ŞAX
(Kəlbəcər)
qədim asma tərəzinin qolu, tərəzinin gözləri asılan ağac. – Tərəzinin şaxı ağaşdandı
II
(Borçalı, Daşkəsən, Tərtər)
1. təzəbəy və ya gəlin üçün yaxın dostları tərəfindən hədiyyə olaraq gətirilən üzəri şirniyyat və meyvə ilə bəzədilmiş budaq. – Züleyxa İreyhanın sağdışıdı, öz şaxını gəlinin otağına gətirdi (Borçalı); – Qızı bajılıx öyünnən çıxardanda şax bəziyillər (Daşkəsən); – Şaxı özünbə: verəllər (Tərtər)
2. xonça
III
(Gədəbəy, Zəngilan)
silos basdırmaq üçün istifadə olunan qarğıdalı gövdəsi, yaşıl kütlə. – Maşınnar yazıdan şax daşıyır (Zəngilan); – Şaxnan saxladıx bu qış malı (Gədəbəy)
IV
(Ağcabədi)
ağaclıq. – Məktəv o şaxın yanındadı
V
(Şəki)
lobya bitkisinin sarmaşıb qalxması üçün onun dibinə basdırılan ağaclar