ÇEÇEN

is. İnquşlara qohum olan Qafqaz xalqı və bu xalqa mənsub adam.
ÇE
ÇEÇENCƏ
OBASTAN VİKİ
Çeçen
Çeçenlər — Şimali Qafqazda yaşayan xalq. Danışdıqları çeçencə Qafqaz dil ailəsinə aiddir. Böyük bir hissəsi Rusiyada yaşayır. Rusiyanın tərkibində muxtariyyətləri var. Çeçenlər sünnidir. Hənəfi və şafi məzhəblərinə inananlar çoxluq təşkil edir.
Çeçen adası
Çeçen — Xəzər dənizinin şimal-qərbində yerləşən, Çeçen arxipelaqının ən iri adası. Çeçen keçidi ilə Aqraxan yarımadasından və Kiçik Bazar, Piçujonok və Yaiçnı adalarından ayrılır. İnzibati cəhətdən Dağıstanın Kirov rayonu Mahaçqala şəhəri ərazisinə daxildir. Adadan şərqdə Prıqunki adası, cənubda isə Bazar, Piçujonok və Yaiçnıy adalarından yerləşir. Adalar öz aralarında kiçik boğazlarla ayrılır. Yaiçnıy adasını Aqraxan yarımadasından Lopatinski keçidi boğazı vastəsi ilə ayrılır. Adanın qərbində Çeçen (kənd) yaşayış məntəqəsi yerləşir. Sahil xətti dənizin səviyyəsindən asılı olaraq dəyişir. Onun uzunluğu 15 km, eni 10 km təşkil edir. Sahəsi 55 km²-dir.
Çeçen dili
Çeçen dili (нохчийн мотт) — Nax dillərindən biri, çeçenlərin milli dili. Çeçen dili Çeçenistanda, İnquşetiyada, Dağıstanın Xasavyurt rayonunda, Gürcüstanın Əhməd rayonunda yayılmışdır. 2010-cu ilin siyahıyaalmasına əsasən Rusiyada çeçen dilində danışanların sayı 1 354 705 nəfər olmuşdur. Çeçen dili yayılma dərəcəsinə görə Rusiyada beşinci yeri tutur (rus, ingilis, tatar və alman dillərindən sonra). Çeçenistanın rəsmi, Dağıstanın isə ədəbi dillərindən biridir.
Çeçen düzənliyi
Çeçen düzənliyi (rus. Чече́нская равнина, çeç. Нохчийн аре) — Şimali Qafqazın cənubunda, Böyük Qafqaz dağlarının ətəyində yerləşən düzənlik. Maksimum uzunluğu 110 km, maksimum eni 40 km-ə qədərdir. Çınqıllardan ibarətdir. Əsasən Çeçenistan Respublikası ərazisində, daha az hissəsi İnquşetiyada yerləşir. Bura Çeçenistan əhalisinin çoxunun cəmləşdiyi ərazidir. Düzənlik şimalda Terek, Sunja və Qroznı dağ silsilələri, qərbdə Nazran yaylası, şərqdə Qudermes dağ silsiləsi, cənubda Böyük Qafqaz dağları ilə əhatə olunmuşdur. Çeçenistan və İnquşetiyanın ən böyük şəhərləri Çeçen düzənliyində yerləşir: Qroznı, Urus-Martan, Şalin, Arqun, Qarabulaq. Рыжиков, Валентин Васильевич.
Çeçen mayakı
Çeçen mayakı — Xəzər dənizinin şimal-qərb hissəsində yerləşən Çeçen adasında mayak. Mayak 1863-cü ildə İngilis inşaatçılar tərəfindən inşa edilmişdir. Çeçen adasının yeganə tarixi abidəsidir. Mayak strateji obyekt statusuna malikdir. Çeçenistan adasının qərb ucunda, Xəzər dənizinin qərb sahilində, Aqraxan yarımadasından üç mil şimalda, Çeçen mayak ucaldılıb. Çeçen adasındakı mayak haqqında ilk məlumatlar, Rusiyaya səyahət edən və 1636-1638-ci illərdə Səfəvilər dövlətinə yollanan Şlezviq-Holşteyn səfirliyinin tərkibində olan alman səyyahı Adam Olearinin "Moskva səfərinin təsviri" əsərində qeyd edilmişdir Adam Oleari, bu adanın uclarından birində dörd dirəyin bir-birinə bağlandığını və onların üzərinin budaqları ilə örtüldüyünü bildirirdi. Адам Олеарий сообщал, что на Onların yanında gecə alovlandırılan iki böyük çuxur da vardı. Məlumdur ki, "dəniz gəmilərinin keçməsi üçün" adadakı alov haqqında 1723-cü ildə "dənizçilərin qeydlərində bir növ mayak təsvir edilirdi". Yerli diyarşünasların məlumatına görə, indiki mayakın yerində kiçik bir taxta mayak mövcud olmuşdur. Qeyd edək ki, hazırkı mayak Çeçen adasının yeganə tarixi abidəsidir.
Rus-Çeçen müharibəsi
Birinci Çeçen-Rus Müharibəsi — Rus-çeçen münaqişəsinin bir hissəsi olaraq Rusiya Federasiyası ilə Çeçen İçkeriya Respublikası arasında 1994-cü ilin dekabrından 1996-cı ilin avqust ayına qədər davam etmiş hərbi münaqişə. Bu müharibənin nəticəsi olaraq 7 avqust 1999-cu il — 16 aprel 2009-cu illərdə İkinci çeçen müharibəsi baş verdi. 1991-ci ildə SSRİ dağılandan sonra Çeçenistan öz müstəqilliyini elan etdi, amma bu müstəqillik heç bir ölkə tərəfindən tanınmadı. Bununla belə çeçenlər bu yoldan çəkinmədilər və 1991-ci ildə keçirilən seçkilərdə general Cövhər Dudayevi özlərinə prezident seçdilər. Rusiya mərkəzi hakimiyyəti bu seçkiləri qeyri-qanuni elan edib onun nəticələrini tanımadı. Ruslar Cövhər Dudayevə müxalif rəqib kimi Ömər Avturxanovu ortaya çıxardı və silahla da təchiz edirdi. Rusiya tərəfli müxalifət tərəfdarlarının məğlubiyyətindən sonra Rusiya prezidenti Boris Yeltsin 48 saat içində çeçenlərə silahlarını yerə qoymalarını əmr etdi. Cöhvər Dudayev isə onun bu işə qarışa bilməyəcəyini dedi. Daha sonra rus qoşunları Qroznıya aviazərbələr endirməyə başlayır və beləliklə müharibə başlanır. 4000 rus əsgəri Çeçenistana aid Nattereçni şəhərini tuturlar.
Rus-çeçen münaqişəsi
Rus-çeçen münaqişəsi (rus. Чеченский конфликт, Çeçenskiy konflikt) - Rusiya (bir müddət Sovet İttifaqı) dövləti ilə müxtəlif çeçen qüvvələri arasında çox vaxt silahlı, əsrlər boyu davam edən qarşıdurmadır. Formal hərbi əməliyyatların 1785-ci ilə uzanmasına baxmayaraq, münaqişənin kökləri daha uzaq keçmişdə axtarıla bilər. Rusiya İmperiyası əvvəllər müttəfiqi Gürcüstan və onun düşmənləri olan Səfəvilər və Osmanlı İmperiyasına bir keçid nöqtəsi olması xaricində, Şimali Qafqazın özünə çox az maraq göstərmişdi, lakin Rusiyanın bölgədəki fəaliyyəti ilə əlaqəli artan gərginlik çeçenlərin Rusiya varlığına qarşı 1785-ci ildə üsyanı ilə nəticələndi. Bu hadisələri daha sonrakı toqquşmalar və 1817-ci ildə başlayan Qafqaz müharibəsi izlədi. Rusiya yalnız 1864-cü ildə çeçen üsyançıları yatırtmağa müvəffəq oldu. Rusiya vətəndaş müharibəsi dövründə çeçenlər və digər Qafqaz xalqları 1921-ci ildəki sovetləşməyə qədər bir neçə il müstəqillik şəraitində yaşayırdılar. İkinci Dünya müharibəsi zamanı almanların Qafqazı işğalını Sovet rejiminə qarşı üsyan fürsəti olaraq görən çeçenlər, buna cavab olaraq 1957-ci ilə qədər geri qayıda bilmədikləri və və qalmaq məcburiyyətində olduqları Orta Asiyaya sürgün edildilər Çeçenlərlə Rusiya hökuməti arasında ən son münaqişə 1990-cı illərdə baş verdi. 1991-ci ildə Sovet İttifaqı dağılanda çeçen separatçıları müstəqilliklərini elan etdilər. 1994-cü ilin sonlarında Birinci Çeçenistan müharibəsi başladı və iki il davam edən döyüşlərdən sonra Rusiya qüvvələri bölgədən çıxdı.
Çeçen-Rus Müharibələri
Birinci Çeçen-Rus Müharibəsi — Rus-çeçen münaqişəsinin bir hissəsi olaraq Rusiya Federasiyası ilə Çeçen İçkeriya Respublikası arasında 1994-cü ilin dekabrından 1996-cı ilin avqust ayına qədər davam etmiş hərbi münaqişə. Bu müharibənin nəticəsi olaraq 7 avqust 1999-cu il — 16 aprel 2009-cu illərdə İkinci çeçen müharibəsi baş verdi. 1991-ci ildə SSRİ dağılandan sonra Çeçenistan öz müstəqilliyini elan etdi, amma bu müstəqillik heç bir ölkə tərəfindən tanınmadı. Bununla belə çeçenlər bu yoldan çəkinmədilər və 1991-ci ildə keçirilən seçkilərdə general Cövhər Dudayevi özlərinə prezident seçdilər. Rusiya mərkəzi hakimiyyəti bu seçkiləri qeyri-qanuni elan edib onun nəticələrini tanımadı. Ruslar Cövhər Dudayevə müxalif rəqib kimi Ömər Avturxanovu ortaya çıxardı və silahla da təchiz edirdi. Rusiya tərəfli müxalifət tərəfdarlarının məğlubiyyətindən sonra Rusiya prezidenti Boris Yeltsin 48 saat içində çeçenlərə silahlarını yerə qoymalarını əmr etdi. Cöhvər Dudayev isə onun bu işə qarışa bilməyəcəyini dedi. Daha sonra rus qoşunları Qroznıya aviazərbələr endirməyə başlayır və beləliklə müharibə başlanır. 4000 rus əsgəri Çeçenistana aid Nattereçni şəhərini tuturlar.
Çeçen Dövlət Universiteti
Çeçen Dövlət Universiteti (çeç. Нохчийн пачхьалкхан университет) — Rusiya tərkibindəki Çeçenistan Respublikasının Qroznı şəhərində klassik universitet. Universitetin tarixi 7 fevral 1938 -ci ildə, Qroznı şəhərində Qroznı Müəllimlər İnstitutunun əsasının qoyulmasına vaxta təsadüf edir. İnstitutun tələbə kontingenti 120 nəfər idi. 1 sentyabr 1938-ci ildə müəllimlər institutu Çeçen-İnquş Dövlət Pedaqoji İnstitutuna çevrilmişdir. İnstitutun filologiya, tarix və fizika-riyaziyyat fakültələri var idi. İkinci Dünya müharibəsi başlayandan sonra institutun avadanlığı evakuasiya edilmişdir. Buna baxmayaraq, 1943-cü ilin ortalarında təhsil müəssisəsinin bərpasına başlanmışdır. 1955-ci ildə institut üçün böyük bir tədris binası tikilmişdir. 1957-ci ildə fizika və riyaziyyat fakültəsi üçün emalatxanalar gətirilmişdir.
Çeçen Dövlət Gənc Tamaşaçılar Teatrı
Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrı — 1937 -ci ildə Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində yaradılan gənclər teatrı. 1935-ci ildə bir qrup teatr xadimi və teatr həvəskarları teatr dərnəyi yaratmışdılar. 1937-ci ilin oktyabrında onun əsasında kukla teatrı yaradıldı. Teatrın ilk əsəri "Sehrli Qaloş" tamaşası idi. Truppaya Pavel Berdnikov, Yevgeniya Taal, Yekaterina Xolod, Mariya Yakovleva və başqaları kimi teatr sənəti ustaları daxil idi. Teatrın yarandığı ilk il ərzində teatrın repertuarına "Qozbel at", "Ələddinin və Sehrli Çırağı", "Kahin və işçisi Baldanın nağılı", "Qulliverin səyahəti" tamaşaları daxil idi. 1939-cu ildə teatrda kəndlərdə tamaşa göstərən çeçenlərdən ibarət aktyor qrupu təşkil edildi. Qrupun repertuarında ilk tamaşalar "Müdrik ayı", "Eybəcər Yarbuz", "Meşədə çaxnaşma" əsərləri idi. Bu tamaşaların quruluşçu rejissoru Harun Batukayev olmuşdu. Böyük Vətən müharibəsi illərində teatrın işi dayanmadı.
Çeçen-İnquş MSSR-in bərpası
Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının bərpası — SSRİ və RSFSR Ali Sovetləri Rəyasət Heyətlərinin 9 yanvar 1957-ci il tarixli fərmanları ilə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası ləğv edilməzdən əvvəlkju halı ilə müqayisədə bir qədər fərqli sərhədlər daxilində bərpa edilmişdir. Buraya 1944-cü ildə Stavropol diyarından Qroznı vilayətinə köçürülmüş, əhalisinin əksəriyyəti rus olan Naurski və Şelkov rayonları daxil idi, lakin eyni zamanda Şimali Osetiyaya verilmiş Priqorodnı rayonu da geri qaytarılmamışdır. Bərpadan sonra respublikanın ərazisi 19,300 km2 olmuşdur. Eyni zamanda, çeçen-inquş əhalisinin respublikanın Gürcüstan SSR-ə bitişik cənub dağlıq rayonlarında yaşaması qadağan edilmişdir. 11 fevral 1957-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin 9 yanvar tarixli fərmanı təsdiq edilmiş və muxtariyyət haqqında qeydi SSRİ Konstitusiyasının 22-ci maddəsinə qaytarılmışdır. Абдурахманов Д. Б., Музаев М. Н., Бугаев А. М., Шепелев В. Н., Осмаев А. Д. Восстановление Чечено-Ингушской АССР. 1 (1000 nüs.). Нальчик: ООО «Печатный двор». 2013. ISBN 978-5-905770-32-6. Ахмадов Я. З., Хасмагомадов Э. Х. История Чечни в XIX-XX веках (1200 nüs.).
Xanpaşa Nurədilov adına Çeçen Dram Teatrı
Xanbaba Nurədilov adına Çeçenistan Dövlət Dram Teatrı — Qroznıda yerləşən Çeçenistan xalq teatrıdır. Xanbaba Nurədilov adına Çeçenistan Dövlət Dram Teatrı 1 May 1931-ci ildə teatr studiyası olaraq rəsmi açıldı. Əslində əvvəldən fəaliyyət göstərirdi. Teatrın qurucusu və ilk direktoru Abdurahman Avtorxanov idi. 1933-cü ildə studiya Səid Baduyevin Çeçen-İnquşetiyada vətəndaş müharibəsi hadisələrinə həsr etdiyi pyesi əsasında hazırlanan "Qırmızı Qala" məzuniyyət tamaşasını təqdim etdi. Sonradan studiya Çeçenistan Dövlət Dram Teatrına çevrildi. 1930-cu illərin əvvəllərində teatr gənc çeçen yazıçıların Said Baduyev, D. Şeripov, B. MuzaYev, rus dramaturqları Aleksandr KorneiÇuk, Vladimir Bill-Belotserkovski, rejissorları V. Şatov, A. Tuqanov, Arçil Çxartişvilinin pyesləri əsasında tamaşalar qururdu. Aktyorlar Movjdi Baduev, Tamara Aliyeva, Aset isayeva, Yaraqi Zubairayev, Zinaida İsakova, X. MusaYev və başqaları təcrübə və populyarlıq qazandılar. 1934 -cü ildə Çeçen və İnquş bölgələri birləşdirildi. Yeni Çeçen-İnquş Muxtar Vilayətinin rəhbərliyi teatr sənətinin inkişafına kömək istəyi ilə Gürcüstan rəhbərliyinə müraciət edib.
Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası
Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası və ya Çeçen-İnquş MSSR — Rusiya SFSR-yə daxil olan muxtar respublika. Paytaxtı Qroznı şəhəriydi. 1989-cu il siyahıyaalmasına görə respublikanın ərazisi 19.300 km² , əhalisi isə 1.275.513 nəfərdir: 734,500 çeçen, 163,800 inquş, qalanları rus və digər etnik qruplardır. 1810-cu ildə İnquşetiya könüllü olaraq Rusiya İmperiyasının tərkibinə qatıldı. 1859-cu ildə tarixi Çeçenistan torpaqları da, uzun müddətli Qafqaz müharibəsi (1817-64) zamanı Rusiyaya ilhaq edildi. 1917-ci il Rusiya inqilabından sonra, 20 yanvar 1921-ci ildə Çeçenistan və İnquşetiya Dağ Sovet Respublikasına qoşuldu. Dağ MSSR-nin parçalanması yarandıqdan qısa müddət sonra başladı və Çeçen rayonu 30 noyabr 1922-ci ildə Çeçen Muxtar Vilayəti olaraq ayrıldı. 7 iyul 1924-cü ildə Dağ MSSR-nin qalıqları Şimali Osetiya Muxtar Vilayətinə və İnquş Muxtar Vilayətinə bölündü. 15 yanvar 1934-cü ildə Çeçen və İnquş Muxtar Vilayətləri 5 dekabr 1936-cı ildə Çeçen-İnquş MSSR-də birləşdirildi.. 40.000 çeçenin Qızıl Orduda döyüşdü İkinci Dünya müharibəsi dövründə, 1942-43-cü illərdə respublika qismən Nasist Almaniya tərəfindən işğal edildi.
Çeçen musiqisi
Çeçen musiqisi cənubdan Dağıstan xalqları, qərbdən Gürcüstan və Şimali Osetiyanın etnik qrupları ilə qarşılıqlı təsir zəminində inkişaf etmişdir. Milli musiqi ənənələri şifahi xalq yaradıcılığı abidəsi olan "Nart" eposundan qaynaqlanır. Çeçen xalq mahnı və rəqs melodiyaları, instrumental musiqisi janr etibarilə rəngarəngdir (laduqlu yiş, xalxaran yiş). Yiş tipli mahnıların mətni ifaçılar tərəfindən tamam və ya qismən improvizə olunur (məzəli – zabariyn yiş, beşik mahnısı – aqanan yiş). Kişi xorunun ifasında dini məzmunlu mahnılar xüsusilə qeyd olunmalıdır (nəzm, zikr). Xalq mahnılarının solo, xor, birsəsli və çoxsəsli ifası ənənələri mövcuddur. Bəzi spesifik janrlı mahnılardan (laylalar, ağılar) başqa, hamısı instrumental müşayiətlə ifa olunur. Zərb aləti gema, nəfəsli tsuzam, dutra, máa, şedaq qədim xalq çalğı alətləridir. XIX əsrin 80–90-cı illərindən komuz (kexat-pondur, yəni Qafqaz qarmonu) çeçenlərin ən populyar aləti olmuşdur. Zurna, iki tərəfli təbil, bayan, akkordeon, gitara geniş yayılmışdır.
Çeçen naxarı
Naxar (çeç. Нахар; Náxar) — 1991 — 2007 illərdə mövcud olmuş tanınmayan müstəqil İçkeriya Respublikasının valyutası. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Çeçen qaçqınları
Çeçen qaçqınları — İki Çeçenistan müharibəsi səbəbindən on minlərlə çeçen Çeçenistanı tərk edərək Rusiyanın müxtəlif bölgələrində, eləcə də yaxın və uzaq xaricdə məskunlaşmaq məcburiyyətində qalır. Daxili Yerdəyişmə Monitorinq Mərkəzinin məlumatına görə 1990-cı ildən bəri yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətin olmuşdur. Bu rəqəmə 2008-ci ilə qədər evlərini tərk edən və onlara qayıtmayan Çeçenistanın yerli əhalisinin əksəriyyəti (təxminən 300 min insan, əksəriyyəti ruslar, həm də ermənilər, inquşlar, gürcülər, ukraynalılar və bir çoxları daxildir.) daxildir. Bir çox çeçen də Moskvaya və Rusiyanın digər şəhərlərinə köç etmişdir. Norveç Qaçqınlar Şurasının apardığı bir araşdırmaya görə, təxminən 139.000 çeçen Rusiya Federasiyasının müxtəlif bölgələrində məskunlaşıb. Qonşu İnquşetiyaya böhranın ən qızğın çağında, 2000-ci ildə İkinci Çeçen müharibəsinin başlamasından sonra təxminən 240 min qaçqın gəlir. Bu zamanlar respublikanın müharibədən əvvəlki əhalisini 300 min nəfər olduğu halda, müharibə başladıqdan sonra isə iki qat artır. Bu vərəm epidemiyasına səbəb olur. İkinci Çeçenistan müharibəsinin birinci ilində təxminən 325 min insan İnquşetiyaya gəlir. 1999-cu ilin noyabr ayına qədər respublikada təxminən 185 min insan, 2000-ci ilin iyun ayına qədər isə 215 min nəfər qaşqın vardı.
Çeçen teatrı
Çeçenistanda qədim mərasimlərdə (toy, bayram, dəfn və s.) teatr sənəti elementləri olmuşdur. XX əsrin 30-cu illərindən özfəaliyyət, sonra isə professional teatr sənəti inkişaf etmişdir. 1931-ci ildə Qroznıda çeçen teatr studiyası yaradıldı. Studiyanın tədris repertuarına S. Baduyevin pyesləri daxil idi. Teatrın debütü onun “Qırmızı qala” əsəri ilə olmuşdur (1933). Çeçen və inquş teatr studiyaları əsasında 1934-cü ildə Çeçen-İnquş Dram Teatrı yaradılmışdır. Çeçen milli teatrının formalaşmasında Azərb. rej.-larının (A. Tuqanov, M. Əlili) böyük rolu olmuşdur. M. Esembayevin iştirakı ilə “Azərbaycanfilm” kinostudiyasında “Mən rəqs edəcəyəm” (1963) bədii filmi çəkilmişdir. Teatr xadimləri:Y. Zubayrayev, T. Əliyeva, A. İsayeva, X. Xakişeva, A. Həmidov, V. Tatayev, X. Mustafayeva və b.
Birinci çeçen müharibəsi
Birinci Çeçen-Rus Müharibəsi — Rus-çeçen münaqişəsinin bir hissəsi olaraq Rusiya Federasiyası ilə Çeçen İçkeriya Respublikası arasında 1994-cü ilin dekabrından 1996-cı ilin avqust ayına qədər davam etmiş hərbi münaqişə. Bu müharibənin nəticəsi olaraq 7 avqust 1999-cu il — 16 aprel 2009-cu illərdə İkinci çeçen müharibəsi baş verdi. == Tarixi == 1991-ci ildə SSRİ dağılandan sonra Çeçenistan öz müstəqilliyini elan etdi, amma bu müstəqillik heç bir ölkə tərəfindən tanınmadı. Bununla belə çeçenlər bu yoldan çəkinmədilər və 1991-ci ildə keçirilən seçkilərdə general Cövhər Dudayevi özlərinə prezident seçdilər. Rusiya mərkəzi hakimiyyəti bu seçkiləri qeyri-qanuni elan edib onun nəticələrini tanımadı. Ruslar Cövhər Dudayevə müxalif rəqib kimi Ömər Avturxanovu ortaya çıxardı və silahla da təchiz edirdi. Rusiya tərəfli müxalifət tərəfdarlarının məğlubiyyətindən sonra Rusiya prezidenti Boris Yeltsin 48 saat içində çeçenlərə silahlarını yerə qoymalarını əmr etdi. Cöhvər Dudayev isə onun bu işə qarışa bilməyəcəyini dedi. Daha sonra rus qoşunları Qroznıya aviazərbələr endirməyə başlayır və beləliklə müharibə başlanır. 4000 rus əsgəri Çeçenistana aid Nattereçni şəhərini tuturlar.
Çeçen İçkeriya Prezidenti
Çeçen İçkeriya Prezidenti — 1991-2007-ci illərdə mövcud olmuş İçkeriya Respublikasının prezidentidir.
Çeçen İçkeriya Respublikası
Çeçen İçkeriya Respublikası (çeç. Nóxçiyn Paçẋalq Noxçiyçö; rus. Чеченская Республика Ичкерия) — Sovet İttifaqının dağılmasından sonra Rusiya SFSR-in aid olan keçmiş Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkibindəki qismən tanınan dövlət. 1991-ci ilin iyulunda müstəqilliyini elan etdi; Cövhər Dudayev ilk prezidenti olub. Çeçenistanın birtərəfli müstəqilliyini elan etməsi, Rusiya hökuməti ilə separatçılar arasında uzun sürən hərbi qarşıdurma və ciddi itki və dağıntılar yaradaraq, tədricən Şimali Qafqazda gərginliyin artmasına və hərbi qarşıdurmalara səbəb oldu. 1994-1996-cı illərdəki döyüş əməliyyatları nəticəsində Rusiya Silahlı Qüvvələri ÇİR-ni Rusiya Federasiyasına zorla yenidən qatmağa çalışsa da, bu cəhdlər uğursuz oldu. 1996-cı ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq, Rusiya rəhbərliyi Çeçenistandan qoşunlarını geri çəkməli və statusuna dair qərarı 2001-ci ilə qədər təxirə salmaq məcburiyyətində qaldı və bununla da faktiki olaraq separatçı rəhbərliyini tanıdı. 1999-cu ildə İkinci Çeçenistan müharibəsi başladı və 2000-ci ilin yazında Çeçen İçkeriya Respublikası dövlət olaraq faktiki olaraq ləğv edildi. 2007-ci ildə isə Sürgündəki hökumət ləğv edildi, yerinə Qafqaz Əmirliyi quruldu.
İkinci Çeçen müharibəsi
İkinci çeçen müharibəsi (rus. Втора́я чече́нская война́) — Rus-çeçen münaqişəsinin bir hissəsi olaraq 26 avqust 1999-cu il tarixində ekstremist qruplaşmaların fəaliyyətinin məhdudlaşdırılması məqsədilə Çeçenistan və Şimali Qafqazın sərhəd bölgələrində Rusiya Federasiyası tərəfindən başladılmış hərbi əməliyyatlar. Müharibənin aktiv fazası döyüşlərin başladığı tarixdən 2000-ci ilin may ayına qədər davam etmişdir. 1994-cü ilin dekabrından 1996-cı ilin avqust ayına qədər davam etmiş Birinci Çeçenistan müharibəsinin davamı oldu. 1 oktyabrda Rusiya qoşunları Çeçenistan ərazisinə daxil olmuşdur. Müharibə Çeçen İçkeriya Respublikasının de fakto müstəqilliyini itirməsi və Rusiyanın ərazi bütövlüyünün təmin olunması ilə başa çatmışdır. Döyüş əməliyyatları çərçivəsində Rusiya Ordusu və rus yönümlü çeçen qüvvələri separatçı çeçenlərlə açıq döyüşlərə girmiş, 1999-cu ilin sonlarından 2000-ci ilə qədər olan müddətdə paytaxt Qroznı şəhəri tam mühasirəyə alınmışdır. Bəzi çeçen separatçıları Rusiya ərazisində mülki əhaliyə qarşı hücumlar həyata keçirmişdir. Beynəxalq müşahidələrə əsasən bu cür hücumlar nəticəsində həm Rusiya, həm də çeçenlər tərəfindən insan hüquqlarının pozulması aktları qeydə alınmışdır. 2000-ci ilin mayında rusların Çeçenistanda hakimiyyəti ələ keçirməsinə baxmayaraq, çeçenlər Şimali Qafqazın başqa bölgələrində müqaviməti davam etdirirdilər.
İçkeriya Çeçen Respublikası
Çeçen İçkeriya Respublikası (çeç. Nóxçiyn Paçẋalq Noxçiyçö; rus. Чеченская Республика Ичкерия) — Sovet İttifaqının dağılmasından sonra Rusiya SFSR-in aid olan keçmiş Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkibindəki qismən tanınan dövlət. 1991-ci ilin iyulunda müstəqilliyini elan etdi; Cövhər Dudayev ilk prezidenti olub. Çeçenistanın birtərəfli müstəqilliyini elan etməsi, Rusiya hökuməti ilə separatçılar arasında uzun sürən hərbi qarşıdurma və ciddi itki və dağıntılar yaradaraq, tədricən Şimali Qafqazda gərginliyin artmasına və hərbi qarşıdurmalara səbəb oldu. 1994-1996-cı illərdəki döyüş əməliyyatları nəticəsində Rusiya Silahlı Qüvvələri ÇİR-ni Rusiya Federasiyasına zorla yenidən qatmağa çalışsa da, bu cəhdlər uğursuz oldu. 1996-cı ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq, Rusiya rəhbərliyi Çeçenistandan qoşunlarını geri çəkməli və statusuna dair qərarı 2001-ci ilə qədər təxirə salmaq məcburiyyətində qaldı və bununla da faktiki olaraq separatçı rəhbərliyini tanıdı. 1999-cu ildə İkinci Çeçenistan müharibəsi başladı və 2000-ci ilin yazında Çeçen İçkeriya Respublikası dövlət olaraq faktiki olaraq ləğv edildi. 2007-ci ildə isə Sürgündəki hökumət ləğv edildi, yerinə Qafqaz Əmirliyi quruldu.
Birinci Çeçen-Rus Müharibəsi
Birinci Çeçen-Rus Müharibəsi — Rus-çeçen münaqişəsinin bir hissəsi olaraq Rusiya Federasiyası ilə Çeçen İçkeriya Respublikası arasında 1994-cü ilin dekabrından 1996-cı ilin avqust ayına qədər davam etmiş hərbi münaqişə. Bu müharibənin nəticəsi olaraq 7 avqust 1999-cu il — 16 aprel 2009-cu illərdə İkinci çeçen müharibəsi baş verdi. == Tarixi == 1991-ci ildə SSRİ dağılandan sonra Çeçenistan öz müstəqilliyini elan etdi, amma bu müstəqillik heç bir ölkə tərəfindən tanınmadı. Bununla belə çeçenlər bu yoldan çəkinmədilər və 1991-ci ildə keçirilən seçkilərdə general Cövhər Dudayevi özlərinə prezident seçdilər. Rusiya mərkəzi hakimiyyəti bu seçkiləri qeyri-qanuni elan edib onun nəticələrini tanımadı. Ruslar Cövhər Dudayevə müxalif rəqib kimi Ömər Avturxanovu ortaya çıxardı və silahla da təchiz edirdi. Rusiya tərəfli müxalifət tərəfdarlarının məğlubiyyətindən sonra Rusiya prezidenti Boris Yeltsin 48 saat içində çeçenlərə silahlarını yerə qoymalarını əmr etdi. Cöhvər Dudayev isə onun bu işə qarışa bilməyəcəyini dedi. Daha sonra rus qoşunları Qroznıya aviazərbələr endirməyə başlayır və beləliklə müharibə başlanır. 4000 rus əsgəri Çeçenistana aid Nattereçni şəhərini tuturlar.
Çeçen İçkeriya Respublikası prezidenti
Çeçen İçkeriya Prezidenti — 1991-2007-ci illərdə mövcud olmuş İçkeriya Respublikasının prezidentidir.
Çeçen İçkeriya Respublikasının Dövlət Himni
Çeçen İçkeriya Cümhuriyyətinin Dövlət Himni (çeç. Iожалла я маршо — Yojalla ya marşo — Ya Müstəqillik, ya da ki Ölüm!) — 1991-2007-ci illərdə mövcud olmuş Çeçen İçkeriya Cümhuriyyətinin rəsmi dövlət himni. Sözləri Əbuzər Aydəmirovun, musiqisi Əli Dimayevindir.
Aleksandr Çeçenski
Aleksandr Nikolayeviç Çeçenski — Çeçen mənşəli Rusiya general-mayoru, 1812 -ci il Vətən müharibəsinin iştirakçısı, dördüncü və altıncı koalisiyaların müharibələri, bir çox rus ordeni sahibi. == Həyatı == === Uşaqlıq və gənclik illəri === Çeçenski uşaq ikən, çar qoşunlarının Şeyx Mənsurun doğma Aldı kəndinə basqınlarından birində əsir alınmışdı. Milliyətcə çeçendir, doğum adı Əlidir. Anası Rəhmət doğuş zamanı ölmüşdür. Atası Alxazur kəndləri işğal edilən zaman döyüçdə həlak olmuşdur. On altı yaşlı podporuçuk daha sonra məşhur general olan Nikolay Nikolaeviç Rayevski tərəfindən oğulluğa götürülmüşdü. Gənc çeçen oğlana Aleksandr Nikolayeviç Çeçenski adı verildi. Kiçik Rusiyadakı Kamenka malikanəsində Nikolay Rayevskinin anası Yekaterina Nikolayevnanın himayəsində tərbiyə edilmişdir. O, Moskva Universitetində təhsil almışdır. == Xidmət illəri == Aleksandr Çeçenski 1794-cü ildə qəyyumunun komandir olduğu Nijni Novqorod atlı alayında Kizlyarda vaxminster rütbəsi ilə xidmətə başladı.
Alpatovo (Çeçenistan)
Alpatovo rayonu — Çeçenistan Respublikasının Naurski rayonunda yerləşir. Alpatovo kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir (Alpatovo və Svobodnoye kəndlərini əhatə edir). == Coğrafiya == Terek çayının sol sahilində, Rostov-Don-Bakı dəmiryolu yaxınlığındadır (Şimali Qafqaz Dəmir Yolunun Alpatovo dəmiryolu stansiyası kəndin cənub hissəsində yerləşir). Ən yaxın yaşayış məntəqələri: qərbdə - İşçerskaya kəndi, şimal-qərbdə Rubejnoye kəndi, cənub-şərqdə Naurskaya və Çernokozovo kəndi, cənub-qərbdə Znamenskoye kəndidir. == Tarixi == Kənd 1925-ci ildə Alpatovo dəmiryolu keçidi olaraq yaradılıb. 1926-cı ildə 8 8 meydançadan ibarət idi, əsas əhali Böyük Ruslar idi. İnzibati olaraq, Şimali Qafqaz bölgəsinin Terski rayonunun Naurski rayonunda Naurskaya Kəndinin bir hissəsi idi. Bəzi məlumatlara görə, kənd daxilində Alpatovo stansiyasının işçiləri üçün dəmir yolu kəndi vardı. Rayonun adı, ehtimal ki, öz növbəsində Qafqaz müharibəsi zamanı çeçenlərə təhvil verilmiş və 1840-cı illərdə tutulmuş Naurski kəndinin qaçqın kazakı Yaşka Alpatovun şəxsiyyəti ilə əlaqələndirilir. O, bu yerdə edam edildiyi üçün rayonun Alpatov adını aldığı iddia edilir.
Nikolayevskaya (Çeçenistan)
Nikolayevskaya (Çeçen. Салтийн-Гӏала) kəndi Çeçenistanın Naurski rayonunda yerləşir. Nikolayevski kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. Kənd Terek çayının sol sahilində, Naur-Şelkovskaya suvarma kanalının Terek ilə birləşdiyi yerdə yerləşir. Kəndin şərqindəki Naur-Şelkovskaya kanalı, öz növbəsində, Lenin kanalı ilə birləşir. Kəndin şimalından Şimali Qafqaz dəmir yolunun Mozdok-Çervlyonnaya-Uzlovaya dəmir yolu xətti (Teplovodnı dayanma nöqtəsi) və P262 Stavropol-Kraynovka dəmir yolu keçir. Ən yaxın yaşayış məntəqələri: şimal-qərbdə Yeni Solkuşino kəndi və Obilnı xutoru, cənub-şərqdə Çervlyonnaya kəndi, qərbdə (Terekin əks sahilində) Pravoberejnoye kəndi, cənubda (həmçinin Terekin əks sahilində) Naberejnıy qəsəbəsi. Nikolayevskaya kəndi 1848-ci ildə qurulmuşdur, nə vaxt ki, Terekdə 1847-1848-ci illərdə Kiçik Rusiya əyalətlərindən Qafqaz xəttində məskunlaşmış "Şapoval" yaradıldı. Onların hesabına Qrebenski kazak alayının sayının artırılacağı güman edilirdi. Çervlyonnaya kəndini 'Şapoval' ı qəbul etməməsi səbəbindən onlar üçün ayrı bir kəni Nikolaevskaya meydana gəldi.
Pyotr Zaxarov Çeçenes
Pyotr Zaxarov Çeçenes (rus. Пётр Захарович Захаров-Чеченец; 18 sentyabr 1816, Dadi-yurt[d] – 15 sentyabr 1846, Moskva) — Rusiyalı çeçen rəssam. Onun XIX əsrdə çeçenlər içərisindəki tək rəssam olduğu düşünülür. 1819-cu ildə Qafqaz müharibəsi zamanı rus qoşunları çeçen kəndi Dadiyurtda ölmüş bir qadın və ölümcül yaralanmış üç yaşlı körpəni tapdı. Rusiya ordusunun baş komandanı Aleksey Petroviç Yermolov həkimlərin onu xilas etməyin mümkünsüz olduğunu deməsinə baxmayaraq,körpəni xilas etmək üçün mümkün olan hər şeyi etməyi əmr etdi. Bütün ehtimallara baxmayaraq körpə sağ qaldı. Körpə böyüdülməsi üçün kazak Zaxar Nedonosova verildi. Bu kazak adından körpə soyadını və atasının adını aldı. Daha sonra Pyotr etnik kimliyini göstərmək üçün onun soyadına “çeçenes” sözünü əlavə etdi. Yeddi yaşında Pyotr Aleksey Petroviç Yermolovun əmisi oğlu, Gürcüstan Qrenader alayının komandiri, general-mayor Pyotr Yermolov tərəfindən övladlığa götürüldü.
Sernovodskoye (Çeçenistan)
Sernovodskoye (çeç. Эна-Хишка) — Çeçenistan Respublikası, Sunja rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Sunjenski rayonunun və Sernovodskoye kənd sovetliyinin mərkəzidir. Sernovodskoye kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. Kənddə "Sernovodsk-Kavkazski" respublika balneoloji kurortu yerləşir. Kənd Sunja silsiləsinin cənub yamacının ətəyində, Suja çayın hər iki sahilində, Qroznı şəhərindən 58 km qərbdə, Suja şəhərindən isə 8 km şərqdə yerləşir. Ən yaxın yaşayış məntəqələri: şimalda — Naqornoe kəndi, cənubda — Asinovnaya stansiyası, qərbdə — Suja şəhəri, cənub-şərqdə — Samaşki, Davıdenko və Yeni Şaroy kəndləri. İqlimi İqlimi mülayim kontinentaldır. Qış mülayim, tez-tez duman və qar örtüyü ilə müşahidə olunur. Yanvar ayının orta temperaturu −4 °C-dir.
Sunja rayonu (Çeçenistan)
Sunja rayonu (çeç. Соьлжан кӏошт) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Sernovodskoye kəndidir. Rayon Çeçenistan Respublikasının qərb hissəsində yerləşir. Şimaldan Nadterek rayonu, cənubdan və şərqdən Axçoy-Martan rayonu, qərbdən Respublikasının eyni adlı rayonu ilə həmsərhəddir. Terek-Sunja massivinin bir hissəsi olan Sunja silsiləsinin cənub ətəyində, Sunja və Assa çaylarının vadilərində yerləşir. Rayonun sahəsi 349,23 km²-dir. Milli tərkib 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: 1936 - 1944 və 1957 - 1992-ci illərdə Sunja rayonu Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkibində idi (1934 - 1936-ci illərdə Çeçen-İnquş Muxtar Vilayəti, 1944 - 1957-vi illərdə Qroznı vilayəti). Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının süqutundan sonra iki respublikanın hər biri Sunja rayonunun ərazisinə iddia edirdi. 1992-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının bölünməsi zamanı keçmiş rayon ərazisində çeçen və inquşlara aid olan iki idarə quruldu.
Xanbaba Nurədilov adına Çeçenistan Dövlət Dram Teatrı
Xanbaba Nurədilov adına Çeçenistan Dövlət Dram Teatrı — Qroznıda yerləşən Çeçenistan xalq teatrıdır. Xanbaba Nurədilov adına Çeçenistan Dövlət Dram Teatrı 1 May 1931-ci ildə teatr studiyası olaraq rəsmi açıldı. Əslində əvvəldən fəaliyyət göstərirdi. Teatrın qurucusu və ilk direktoru Abdurahman Avtorxanov idi. 1933-cü ildə studiya Səid Baduyevin Çeçen-İnquşetiyada vətəndaş müharibəsi hadisələrinə həsr etdiyi pyesi əsasında hazırlanan "Qırmızı Qala" məzuniyyət tamaşasını təqdim etdi. Sonradan studiya Çeçenistan Dövlət Dram Teatrına çevrildi. 1930-cu illərin əvvəllərində teatr gənc çeçen yazıçıların Said Baduyev, D. Şeripov, B. MuzaYev, rus dramaturqları Aleksandr KorneiÇuk, Vladimir Bill-Belotserkovski, rejissorları V. Şatov, A. Tuqanov, Arçil Çxartişvilinin pyesləri əsasında tamaşalar qururdu. Aktyorlar Movjdi Baduev, Tamara Aliyeva, Aset isayeva, Yaraqi Zubairayev, Zinaida İsakova, X. MusaYev və başqaları təcrübə və populyarlıq qazandılar. 1934 -cü ildə Çeçen və İnquş bölgələri birləşdirildi. Yeni Çeçen-İnquş Muxtar Vilayətinin rəhbərliyi teatr sənətinin inkişafına kömək istəyi ilə Gürcüstan rəhbərliyinə müraciət edib.
Xanbaba Nurədilov adına Çeçenistan Dövlət Dram Teatrı'

Znamenskoye, Çeçenistan
Znamenskoye (çeçen. ЧӀулга-Юрт ) — Çeçenistan Respublikasının Nadterek rayonunda kənddir. Nadtereç bələdiyyəsinin inzibati mərkəzidir. Tərkibində yeganə qəsəbəni bələdiyyə Znamenskoye kənd yaşayış məntəqəsi təşkil edir. Kənd Terek çayının sağ sahilində, Qroznı şəhərindən 65 km şimal-qərbdə yerləşir. Ən yaxın yaşayış məntəqələri: şimalda körpü ilə bağlandığı İşerski kəndi, şimal-şərqdə Rubejni və Alpatovo (Çeçenistan) kəndləri, şimal-qərbdə Bena-Yurt kəndi, cənub-şərqdə Yuxarı Naur kəndi, cənubda Kalaus və Komarovo kəndləri, cənub-qərbdə Qvardeyskoye. Kənd, 1809-cu ildə Terek çayının sağ sahilində, İşerski kəndinin qarşısındakı Çulik-yurt (bir neçə çeçen ailəsini İçkeriyadan çıxaran təqaüdçü leytenant Çulik Gendargenoyevun adına) qurulmuşdur. Sonra bu torpaqlar rəsmi olaraq hələ Kiçik Kabarda hissəsi hesab olunurdu. Tezliklə, dağlıq ərazilərin basqınlarından qorunmaq üçün kəndlilər o dövrdə Çeçen düzənlik kəndlərində geniş təcrübdən keçirilmiş Aksaydan Kumuk knyazı Mundara Edarovu dəvət etdi. Beləliklə kənd Muldar (Mundar) -yurt kimi tanındı.Beləliklə Knyaz Mundar Eldarov uğurla irəlilədi, yaxşı maaş aldı və bolluq içində yaşadı, ancaq 1840-cı ildə üsyan edən üsyançı çeçenlər onu bütün əmlakından məhrum etdilər.
Znamenskoye (Çeçenistan)

Leninaul kəndində çeçenlərin mitinqi
Leninaul kəndində çeçenlərin mitinqi — 1991-ci ildə Rusiyada, Dağıstanın Kazbek rayonunun Leninaul kəndində keçirilən mitinq. Aksiyada minlərlə çeçen iştirak etmişdir. Xasavyurtda fəaliyyət göstərən "Drujba" qəzetinin 10 sentyabrda dərc etdiyi məlumata görə, mitinqdə 10 minə yaxın çeçen iştirak etmişdir. == Mitinq == 5 sentyabrda başlayan mitinqdə çeçenlər 1944-cü il sərhədləri daxilində Aux rayonunun dərhal bərpasını, mübahisələr həll olunana qədər torpaq ayrılmasının dayandırılmasını və keçmiş Aux rayonu ərazisində hakimiyyətin Rayonun Bərpası üzrə Təşkilat Komitəsinə verilməsi tələb edirdilər. 11 sentyabrda Dağıstan hakimiyyəti Kazbek rayonunda fövqəladə vəziyyət elan etmiş, lakin bu qərar regionda vəziyyəti daha da gərginləşdirmişdir. Çeçenlər Leninaul kəndində çadır şəhərciyi qurmuşdular. Sentyabrın ortalarında çeçenlərlə avarlar arasında silahlı qarşıdurma təhlükəsi yaranmışdı. 24 sentyabr 1991-ci ildə Rusiya Federasiyası Ali Sovetinin sədri Ruslan Xasbulatovun və RSFSR Ali Sovetinin Millətlər Şurasının sədri Ramazan Abdulatipovun vasitəçiliyi ilə çeçenlərlə avarlar arasında görüş keçirilmişdir. Dilim kəndinin rayon mərkəzi, burada çeçenlərin tərk edilmiş evlərə qaytarılması məsələsinin həlli və deportasiyadan əvvəl evlərinin yerləşdiyi pulsuz torpaq sahələrinin verilməsi məsələsinə baxılmasını sürətləndirmək üçün razılıq əldə edilmişdir. Bundan sonra Dağıstanın Kazbek rayonunda fövqəladə vəziyyət ləğv edilmişdir.
Qazaxıstanda çeçenlərin poqromu
Qazaxıstanda çeçenlərin poqromu — Şərqi Qazaxıstanda baş verən xalqlararası münaqişə. Çeçen-qorod kəndində baş tutan iğtişaşlar zamanı 40 nəfər həlak olmuş, 50 nəfər məhkum edilmişdir. Münaqişə məişət zəminində, bir çeçen ilə mədənçi arasında mübahisə nəticəsində başlamışdır. Münaqişə zamanı mədənçi çeçeni dəmir çubuqla döyərək öldürmüşdür. Bundan sonra çeçenlərin yaşadığı Çeçen-qorodok kəndində iğtişaşlar başlamışdır. Baş verənlərdən Stalin də daxil olmaqla ölkə rəhbərliyi xəbərdar edilmişdi. Hadisələrdən bir neçə gün sonra kütləvi həbslər başlamışdır. 50-yə yaxın insan mühakimə olunmuşdur. Onların hamısı Cinayət Məcəlləsinin 59-2 və 59-7-ci maddələri ilə məhkum edilmişdi. Həmin illərdə qüvvədə olan Cinayət Məcəlləsinin 59-cu maddəsində dövlət nizam-intizamına qarşı cinayətlərə, soyğunçuluğa görə cəzalar müəyyən edilmiş və "bütün əmlakı" müsadirə olunmaqla uzun müddətə azadlıqdan məhrumetmə və ya edam cəzası nəzərdə tutulmuşdu.

Digər lüğətlərdə