İBADƏT

is. [ ər. ]
1. Dua oxuma, namaz qılma şəklində icra edilən dini ayin.
[Molla İbrahimxəlil:] Əgər məni görmək istəsələr, de ki, ustadım … ibadətdədir. M.F.Axundzadə.
Məlum şeydir ki, indiyədək saydığımız ibadətlər ki, növ-növ namazlardan ibarət olsun, məhz ondan ötrüdür ki, insan öləndən sonra, axirətdə mizan-tərəzi qurulanda yaxşı imtahan versin. C.Məmmədquluzadə.

□ İbadət etmək – dini ayinlərlə məşğul olmaq, dua oxumaq, namaz qılmaq.
Adamlar məbudun qarşısında bardaş quraraq dizi üstə oturub ibadət edir, dodaqaltı dua oxuyurlar. M.İbrahimov.

2. Sitayiş, pərəstiş.
□ İbadət etmək – sitayiş etmək, səcdə etmək. Oda ibadət etmək. Bütlərə ibadət eləmək.
// Məc. mənada.
Qiblə deyil, qaşlarına baş əymək; Gecəgündüz mənim ibadətimdir. M.P.Vaqif.
Məscidü minbər nə lazım maili-rüxsarına; Qaşların vəqti-ibadət aşiqə mehrabdır. S.Ə.Şirvani.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İBADƏT 1. İBADƏT (dini mahiyyətdə olan mərasim) İldə bir yol gəliri oy irsən; Göy məscidə ibadətə? (M.Rahim); AYİN Aldanmıram ki, doğrudur ayımı, ey əmu! (M
  • İBADƏT sitayiş — pərəstiş
İAŞƏÇİ
İBADƏTÇİ

Digər lüğətlərdə