Əshabi-süffə
Əshabi-süffə və ya Əhli-süffə (ərəb. أهل الصفة؛ أصحاب الصفة — Oturacaq sakinləri və ya Talvar əhli) — Mədinədə sığınacağı olmayan və Peyğəmbər məscidinin örtüyü altında yaşayan Məhəmməd peyğəmbərin yoxsul səhabələri. Ümumilikdə Əhli-süffədən olan 93 nəfərin adı məlumdur. “Talvar əhli” arasında Məhəmmədi görmək üçün Mədinəyə gələnlərdə var idi.
== Tarix ==
Məhəmməd peyğəmbər şəxsən “Talvar əhlinin” qayğısına qalır, qənimətlərin bir hissəsini onlara verir və dövlət xəzinəsindən onlara vəsait ödəyirdi. Əhli-süffə sakinləri davamlı namaz və oruc tutmaqla yanaşı, yazıb-oxunaq və hədisləri intensiv şəkildə öyrənirdi. Onların müəllimləri arasında Məhəmməd peyğəmbərin Abdullah ibn Məsud, Əbu əd-Dərda, Ubeyy ibn Kəb, Muaz ibn Cəbəl və Ubadə ibn əs-Samit kimi tanınmış səhabələri var idi. Müsəlmanlar hesab edirlər ki, Əhli-süffə əslində ilk müsəlman təhsil müəssisəsini (mədrəsə) qurmuşdur.
“Talvar əhli” arasından məşhur hədis rəvayətçiləri (Əbu Hüreyrə, İbn Ömər və Əbu Səid əl-Xudri), ilk müəzzinlər (Bilal Həbəşi və Abdullah ibn Ümmü Məktum) və peyğəmbərin digər görkəmli səhabələri (Əbuzər əl-Ğəffari, Hüzeyfə, Xəbbab, Salman Farsi, Şüheyb ər-Rumi, Uqbə ibn Əmir əl-Cuhani və İrbad ibn Səriyyə) çıxmışdır.
== Sufizm (Təsəvvüf) ==
Əhli-süffə sakinləri davamlı olaraq namaz qılır və nadir hallarda lüzumsuz olaraq məscidi tərk edirdilər.