ÇÖPÜ ÇÖP ÜSTƏ QOYMAMAQ
ÇÖRƏK GÖZÜNÜ TUTMAQ
OBASTAN VİKİ
Çörək ağacı
Çörək ağacı (lat. Artocarpus altilis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin artokarpus cinsinə aid bitki növü. Malayziya, İndoneziyavə Papua Yeni Qvineyada bitir. Vətəni Malay arxipelaqıdır. Cənubi Asiyada daha çox becərilir və əhalinin qidasında mühüm əhəmiyyətə malikdir. Çörək ağacı diametri 15-30 sm olan dairəvi formada mürəkkəb meyvə əmələ gətirir. Qabığı yaşıl, sarımtıl-yaşıl və ya qəhvəyi rəngdədir. Ətliyi xəmirəoxşar sarımtıl kütlədən ibarətdir. Daxilində 2-3 ədəd şabalıd boyda iri toxumu olur. Meyvəsinin iyi xoşagəlməzdir.
Çörək
Çörək ― xəmirin bişirilməsi ilə əldə olunan un məmulatı. Bu xəmirə çox vaxt duz, birləşdirici maddələr, qıcqırdıcı və bəzi çörək növlərinə isə günəbaxan, xaşxaş və başqa bitki tumları da əlavə edilir. Tumlar çörəyin üzərində bəzək kimi də istifadə edilə bilər. Çörək ayrıca da yeyilir. Çox vaxt onu yağla, mürəbbə, bal və ya pendirlə yeyirlər. Avropa arasında müxtəlif ət deli hazırlanmış yeməklər olan çörəyə tez-tez rast gəlinir. Bu buterbrod adlanır. Çörəkdən sendviç üçün də istifadə edilir. Çörəyi ayrıca yemək olar, kərə yağı, fıstıq və ya günəbaxan yağı, mürəbbə, marqarin, marmelad, mürəbbə, jele, bal ilə də istehlak edilir ki, bu da mahiyyətcə sendviç adlanan yeməkdir. Çörək sendviç bazası kimi də istifadə olunur.
Bul (çörək)
Bul (fr. Boule)- Fransız dilində "Top" mənası verən, Fransız çörəyinin ənənəvi forması ki bir əzilmiş topa bənzər. Hər hansı un növü ilə hazırlana bilən bir köntöy bulka forma dır. == İncəsənətdə == İntibah dövrünün Niderlandlı rəssam Dirik Bauts bir sıra şəkillərində bul çörəyini çəkib. İspan rəssam Luis Melendes natürmortarında bul çörəyini təsvir edirdi. Fransız rəssam Jan Batist Simeon Şarden də bul çörəyini çəkməyə sevirdi.
Kövrək çörək
Kövrək çörəyi paxlava, piroq istehsalında istifadə edilən kövrəkdən fərqlidir. Oxlov ilə açılmış xəmirin saç üzərində bişirilməsi ilə əldə edilər. Kövrək çörəyinin ən əhəmiyyətli xüsusiyyəti dayanıqlı olmasıdır. Türk mədəniyyətində köməkləşərək bir səfərdə qonşu və qohumların da iştirakıyla edilər. Edildiyi zaman isə hər kəs üçün çox miqdarda edilər. Üst üstə düzülərək lay halında anbarlanar və üzəri örtülər. İstifadə ediləcəyi zaman üzərinə su səpilər bir az gözlədilərək yumşalması təmin edilər. yeyilməyə hazır hala gələn kövrək, eləcə yenilə bildiyi kimi, müxtəlif yemək vəsaiti olaraq da istifadə edilə bilər.
Meyvəli çörək
Meyvəli çörək (alm. Früchtebrot‎) — Avstriya və alman mətbəxinin ənənəvi yeməyi. Xəmirdə quru meyvələrin böyük bir payı ilə, şirin çörəklə təqdim olunur. Meyvəli çörək, adətən, kiçik çörəklər şəklində bişirilir, şirəli və möhkəm xəmirə malikdir, üzərində bəzən badam və albalı ilə bəzədilmiş qurudulmuş meyvə və qoz-fındıq görünür. Cənubi Almaniya, Avstriya və Cənubi Tirolda, milad üçün qurudulmuş armudların çörəklərə əlavə edilməsinə dair bir ənənə var idi. Dialektdən asılı olaraq, bu xəmirlərə Hutzeln, Hutzen (Alemannik dialekti) və ya Kletzen (Bavaro-Avstriya ləhcəsi) adını verdilər. Maddi rifahın artması və cənub meyvələrinin idxalatının inkişafı ilə meyvəli çörəyin üçün reseptlərə quru ərik, kişmiş, xurma, əncir və digər quru meyvələrdən daxil edilmişdir. Əvvəlcə çörək xəmirinə heç bir dadlandırıcı əlavə edilmədikdə, sonra reseptə bal və ya şəkər daxil etməyə başladı. Bəzən meyvə xəmir görünüşünü pozan normal bir maya çevrildi, lakin qurudulmuş meyvələri yandırmağa imkan verdi. Meyvəli çörək Andreyev günündə (30 noyabr) bişirilir.
Çörək (1970)
Çörək muzeyi
Çörək muzeyi (Ağdam) — Azərbaycanın Ağdamda çörək və çörək məmulatları, əkinçilik alətləri, onların tarixi haqqında muzey. Çörək muzeyi (Ulm) — Almaniyanın Ulm şəhərində yerləşən çörək və çörək məmulatları, əkinçilik alətləri və onların tarixi haqqında muzey.
Çörək qiyamları
Tunisdə çörək qiyamları — 1980-ci illərdə Tunisdə baş vermiş qiyamlar. İlk hadisə Kebili qubernatorluğunun, Duz rayonunun mərkəzi Duz şəhərində baş verdi. Qərb mətbuatında dərhal çörək qiyamları adlandırılan hadisələr üç planda səciyyələnə bilər: . Birinci -beynəlxalq. Bu mənada Tunis qiyamları tipoloji olaraq Misirdə 1977-ci il yanvar partlayışından, Tunis qiyamlarının qurtarmasından dərhal sonra Mərakeşdə 1984-cü ildə başlayan gərginliyə qədər Şimali Afrika ölkələrində baş verən bütün qiyamlara oxşayır. İkinci ümummilli miqyasda. Hər yerdə olduğu kimi, qiyamların bilavasitə bəhanəsi, qarşısında öhdəlik götürmüş hökumətlərin Beynəlxalq Valyuta Fondunun tövsiyələri ilə , bu fondun gələcəkdə də yardımını almaq üçün qoyduğu şərtləri yerinə yetirməsi oldu — istehlak mallarına dövlət subsidiyalarının ləğvi ya da ixtisarı. 1983-cü ilin sonu — 1984-cü ilin əvvəlindəki hadisələr, ümumilli planda götürülərək, Tunisdə 70-ci illərin ikinci yarısından — 80-ci illərin birinci yarısına qədər, baş verən qiyamlardan dördüncüsü idi. 1) Birincisi dinçilərin 1977-ci ildə, Susda təşkil etdiyi etirazlar: 2) İkincisi 26yanvar 1978-ci il ümumilli tətili; 3) 26 – 27 yanvar 1980-ci il Qafsdaki silahlı qiyamı. Bir neçə kəlmə də qiyamları regional səciyəsi barədə.
Şərikli çörək
Şərikli çörək — rejissor Şamil Mahmudbəyovun eyniadlı filmi. Kinopovestdə İkinci dünya müharibəsinin son günlərində və müharibədən sonrakı ilk aylarda uşaqların çətin, fərəhsiz həyatından danışılır. 1) 1970-ci ildə Rejissor Şamil Mahmudbəyova və ssenarist Alla Axundovaya filmə görə Azərbaycan Respublikasının Dövlət Mükafatı verilmişdir. Film ssenarist Alla Axundovanın kinoda ilk işidir. Film aktyor Fərhad İsrafilovun kinoda ilk işidir. Filmin çox hissəsi İçərişəhərdə, “Böyük qala” küçəsində çəkilib. Ümumilikdə, kinostudiyanın pavilyonlarında, Kubinka, Nalçikdə də lentə alınıb. Uşaqların yun çırpdığı, vedrənin yuxarıdan aşağı çırpıldığı, qonşuların olduğu məhəllə indiki Səadət sarayı yaxınlığında yerləşir. Məşhur “O boyda Çörçill bundan geyinib, bu hələ fikirləşir" frazasının olduğu bazar Nalçik şəhərindədir. Filmdə adı keçən “Quba meydanı” isə Kubinkada lentə alınmışdı.
Kəlanə (çörək)
Kəlanə (kürd. کەلانە) — Kürdüstana xas olan çörək növü və ya bütöv qida. Yazda çörəyin içinə buğda unu və doqquzdon, digər fəsillərdə isə soğan doldurulur. Ənənəvi olaraq bu yastı çörək soğanı və ya yabanı sarımsaq ilə doldurulur və onları ev sobasında qızardılmış tavaya sığdırmaq üçün daha kiçik ölçülü edir.
Dəri ağacı
Dəri ağacı (lat. Mimosa tenuiflora) — paxlakimilər fəsiləsinin mimoza cinsinə aid bitki növü. == Təbii yayılması == Braziliyanın şimali-şərq hissəsində, şimalda, Meksikanın cənub hissəsində 1000 m hündürlükdə, quru düzənliklərdə, seyrək meşələrdə bitir. == Botaniki təsviri == Gövdəsinin üzərində az iynələri olan dekorativ, kiçik ağacdır. İynələri bünövrəsində enli, uzunluğu 3 mm-dir. Yarpaqları nazik bölünmüş, lələkvari, uzunluğu 3–5 sm-dir. Çiçəkləri ağ rəngli, silindrik, möhkəm olmayan sünbülvari çiçək qruplarında yerləşmiş, ətirlidir. Meyvələrin uzunluğu 2,5–3,0 sm, 4–6 hissəyə bölünmüşdür. Təbiətdə meyvə və toxumları ana bitkidən 5–8 m radiusda küləklə ətrafa yayılır. Sulfat turşusundan istifadə yolu ilə toxumların straitifikasiyası və ya onların qabığının mexaniki zədələnməsi cücərməni çox artırır.
Evgenol ağacı
Evrim Ağacı
Evrim Ağacı (azərb. Təkamül Ağacı), 5 Noyabr 2010 tarixində Çağrı Mert Bakırcı rəhbərliyi ilə Yaxın Şərq Tekniki Universitetində "Biologiya və Genetika Cəmiyyəti" tərəfindən qurulmuş bir markadır. Evrim Ağacı, Türkiyə təkamül biologiyasında ən böyük təşəbbüsdür. İşi Avropa Təkamül Biologiyası Cəmiyyəti (ESEB) tərəfindən dəstəklənir. Rəsmi veb saytı, Türkiyənin ən çox ziyarət edilən elm saytları arasında. Sosial media və veb saytı ziyarətçiləri baxımından Türkiyənin ən çox ziyarət edilən elmi veb saytıdır. Azərbaycan, ziyarətçilər baxımından ilk 3 ölkə arasındadır.
Kafur ağacı
Camphora (lat. Camphora) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi və yayılması == Kamforanın vətəni Şərqi Asiya, Çinin cənub və cənub-qərb rayonları, Tayvan, Yapon adaları — Ryukyu, Kyu-syu, Sikoku, Xansyu və Koreyanın Çedjuda adası hesab olunur. Tayvanda dəniz səviyyəsindən 500-2000 metr, Xondo adasında isə 850 metrə qədər yüksəklikdə bitir. Cənubi Afrikada, Kanar adalarında, Madaqaskarda, Avstraliyada, Avropanın cənub rayonlarında və Şimali Amerikanın cənub şərq rayonlarında təbii şəkildə yayılmışdır. Kamfora ağacından kamfora yağı və kamfora Çində və Yaponiyada bizim eranın doqquzuncu yüzilliyində alınmışdır. Asiyada isə ondan hələ qədim zamanlardan həvəsə gətirici vasitə kimi istifadə edilirdi. Ərəblər isə artıq on birinci yüzillikdə kamforadan müxtəlif tibbi məqsədlər üçün istifadə edirdilər.Kamfora yağı birinci dəfə Avropaya 1676-cı ildə gətirilib və Hollandiyada əkilmişdir.1910-cu ildən başlayaraq Almaniya qeyri-təbii yolla kamfora istehsal etməyə başladı. 1920-ci illərdə kamfora kefləndirici vasitə kimi istifadə olunurdu. Kamforanın sənaye plantasiyaları Hindistanda, Malay arxipelaqı adalarında, cənubi - şərqi Asiya ölkələrində, Avstraliyada, Yaponiyada, cənubi və şimali Afrikada, Cənubi Avropada (Fransa, İtaliya) Cənubi Amerikada (Braziliya) Filippin, Antil və Qərbi Hind adalarında salınmışdır.
Kakao ağacı
Kakao ağacı (lat. Theobroma cacao) — əməköməcikimilər fəsiləsinin teobrom cinsinə aid bitki növü.
Kamfora ağacı
Camphora (lat. Camphora) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi və yayılması == Kamforanın vətəni Şərqi Asiya, Çinin cənub və cənub-qərb rayonları, Tayvan, Yapon adaları — Ryukyu, Kyu-syu, Sikoku, Xansyu və Koreyanın Çedjuda adası hesab olunur. Tayvanda dəniz səviyyəsindən 500-2000 metr, Xondo adasında isə 850 metrə qədər yüksəklikdə bitir. Cənubi Afrikada, Kanar adalarında, Madaqaskarda, Avstraliyada, Avropanın cənub rayonlarında və Şimali Amerikanın cənub şərq rayonlarında təbii şəkildə yayılmışdır. Kamfora ağacından kamfora yağı və kamfora Çində və Yaponiyada bizim eranın doqquzuncu yüzilliyində alınmışdır. Asiyada isə ondan hələ qədim zamanlardan həvəsə gətirici vasitə kimi istifadə edilirdi. Ərəblər isə artıq on birinci yüzillikdə kamforadan müxtəlif tibbi məqsədlər üçün istifadə edirdilər.Kamfora yağı birinci dəfə Avropaya 1676-cı ildə gətirilib və Hollandiyada əkilmişdir.1910-cu ildən başlayaraq Almaniya qeyri-təbii yolla kamfora istehsal etməyə başladı. 1920-ci illərdə kamfora kefləndirici vasitə kimi istifadə olunurdu. Kamforanın sənaye plantasiyaları Hindistanda, Malay arxipelaqı adalarında, cənubi - şərqi Asiya ölkələrində, Avstraliyada, Yaponiyada, cənubi və şimali Afrikada, Cənubi Avropada (Fransa, İtaliya) Cənubi Amerikada (Braziliya) Filippin, Antil və Qərbi Hind adalarında salınmışdır.
Kinə ağacı
Kinə ağacı (lat. Cinchona) - boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Kücü ağacı
Küjü (bəzən kücü) ağacı — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ərişləri dalqabaq etmək üçün ağac və ya qalın ipdən düzəlmiş alətdir. == Müasir küjü ağacı == Müasir dövrdə küjü ağacının yarımmexanikləşdirilmiş forması mövcuddur. Belə küjü ağaclarından əsasən metal dəzgahlarda istifadə edilir. Belə küjü ağaclardan istifadə zamanı ərişlərin vəziyyətini dəyişmək üçün əl əməyi və küjü ağacı tətbiq olunmur. Küjünü hərəkətə gətirən mexanizmin dəstəyi ilə ərişləri istənilən vəziyyətdə saxlamaq olur. Məhz buna görə ərişlərin hamısı küjü ağacına bağlanılır. Küjünü hərəkətə gətirən mexanizmin köməyi ilə ərişlər arğacı sərbəst qəbul edir. Hal-hazırda Azərbaycan xalçaçılığında belə küjü ağacından istifadə edilir.
Küjü ağacı
Küjü (bəzən kücü) ağacı — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ərişləri dalqabaq etmək üçün ağac və ya qalın ipdən düzəlmiş alətdir. == Müasir küjü ağacı == Müasir dövrdə küjü ağacının yarımmexanikləşdirilmiş forması mövcuddur. Belə küjü ağaclarından əsasən metal dəzgahlarda istifadə edilir. Belə küjü ağaclardan istifadə zamanı ərişlərin vəziyyətini dəyişmək üçün əl əməyi və küjü ağacı tətbiq olunmur. Küjünü hərəkətə gətirən mexanizmin dəstəyi ilə ərişləri istənilən vəziyyətdə saxlamaq olur. Məhz buna görə ərişlərin hamısı küjü ağacına bağlanılır. Küjünü hərəkətə gətirən mexanizmin köməyi ilə ərişlər arğacı sərbəst qəbul edir. Hal-hazırda Azərbaycan xalçaçılığında belə küjü ağacından istifadə edilir.
Milad ağacı
Milad ağacı və ya Yeni il ağacı — ağ şam, küknar və ya şam ağacı kimi həmişəyaşıl iynəyarpaqlıların bəzədilməsi ilə alınan dekorativ ağac. Ənənəvi olaraq Milad və Yeni il bayramı ilə əlaqələndirilən Milad ağacının bəzədilməsi ənənəsi mənşəyini Almaniyadan almış və ilkin olaraq Müqəddəs Bonifasi ilə əlaqələndirilmişdir. Sonradan bu adət erkən orta əsrlər dövründə Livoniyada (indiki Estoniya və Latviya ərazisi) və erkən modern dövrdə Almaniyada protestant ailələrin evlərində ağac bəzəmələri ilə inkişaf etdirilmişdir. XIX əsrin II yarısından etibarən ağac bəzəmə adəti Almaniyanın lüteran ərazilərində və Rusiya imperiyasının Ostzey quberniyasında yuxarı təbəqə arasında yayılmağa başlayır. Ağacın bəzədilməsində ənənəvi olaraq "rəngli kağızlardan hazırlanmış çiçəklər, almalar, şəkərli oblatiolar, lametta və müxtəlif konfetlər istifadə edilirdi. İlk dəfə Morav xristianları Milad ağacını şamlarla bəzəməyə başlamışlar, advent elektrifikasiyasından sonra isə şamlar Milad işıqları ilə əvəz edilmişdir. Müasir dövrdə Milad ağacının bəzədilməsi üçün geniş çeşidli müasir və klassik şam oyuncaqlarından, eyni zamanda müxtəlif girlyand, çələnf və şəkər çubuqlarından istifadə edilir. Doğulmanın qeyd edilməsi üçün ağacın zirvəzinə mələk Cəbrayılı simvolizə edən mələk fiquru və ya Betlehəm ulduzunu simvolizə edən böyük ulduz yerləşdirilir. Müasir dövrdə Milad ağaclarının bəzədilməsi üçün istifadə edilən dekorlar arasında müxtəlif bantlar vasitəsilə ağac budaqlarına bağlanan və ya budaqlardan asılan zəncəfil kökəsi və şokolad kimi qida növləri də var. Roma-Katolik kilsəsi uzun müddət Lüteran kilsəsinin ağac bəzəmə ənənəsinə müqavimət göstərsə də, 1982-ci ildən etibarən Vatikanda da Milad ağacı bəzədilməyə başlamışdır.
Mixək ağacı
Mixək ağacı və ya ətirli siziqium (lat. Syzygium aromaticum) — siziqium cinsinə aid bitki növü.Mixək bu bitkinin qurudulmuş qönçələridir. Əvvəllər bu növ Eugenia cinsinə aid edilirdi. Mixək ağacının vətəni İndoneziyanın Malay arxipelaqında yerləşən Moluks adası hesab olunur. Hazırda bitkini İndoneziya, Malayziya, Hindistan, Seylon, Madaqaskar adası, Moluk adası, Tanzaniya, Zanzibar və Pemba adalarında yetişdirirlər. Tanzaniyada yetişdirilən mixək dünyada yetişdirilənin 90 %-ni təşkil edir. Mixək çox qiyməli efir yağlı bitkidir. Onun çiçəklərindən həm yeyinti sənayesində ətirli ədviyyə, həm də müalicə əhəmiyyətli dərman kimi çox qədimdən istifadə olunur. Xüsusən Misirdə, Çində, Romada mixək daha qədimdən istifadə edilir. Məlumdur ki, VI əsrdə Aleksandr Trallianus və digər Roma həkimləri mixəkdən müalicə məqsədilə istifadə etmişlər.
Nəsil ağacı
Nəsil şəcərəsi — qəbilə, nəsil, sülalə daxilində əcdadların özəkdə, nəsillərin isə budaqlarda göstərilməsi ilə qohumluq münasibətlərinin ağac şəklində təsviri.
Parik ağacı
Parik ağacı (lat. Rhus cotinus) - sumaq cinsinə aid bitki növü. Hündürlüyü 1–4 m olan, qabığı xırda çatlı kol,bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir. Çiçəkləmədən sonra çiçək saplaqları uzanır və uzun, pırpızlaşmış qırmızımtıl tükcüklərlə örtülür. Meyvəsi tərs yumurtavari, quru meyvəyanlıqlı çəyirdəkdir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvə verir. Sarağan kserofil coğrafi tipinin aralıdənizi sinfinin aralıq dənizi qrupuna aiddir.Apalıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Hindistan, Çin, Himalay, Yaponiya və Qafqazda yayılmışdır.Azərbaycanda sarağan Böyük və Kiçik Qafqazın bütün rayonlarında, Kür düzənliyində və Naxçıvanda arandan aşağı dağ qurşağına kimi(dəniz səviyyəsindən 900 m qədər) bitir. Kserofitdir, dağ-kserofit bitkilik tipində rast gəlir.
Probka ağacı
Püstə ağacı