ZAİL

sif. [ ər. ] klas. Daimi olmayan, müvəqqəti, fani, keçici, puç.
□ Zail etmək (eyləmək) – puç etmək, yox etmək, məhv etmək, heçə çıxarmaq.
Nə gözəldir sənin şirin sözlərin; Zail etdi məni ala gözlərin. Qurbani.
Zakirəm, eylədin əqlimi zail; Olmaz belə surət, belə şəmail… Q.Zakir.
Gərdənə yaraşır qızıl hamayıl; Görənin ağlını edibdi zayıl… Aşıq Ələsgər.
Vaiz demə kim, zail edər əqli ziyalə; Badə gətirər mərdümi-huşyarı kəmalə. S.Ə.Şirvani.

Zail olmaq – keçmək, yox olmaq.
Heyhat ki, tədbir ola bu xanəxərabə; Zail olub əqli. M.Ə.Sabir.
Vaxtı ilə [Ceyranın] üzündə gördüyüm solğun məhzunluq büsbütün zail olmuşdu. S.Hüseyn.
Lakin şəhərə düşən birinci bombadan o diksinincə, elə bil, dərhal aradan bu illər qalxıb zail oldu. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZAİL fani — keçici — puç
ZAİQƏ
ZAKİR
OBASTAN VİKİ
Zail yovşanı

Digər lüğətlərdə