Zağaaltı
Zağaltı — Azərbaycan Respublikasının Laçın rayonu Qorçu kənd inzibati ərazi dairəsində kənd.
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 2020 ci il dekabrın 1 də 28 il 6 aydan sonra Müzəffər Azərbaycan ordusu Ermənistan ordusunu darma-dağın edərək işğala son qoydu.
Zağaltı (Alıbəyli) kəndi Kiçik Qafqazın dağlarından biri olan Muxtökən dağ silsiləsinin cənub-şərq ətəyində,mənbəyi Buzxana,Yelligədik,Çalbayır su ayrıcından alan Qorçu çayının sağ sahilində bünövrələşən Zağaltı (Alıbəyli) kəndi Laçın rayon mərkəzindən 60 km uzaqlıq ərazidə yerləşir.Kəndimizin əsas bünövrəsi XIX-cu əsrin 60-70-ci illərində qoyulub,kəndin əsas əhalisi Zağaltı (Alıbəyli) kəndindən 30–35 km aralıda yerləşən əsası XVII-ci əsrin ortalarına gedib çıxan Qaraçanlı tayfalarından ayrılmış bir neçə tayfadan ibarətdir.Bünövrə Qaraçanlı,Pircahan kəndinin ərazisində yerləşmişdir.
Bünövrə Qaraçanlıda kənd əhalisinə yer azlıq edəndə yaylaq kimi istifadə olunan indiki,Zağaltı (Alıbəyli) kəndinə gəlib məskunlaşıblar.1935-1936- ci ilərə kimi kəndimiz Alıbəyli kəndi kimi tanınmışdır ,kəndin yaşlı axsaqqalları deyərdi ki,sovet hakimiyyəti gələndən sonra bəylərə pis baxıldığından kəndimizin adın dəyişib kəndin üst tərəfi qayalıqda zağalıq olduğundan Zağaltı kəndi adlandırıblar.Kənddə 1937-1938-ci illərdə kolxozçuluq qurulub,Zağaltı (Alıbəyli) kəndinin ətrafı əkinə və biçinə görə çox yararlı yerlər idi.Kəndin cənub tərəfində Dəmirçi dağının ətəyində cavan qarışıq meşə zolağı kəndimizə xüsusi yaraşıq verirdi.
Bu meşədən qırmızı palıd,adi palıd,vələs,(ulas) ağcaqyın və (cır alma,armud,2 növ yemişan,ayı gilası,toz ağacı,qaraağac,mırdarça,əzgil,zirinc,söyüd və sair.) kol bitkisi kimi 2 növ qarağat moruq,itburnu,(həmərsin)qoyungözü,tubulğa,nadir kollardan olan gərməşov,kollarından və başqa adlarda ağac və kol bitkiləri ilə zəngindir.Kənd qərbdən Oğuldərə kəndi,şimal- qərb tərəfdən qayalıqdan və kiçik təpəlikdən ,cənubdan Dəmirçi dağı ,şərqdən isə Qorçu kəndi ilə həmsərhəddir. Qışı istərsə yayl mülayim və az yağıntılı iqlimə maıik idi.Yaylaq kimi kənd sakinləri, Şır-şır,Sarıyoxuş,Divlər,Çınqılınbaşı,Cəhənnəm dərəsi və Cərgə adlı ərazilərdən istifadə edirdilər.Kəndin qabaq tərəfindəki,meşə zolağı demək olarki,qoruq sayılırdı.Kəndimizin sakinləri qış yanacağı üçün 8–10 km uzağa gedib meşə materyallarından gətirib istifadə edirdilər.Kəndimizin flora və faunası olduqca zəngin idi,yerli əhali tikinti materyalları kimi əhəng daşından və yerdən çıxan qum karxanasından müasir deyimdə mişardaşı kimi əllə asan hamarlanan göy və qonur daşlardan istifadə edilirdi.Kəndimizin əhalisi əsasən maldarlıqla məşğul olurdu,əvvəllər əkinçilikdə olubdu,sonralardan iqdisadiyyatın inkişafına görə əkinçilikdən o,qədərdə istifadə olunmurda az da olsa kalxoz üçün müəyyən qisimdə istifadə olunurdu.Kəndimizin 1 Ferşil mama məntəqəsi,1 kitabxanası və 1 mağazası var idi. Kəndimizin ərazisində olan bulaqların adları yəni yadımda qalan Navlı bulaq,Güləsərin bulağı,Zamanın bulağı,Hümbətin bulağı,Alışın bulağı,Sarı bulaq və sair.
Kəndin ətrafında adi içməli sudan başqa içməli və müalicəvi əhəmiyyətli turş su və başqa mineral sular var idi.Kəndin 1 şəhidi var 4 qarabağ əlili və 30-a yaxın qarabağ veteranı varıdır.Kəndin əhalisi bu gün Azərbaycanın 16 rayon və şəhərlərində məcburi köçkün kimi məskunlaşmışdır.
Şəhidlər.1.İsgəndərov Əliqulu Tohid oğlu 1970-ci ildə Zağaltı kəndində doğulub 1992-ci ilin iyun ayında Ağdam rayon istiqamətində gedən döyüşlərdə şəhid olub şəhidin nəşi Bərdə rayon Soğanverdilər kənd qəbirsanlığında dəfin edilib.