ZƏNGİNLİK

is.
1. Varlılıq, dövlətlilik; böyük sərvətə, dövlətə, mal-mülkə, maddi vəsait və imkanlara malik olma.
// Var, dövlət, sərvət, mal və mülk, maddi vəsait və pul bolluğu.
2. Həşəmət, calal, dəbdəbə, təmtəraq.
Bu qəsr Bağdad qəsrlərinin ən kiçiyi, lakin zinət və zənginlik cəhətcə ən böyüyüdür. M.S.Ordubadi.

3. Adətən cəm şəklində – maddi vəsait, sərvətlər. Azərbaycanın torpaqaltı zənginlikləri müxtəlif və tükənməzdir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZƏNGİNLİK varlılıq — dövlətlilik
  • ZƏNGİNLİK həşəmət — cəlal — dəbdəbə — təmtəraq

Antonimlər (əks mənalı sözlər)

  • ZƏNGİNLİK ZƏNGİNLİK – YOXSULLUQ Onda böyük zənginlik arzusu var idi (Çəmənzəminli); Mən onun üçün ağlayıram ki, sənə korluq, yoxsulluq peşəsi öyrətdim (Mir Cəla
ZƏNGİNLƏŞMƏK
ZƏNGLİ

Digər lüğətlərdə