İTDİRSƏYİ

is. Kirpik diblərində piy vəzilərinin irinli iltihabı; sızanaq. Gözünə itdirsəyi çıxmaq. İtdirsəyini sıxdıqda, göz yuvasının fleqmonasına səbəb ola bilər.

Etimologiya

  • İTDİRSƏYİ Püş (tövlənin zir-zibili) yığılan yerə “tirislik”, peyin yerinə “tires” deyiblər. Çirk sözü də, ehtimal ki, buradandır
İTDAMI
İTƏBAXAN
OBASTAN VİKİ
İtdirsəyi
İtdirsəyi - göz qapaqlarının kənarında yerləşən tük kisəsi və piy vəzisinin kəskin iltihabı. Törədicisi stafilokokk bakteriyalarıdır. == Əlamətləri == Göz qapağının məhdud bir nahiyəsi şişkinləşir, ağrılı olur. 2-3 gündən sonra irincik əmələ gəlir, deşildikdə irin ifraz olunur. Maddələr mübadiləsinin pozulması, avitaminoz, qanazlığı, ümumi zəiflik, diabet və s. xəstəliklər itdirsəyinin törəməsinə səbəb olur. == Müalicəsi == İtdirsəyini törədən səbəbləri arada qaldırmaq, xəstəliyin başlanğıcında çay sodası, yaxud kalendula məhlulundan həmin nahiyəyə islatma qoymaq, brilyant yaşılı sürtmək və s. İtdirsəyini sıxdıqda, göz yuvasının fleqmonasına səbəb ola bilər. == Həmçinin bax == Xalyazion == Ədəbiyyat == "Göz xəstəlikləri" - Musabəyli U.S. Bakı 1972 Azərbaycan Sovet Ensiklopediyası V cild, səh.

Digər lüğətlərdə

буффо́н виля́ть вы́плавка отто́пывание поднача́льный принево́ливать присви́стка раско́кать раскритикова́ть трактори́ст перегля́дка разо́чек раке́тка терро́р габион кушетка cock-a-hoop communitarian impel stretto unweaned возмужалость куроводство мотель одобрительно