İQTİZA

is. [ ər. ] klas. Lüzum, lazım olma, zəruriyyət, vaciblik.
// Ehtiyac, hacət.
Hala məgər iqtizayi-dövran; Oldur ki, ola o gənc pünhan. Füzuli.

□ İqtiza etmək1) tələb etmək, lüzumlu etmək, vacib etmək, ehtiyac doğurmaq.
Aciz, yazıq bəşərlərə rəhm etməyən qəza; Səndən məni ayırmağı da etmiş iqtiza. A.Səhhət;

2) müsaidə etmək, imkan vermək.
Əgər onların gündüzləri vaxtları iqtiza etmir, bəs axşamlar niyə təşrif gətirmirlər? C.Məmmədquluzadə.

İqtizasına görə – bax iqtizasınca.
İQTİSADİYYATÇI
İQTİZASINCA

Digər lüğətlərdə