar atan orta yaşlı bir qadındır. Əkili tarlaları qoruyar. Tarla iyəsi adlı başqa bir iye də bənzər xüsusiyyətlərə malikdir. Hər il hasattan əvvəl qurban verilir.
Yer iyəsi
Yer iyəsi — türk, altay və monqol mifologiyalarında ərazi və torpağın qoruyucu ruhu. Cer (Çer) iyəsi də deyilir. Eyni mənalı olaraq Orun (orın, Urun, urine) iyəsi təbiri də istifadə edirlər. Moğollar Gazar Ezen deyərlər. Torpağın qoruyucu ruhudur. == Xüsusiyyətləri == Hər ərazinin, hər tarlanın fərqli bir iyəsi vardır. Olduqca iri bədənli, uzun boylu və geniş addımlar atan orta yaşlı bir qadındır. Əkili tarlaları qoruyar. Tarla iyəsi adlı başqa bir iye də bənzər xüsusiyyətlərə malikdir. Hər il hasattan əvvəl qurban verilir.
Yer kitabı
== Kitabın içindəkilər == SSRİ Dövlət mükafatı laureatı, Kabarda-Balkar xalq şairi Qaysın Quliyevin adı təkcə sovet ölkəsində deyil, sərhədlərimizdən kənarda da hörmətlə, rəğbətlə çəkilir. Onun Balkar dilində yazdığı şeirlər və poemalar Qafqaz dağlarını aşıb uzaq-uzaq dillərə yayılmış, bir çox dillərə tərcümə olunmuşdur. Dağlar kimi vüqarlı, əzəmətli və müdrik, çaylar kimi coşqun olan insanların təbiəti, daxili aləmi, gələcəyə inamı Qaysın Quliyev yaradıcıllığının əsasını təşkil edir.
Yer kürəsi
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri, Venera, Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Yer maqnetizmi
Yer maqnetizmi və ya geomaqnetizm — Yerin və yerətrafı kosmik fazanın maqnit sahəsidir. Yer maqnetizmi geofizikanın bir bölməsidir və geomaqnit sahəsinin fəzada paylanması, zamandan asılı olaraq dəyişməsini, Yerdə həmçinin yuxarı atmosferdə onunla əlaqədar geo-fiziki prosesləri öyrənir.
Yer nüvəsi
Yer nüvəsi — Yer kürəsinin mərkəzi hissəsini təşkil edir. Radiusu-3450 km-dir. Sıxlığı nüvənin üst hissəsində 9,4 qr/sm3, daxilində isə 12–13 qr/sm3-dir. Temperaturu 4000–5000 C-yə, sıxlığı isə 1,4 mln. kq/sm 2-dir. Yerin nüvəsi yüksək elektrik keçirmə qabiliyyətinə malikdir. Seysmik dalğalardan isə yalnız uzununa dalğaları keçirir. Eninə dalğalar yerin nüvəsində yayılmır. == Yer kürəsinin temperaturu == Yerin həyat üçün ən lazımlı şərtlərinin ən vacibləri temperaturu və atmosferidir. Mavi planetimiz canlıların, xüsusilə də bizim kimi son dərəcə mürəkkəb canlı varlıqların yaşaya biləcəyi temperatura və nəfəs ala biləcəyi atmosferə malikdir.
Yer oxu
Yer oxu — Yerin sutkalıq hərəkəti zamanı ətrafında fırlandığı düz xəttdir. Yer oxu yerin mərkəzindən keçir və coğrafi qütblərdə yer səthini kəsir. Yer oxunun epliktika müstəvisinə olan orta meyilliyi 66 ∘ 33 ′ 19 ″ 85 {\displaystyle 66^{\circ }33'19''85} -dir. Lakin bu meyillik Günəş sisteminin digər planetlərinin cazibə qüvvəsinin təsiri nəticəsində hər il 0 ″ , 468 {\displaystyle 0'',468} artır. Hesablamalara görə bu bucaq təqribən 15000 il böyüyəcək və ondan sonra kiçilməyə başlayacaq.
Yer planeti
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri, Venera, Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Yer sakinləri
Yer sakinləri (ing. Earthlings) — 2005-ci ilin ABŞ istehsalı olan sənədli filmi. Filmdə heyvanların insan tərəfindən istismarı problemləri qaldırılır. Filmin rejissoru amerikalı Şon Monsondur. Filmi amerikalı aktyor Xoakin Feniks səsləndirib, musiqisi Riçard Mellvil Holl tərəfindən yazılıb. Film bir növün digər növü diskriminasiya edilməsi məsələsini qaldıraraq bu problemi irqi ayrı-seçkilik və seksizm kimi diskriminasiya növləri ilə müqayisə edir. Spesisizm adlanan bu cür diskriminasıyanın nümunələri kimi insanın heyvanları sənayenin müxtəlif sahələrində istismarından danışılır (qida, geyim, əyləncə, elm və s.). Filmdə zoomağazalardan, evsiz heyvanlar üçün sığınacaqlardan, quşçuluq fabrikalarından, donuz və inək fermalarından, dəri və xəz istehsalı və satışı yerlərindən, idman və əyləncə tədbirlərindən və tədqiqat laboratoriyalarından kadrlar nümayiş etdirilir. Filmin əsas hissəsini heyvanlara qarşı zorrakılığı, o cümlədən heyvanların öldürülməsini əks etdirən sənədli kadrlar təşkil edir. Rejissor Şon Monsonun sözlərinə görə filmin 2/3 hissəsi gizli kameralar vasitəsi ilə çəkilib.
Yer səthi
Coğrafi təbəqə və ya Yer səthi — Yerin tam və kəsilməz üst quruluşu. Onun tərkib hissələri torpaq, troposfer, stratosfer, hidrosfer və biosferdir. Onlar bir-biri ilə sıx əlaqədədir və onlar arasında daima enerji və maddələr mübadiləsi gedir. == Ədəbiyyat == Броунов П. И. Курс физической географии, СПб., 1917. Григорьев А. А. Опыт аналитической характеристики состава и строения физико-географической оболочки земного шара, Л.—М., 1937. Григорьев А. А. Закономерности строения и развития географической среды, М., 1966.
Yer ulduzu
Yer ulduzu (lat. Aseroe rubra), Phallaceae familiyasından bir göbələk növü. Çürük(saprofit) bir növ olan yer ulduzuna ümumiyyətlə tropik bölgələrdə rast gəlinər və yetkinləşdiyində sıx pis bir qoxuya malikdir. Növün yetkin bir nümunəsi ortalama olaraq 8 sm uzunluğunda bir gövdəyə, 6 elə 10 arasında dəyişən ədəddə kola sahib olar; bu qolları ona ulduz bir şəkil verər ki adını da buradan götürmüşdür. Qolların ətraf mərkəzi qisimin rəngi ağ, qırmızı kimi müxtəlif rənglərdə ola bilərkən, bu qisimin ətrafında (qolların başladığı qisimlərdə) ümumiyyətlə qəhvəyi olan sporlar tapılar.
Yer çərşənbəsi
Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə hörmətsizlik edilməməsi lazım olduğuna inanırlar. Çərşənbələr yazın gəlişindən xəbər verir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar müasir ənənələr daxildir. Etnoqraflar çərşənbələrə dörd ünsürün adının Azərbaycanda müasir dövrdə bir neçə şəxs tərəfindən qoyulmasını, nə Cənubi Azərbaycanın, nə də türk dünyasının digər bölgələrinin istər qədim, istərsə də müasir Novruz ənənələrində Novruz çərşənbələrinin dörd ünsürlə adlandırılması hallarının mövcud olmadığını əsaslandırırlar. Əvəzində isə türk dünyasında od, istilik, Günəş anlamını verən "cəmrə" anlayışı mövcuddur. Fevralın 20-də, yəni kiçik çillənın çıxdığı gün cəmrə havaya baxır, yəni hava isinir. Bundan bir həftə sonra, yəni fevralın 27-də cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş tutur. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.
Yer örtükləri
Yer örtükləri (rus. Земные обoлочки, ing. Earth`s cover) — müəyyən dərəcədə düzgün konsentrik zonalar olub, bütün planeti əhatə edir, dərinliyə getdikcə dəyişir və bir- birindən fiziki, kimyəvi və bioloji xüsusiyyətlərinə görə fərqlənir.
"Qərbi Sibirin yeraltı sərvətlərindən istifadə edilməsinə görə" medalı
"Qərbi Sibirin yeraltı sərvətlərindən istifadə edilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 28 iyul 1978-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
26 Bakı komissarının güllələndiyi yerə yürüş (film, 1933)
80 kilometr yerin altı ilə (film, 2002)
== Məzmunu == Film 35 yaşlı Bakı metropoliteninin tarixi və fəaliyyətindən bəhs edir. 1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılır. 1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası — Bakı Soveti, 26 Bakı Komissarı, 28 Aprel, Gənclik və Nəriman Nərimanov stansiyaları və 9.2 km-lik yeraltı xətləri olan birinci növbəsi istismara verilir, həmin stansiyalardan 4-ü böyük dərinlikdə idi ki, bunlardan da birisi Qara Şəhər adlanan ərazidə yerləşən "Xətai" stansiyası idi. İlk qatarı maşinist Salman Ələkbərov və maşinist köməkçisi Akif Mirzəyev idarə edirdi. 25 noyabr 1967-ci ildən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı. Filmdə uzunluğu 80 kilometr olan metropolitenin yaranma tarixi vərəqlənir.
ABŞ-ın Tarixi Yerlərin Milli Reyestri
ABŞ-nin Tarixi Yerlərin Milli Reyestri (ing. National Register of Historic Places) — ABŞ federal hökuməti tərəfindən aparılan tarixi abidələrin rəsmi siyahısı. Siyahiya fərdi tarixi binalar, bütöv tarixi rayonlar və digər obyektlər (məsələn, muzey gəmiləri) daxil edilir. "Milli Tarixi Abidə" (ing. National Historic Landmark) statusu olan bütün obyektlər avtomatik olaraq Tarixi Yerlərin Milli Reyestrinə əlavə edilir. Bununla birlikdə, reyestr obyektlərinin çoxunun bu statusu yoxdur: siyahıda olan səksən min obyektdən yalnız 2430-u "Milli Tarixi Abidə" statusuna malikdir. Reyestr 1966-cı ildən bəri aparılır.
Abdulkərim (Yermekeevskiy rayonu)
Abdulkərim (başq. Әбделкәрим) — Abdulkərim; Başqırdıstanın Yermekeevo rayonunun kənd şurasına aiddir. Əhalisi 1 yanvar 2009-cu ildə görə 487 nəfər olmuşdur. Poçt kodu – 452190.
Abraham Yeravansi
Abraham Yeravansi və ya İrəvanlı Abraham (erm. Աբրահամ Երևանցի 1680 – 1740) — XVIII əsr erməni tarixçisi. Abraham Yerevansinin "1721–1736-cı illərdə müharibələrin tarixi" əsəri Cənubi Qafqaz və İran tarixini öyrənmək üçün mühüm mənbələrdəndir. Kitabda müəllifin şahidi olduğu hadisələrdən, o cümlədən 1724-cü ildə İrəvanın Osmanlı qoşunları tərəfindən tutulmasından bəhs edilir. Əsər 1938-ci ildə erməni, 1939-cu ildə isə rus dilində nəşr olunmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Bournoutian, George A. ABRAHAM OF EREVAN // Encyclopaedia Iranica. 2002. A. J. Hacikyan, redaktor The Heritage of Armenian Literature: From the Eighteenth Century to Modern Times. Detroit: Wayne State University Press. 2005.
Acılı yaşayış yeri
Аcılı yаşаyış yеri — Şərur rayonundа Dərəkənddən şimal-qərbdə yеrləşir. Yаşаyış yеrində оlаn uçub-tökülmüş tikinti qаlıqlаrı binаlаrın dаş təməl üzərində möhrə və çiy kərpicdən inşа оlunduğunu göstərir. Tədqiqаt zаmаnı Sоn Оrtа əsrlərə аid şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr оlunmuşdur.
Adi yergilası
Adi yergilası (lat. Physalis alkekengi) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin yergilası cinsinə aid bitki növü. == Botaniki təsviri == Uzun, sürünən, budaqlı, odunlaşmış, yeraltı zoğları olan çoxillik ot bitkisidir. Gövdəsi 25–60 (80) sm düz, budaqlı, bəzən sadədir; aşağı hissəsi çılpaq, orta hissəsi az, təpəsi isə sıx tüklənmişdir. Yarpaqları saplaqlı, uzunluğu 4–12 sm, eni 2.5–6.5 sm yumurtavari, enli yumurtavaridir; qıraqları bəzən azacıq diş-dişli, hər iki tərəfdən çox seyrək tüklüdür. Çiçəkləri tək-tək, qoltuqdadırlar. Çiçəkyanı kasacıqları 4–7 mm uzunluqda üçdilimlidir, sıx tüklənmişdir. Tacı 20 mm, ağımtıl, sıx tükləşmişdir. Giləmeyvəsi 1.2–1.5 sm uzunluqda, narıncı, toxumları 2.5 mm qədər, tumurcuqvari, sarı və ya ağımtıl rəngdədir. May-avqust aylarında çiçəkləyir, iyun-sentyabrda meyvə verir.
Afrikanın yerli xalqları
Afrikanın yerli əhalisi — müstəmləkəçilərin gəlməsindən əvvəl orada yaşayan insanlar qrupudur. == Tarixi == Yerli Afrika xalqlarının tarixi minillikləri əhatə edir və müxtəlif mədəniyyətləri, dilləri və siyasi sistemləri əhatə edir. Yerli Afrika mədəniyyətləri qədim zamanlardan bəri mövcuddur. Ən qədim insan məskəni sayılan Oldovoy dərəsi də buradadır. Qitədəki insan həyatının ən erkən sübutlarından bəziləri yüz minlərlə il əvvələ aid daş alətlər və qaya sənətindən gəlir. Afrika tarixinin ən erkən yazılı qeydləri eramızdan əvvəl 3000-ci ilə aid olan qədim Misir və Nubiya mətnlərindən gəlir. Bu mətnlər dövrün cəmiyyətləri, o cümlədən dini inanclar, siyasi sistemlər və ticarət şəbəkələri haqqında məlumat verir. Sonrakı əsrlərdə, Şimali Sudanın Kuş Krallığı və Qərbi Afrikadakı Qana, Mali və Sonqhai kimi güclü imperiyaları əhatə edən müxtəlif Afrika sivilizasiyaları məşhurlaşdı. 15-ci əsrin sonlarında milyonlarla afrikalının əsarət altına alınmasına və bir çox yerli mədəniyyətin köçməsinə səbəb olan Avropa müstəmləkəçiliyi başladı. İkinci Dünya Müharibəsinin bitməsindən bəri yerli Afrika mədəniyyətləri qərbləşmə və qloballaşma qarşısında öz kimliklərini qorumaq üçün mübarizə apararaq, davamlı bir axın vəziyyətindədirlər.
Aktın tərtib edildiyi yerin qanunu
Lex loci actus və ya aktın tərtib edildiyi yerin qanunu — beynəlxalq xüsusi hüquqda qəbul edilmiş qayda. Bu qaydaya görə, mülki hüquq aktının tərtib olunduğu dövlətin hüququ tətbiq olunmalıdır. Bu, təhkimetmənin ümumi formuludur və bu şəkildə nadir hallarda istifadə olunur. Buna səbəb mülki hüquq aktının müxtəlif mülki-hüquqi hərəkətlərini əhatə edən geniş anlayış olmasıdır. Buna görə də aktın növündən asılı olaraq bu formul dəqiqləşdirilir. Aktın tərtib edildiyi yerin qanununun ən çox yayılmış variantları "Müqavilənin tərtib edildiyi yerin qanunu", "Müqavilənin icra edildiyi yerin qanunu", "Zərər vurulma yerinin qanunu"dur.
Albantəpə yaşayış yeri
Albantəpə yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndinin qərbində yerləşən, antik dövrə aid qədim yaşayış yeri. == Haqqında == Yaşayış yeri hər tərəfdən dağlarla əhatələnmiş dərədə yerləşən ümumi dağ sistemindən ayrılmış uzunsov təpə üzərindədir. Abidədə 1979-cu ildə aparılmış arxeoloji qazıntılar nəticəsində 1,5 m dərinlikdə mədəni təbəqə aşkar edilmiş, daş divar qalıqları, torpağa basdırılmış iki küp tapılmışdır. 6-7 sm qalınlığında kül təbəqəsi ilə örtülmüş mədəni təbəqədə küp və qazan tipli gil qab qırıqları, osteoloji qalıqlar (it, at, qoyun, keçi və qaramal sümükləri), bitki qalıqları (taxıl, şaftalı və ərik dənələri), dəmirdən hazırlanmış metal əşyalar (oraq, bıçaq, ox və nizə ucluqlar), şüşə qab parçaları və sair əldə edilmişdir.
Aleksandr Yersen
Aleksandr Yersen (fr. Alexandre Émile Jean Yersin; 22 sentyabr 1863[…] – 1 mart 1943 və ya 28 fevral 1943, Nyaçanq) — Fransa-İsveçrə həkimi və bakterioloqu. Bubon taununu törədən və sonradan alimin şərəfinə adlandırılan Yersinia pestis basilinin aşkar edilməsində rolu olan tədqiqatçılardan biri kimi tanınır. Başqa bir bakterioloq olan yapon həkimi Kitasato Shibasaburō adətən, xüsusi olaraq bir neçə gün əvvəl bakteriyaların müstəqil identifikasiyasını müəyyən etdiyini, lakin patogenə səbəb olan vəba deyil, başqa bir bakteriya olduğunu qeyd etdi. Həmçinin, Yersen ilk dəfə olaraq, eyni basilin (çöpün) həm gəmiricilərdə, həm də insan da olduğunu göstərərək mümkün ötürmə yollarını vurğulamışdı. == Həyatı və təhsili == Yersen 1863-cü ildə İsveçrənin Vaud kantonunda atasının — Jan-Aleksandr-Mark Yersenin ölümündən sonra dünyaya göz açıb. Onun anası Fanni-İzalin-Emili Moşel idi. 1883–1884-cü ilə qədər Lozannada, ardınca Marburqda və Parisdə (1884–1886) tibb təhsili almışdı. == Karyerası == 1886-cı ildə Yersen Emil Rouxun dəvəti ilə École Normale Supérieure-də Louis Pasteurun tədqiqat laboratoriyasına daxil olmuş və quduzluğa qarşı zərdabın hazırlanmasında iştirak etmişdir. 1888-ci ildə o, Eksperimental vərəmin inkişafı üzrə tədqiqat adlı dissertasiya ilə doktorluq dərəcəsini almış və iki ay Almaniyada Robert Koç ilə birlikdə vaxt keçirmişdir.
Aleksey Yermolov
Yermolov Aleksey Petroviç (4 iyun 1777, Moskva – 23 aprel 1861, Moskva) — Rusiya hərbi xadimi, Qafqaz komandanı. == Həyatı == Aleksey Yermolov 1777-ci ildə anadan olmuşdur. 1812-ci il Vətən müharibəsinin qəhrəmanlarından biri kimi tanınmışdır. Qafqazdakı rus qoşunlarının baş komandanı olmuşdur. Burada Sərdar Yermolov adı ilə məşhurlaşmışdı. Qafqazın müsəlman xalqlarının, xüsusilə Azərbaycanın qəddar düşməninə çevrilmişdi. Şəki (1819), Şəmşəddil və Qazax sultanlıqları (1819), Şirvan (1820), Qarabağ (1822) və Talış (1826) xanlıqları ləğv edilmişdi. Diplomatik fəaliyyətdə də kobudluğu və özbaşınalığı ilə fərqlənirdi. O, əvvəlcə Rusiya elçiliyinin rəhbəri kimi İranla münasibətləri kəskinləşdirmiş, 1826–1828-ci illər rus-İran müharibəsinin günahkarlarından olmuşdur. Bütün bunlardan başqa Yermolov dekabristlərin ideallarına xəyanət etmiş, Qafqaz ordusunun çara andiçmə mərasimini keçirmiş, sonadək sədaqətli monarxist olmuşdu.
Almalı yaşayış yeri
Аlmаlı yаşаyış yеri — Хаrаbаlıqlаrı еyniаdlı kəndin yахınlığındа yеrləşir. Еvlər dаş təməl üzərində çiy kərpic və möhrədən inşа еdilmişdir. Bəzi еvlərin divаrlаrınа аğаc tirlər аtılmışdır. Uçub-tökülmüş binаlаrın içərisində dördkünc tахçаlаrа və buхаrılаrа rаstlаnır. Kеrаmikа məmulаtı çəhrаyı rəngdə yахşı bişirilmiş şirli qаblаrdаn və qаrа rəngli çölməklərdən ibаrətdir. Yаşаyış yеrindən аşkаr еdilmiş sахsı məmulаtı XIX-XV əsrlərə аiddir.
Alovtəpə yaşayış yeri
Alovtəpə — Kəngərli rayonunda Yurdçu kəndindən şərqdə orta əsrlərə aid yaşayış yeri. == Ümumi məlumat == Sahəsi 2 hektardır. Qərb tərəfdən dərə ilə məhdudlaşır. Mədəni təbəqə olduqca az qalmışdır. Yaşayış yerinin mərkəzi hissəsində dördkünc formalı evlərə aid daş təməl qalıqları mövcuddur. Tikinti qalıqlarına əsasən demək olar ki, evlər daş təməl üzərində çiy kərpicdən və möhrədən inşa olunmuşdur. Yerüstü materiallar şirli və şirsiz saxsı məmulatından ibarət olub əsasən çəhrayı rəngdədir. Gil məmulatı içərisində küpə tipli qabların oturacaq hissəsinin və onların gövdəsinin sınıqları üstünlük təşkil edir. Tapıntıların əksəriyyəti forma verməyən parçalardan ibarətdir. Bəzi qabların gilinə iri qum qatılaraq qeyri-bərabər bişirilmiş, içəri tərəfinə qırmızı boya çəkilərək yaxşı hamarlanmışdır.Digərləri iri qum və Bitki qarışığı olan gildən hazırlanmış çəhrayı rəngdə bişirilmişdir.
Alyaska ştatında yerləşən şəhərlərin siyahısı
Alışar yaşayış yeri
Alışar yaşayış yeri — Şərur rayonunda eyniadlı kəndin cənubunda Antik dövrə aid arxeoloji abidə. Alışar kəndinin cənubunda, düzənlik sahədə yerləşir. Yaşayış yerinin ərazisi dəfələrlə şumlanıb əkildiyindən yerüstü əlamətləri itmişdir. Tədqiqat zamanı buradan Dəmir dövrünə aid çəhrayı və qara rəngli keramika parçaları aşkar edilmişdir. Yaşayış yerində tikinti qalıqlarına rastlanmamışdır. Ehtimal ki, onlar möhrədən olmuş və dağılmışdır. Tədqiqat zamanı yaşayış yerinin ərazisindən bir ədəd tunc bilərzik də əldə olunmuşdur. Ehtimal ki, yaşayış yerinin yaxınlığında qəbiristanlıqda olmuşdur. Arxeoloji materiallara əsasən yaşayış yerini e.ə. I minilliyə aid etmək olar.
Aram Yergenyan
Aram Yergenyan (erm. Արամ Երկանեան; 20 may 1900, Ərzurum, Ərzurum vilayəti – 2 avqust 1934, Kordova) — Daşnaksütun təşkilatının rəhbərlərindən biri, Fətəli Xan Xoyskinin qatili. Sözdə erməni soyqırımında rol aldığı iddia edilən türk ziyalısı Bahattin Şakir və Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Fətəli Xan Xoyskini intiqam məqsədilə qətl etmişdir. Ermənistan Respublikası tərəfindən milli qəhrəman adına layiq görülmüşdür. Aram Yergenyan 20 may 1900-cü ildə Türkiyənin Ərzurum şəhərində Sarkis Yergenyan və Mariyam Soghoyan Yergenyanın ailədə üçüncü oğulu olaraq dünyaya gəlmişdir. Sözdə erməni soyqırımına şahid olan Yergenyan ailəsi daha sonradan Cənubi Qafqazda yaşayıblar. Aram Yergenyan 1917-ci ildə könüllü olaraq Baş-Abaran müharibəsində General Dro üçün savaşmışdır. 1918-ci ildə Ermənistanın Osmanlı üzərində qalibiyyətindən sonra "Nemezis" əməliyyatını keçirənlərdən biri olmuşdur. Erməni inqilabçı federalistləri təşkilatına üzv olmuşdur. Aram Yerganyan, Almaniyada etdiyi hərəkat sonrasında, əvvəl Avstriyaya və daha sonra Buxarestə getdi.
Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının siyahıları
== Şəhər icra hakimiyyətləri ==
Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli arxeoloji abidələrin siyahısı
== Siyahı ==
Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısı
== Siyahı ==
Azərbaycanda yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunələrinin siyahısı
Azərbaycanda yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunələrinin siyahısı — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunələrinin siyahısı. Siyahıda ən qədim abidələr Xaçmaz və Şamaxıdakı XIV əsrə aid ərəb sənduqələridir.
Azərbaycanda yerləşən diplomatik nümayəndəliklər
ABŞ
Azərbaycanda yerləşən diplomatik nümayəndəliklərin siyahısı
ABŞ
Bağ yerində (film, 2007)
Bağ yerində qısametrajlı sənədli televiziya filmi rejissor Oqtay Əlizadə tərəfindən 2007-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Bakı bağlarından bəhs edir. == Məzmun == Film Bakı bağlarından bəhs edir. Bu etnoqrafik filmdə söhbət Bakı bağlarının özünəməxsusluğundan gedir.

Digər lüğətlərdə