ZAĞLI

Zağ verilmiş, cilalanmış, cilalı. (“Koroğlu” dastanının lüğəti)

Qılıncın ağzı zağlıdı,

Dostunun yolu bağlıdı,

Koroğlu qəlbi dağlıdı,

Qoyma batsın çən-dumana!

                       (“Koroğlunun Qars səfəri”)

                       *

Qılıncın ağzı zağlıdı,

Düşmanın qolu bağlıdı,

Koroğlu çox damağlıdı,

Eyvaz, buyur nərdivana!

         (“Koroğlunun Qars səfəri”) (“Koroğlu–Hümmət”)

ZAĞA
ZARILIQ

Digər lüğətlərdə