ZƏHMLİ

sif.
1. Zəhmi olan, baxanda öz görünüşü ilə adamda qorxu doğuran, dəhşətləndirən.
// Çox böyük, çox yekə, görünüşcə əzəmətli.
[Nemət] sökük və zəhmli darvazaya yaxınlaşdıqda, orada “Dava vəkili cənab Baxa xüsusi katib aranır” deyə, yeni bir elana təsadüf etdi. Çəmənzəminli.

2. Çox ağır, təmkinli, çox ciddi, heybətli.
Aslan müəllim zəhmli bir adam idi. İ.Əfəndiyev.

// Qaşqabaqlı, acıqlı, eyni zamanda nüfuzedici.
Teyyibə zəhmli baxışları ilə nə isə daima qorxu təlqin edən bir qadındır. M.Hüseyn.
Sultan zəhmli nəzərlə başdanayağa Qoşqarı süzdü. İ.Hüseynov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZƏHMLİ qaşqabaqlı
  • ZƏHMLİ böyük — yekə — əzəmətli — heybətli
  • ZƏHMLİ ciddi — qorxulu — dəhşətli — təmkinli

Antonimlər (əks mənalı sözlər)

  • ZƏHMLİ ZƏHMLİ – MÜLAYİM Aslan müəllim zəhmli bir adam idi (İ.Əfəndiyev); Sizi inandırıram ki, bütün Bakıda mənim kimi mülayim xasiyyətli, dostluqda sədaqətli
ZƏHMLƏNMƏK
ZƏHMLİLİK

Digər lüğətlərdə