1. Ayaqlarını işə salaraq hərəkət etmək; addımlamaq. İrəli yerimək. Bərk yerimək. Yeriyə bilməmək. Çox yeriməkdən yorulmaq. – Yeriyən at özünə qamçı vurdurmaz. ( Ata. sözü ).
// Hərəkət etməyə, gəzməyə iqtidarı olmaq. Uşaq hələ yerimir. Xəstə indi-indi yeriməyə başlamışdır.
2. Hərəkət etmək (getmək, üzmək). Maşın ağır yeriyir. Dənizdə qayıqlar yeriyir.
// İşləmək. Saat yerimir.
3. Üzərinə getmək, hücum etmək, axın etmək. Ordu qərbə yeridi.
4. Keçmək, qəbul olunmaq, yayılmaq.
5. Bir şeyin içinə batmaq, keçmək, girmək.