ƏREYİ
ƏRƏC
OBASTAN VİKİ
1967-ci il Ərəb-İsrail müharibəsi
Altıgünlük müharibə (ivr. ‏מלחמת ששת הימים‏‎, translit. Milhemet Şeşet Ha Yamim), Uğursuzluq (ərəb. النكسة‎, translit. Əl-Nəksa), 1967-ci il müharibəsi (ərəb. حرب 1967‎, translit. Hərb 1967), İyun müharibəsi, 1967-ci il Ərəb-İsrail müharibəsi və ya Üçüncü Ərəb-İsrail müharibəsi — 1967-ci ilin iyun ayının 5-dən 10-a qədər İsrail ilə qonşuları Misir – o dövrdəki rəsmi adı ilə Birləşmiş Ərəb Respublikası, Suriya və İordaniya arasında baş vermiş hərbi münaqişə. Birinci Ərəb-İsrail müharibəsindən sonra qonşu dövlətlər arasında münasibətlər normallaşmadı. İsrail Misirin 1950-ci ildən bağladığı Tiran boğazını yenidən öz gəmilərinin keçməsinə açmaq üçün 1956-cı ildə Sinay yarımadasını işğal etdi (İngiltərə və Fransanın yardımı ilə). Bir müddət keçdikdən sonra İsrail buradan qoşunlarını geri çəkməyə məcbur oldu, lakin bunun müqabilində Misirlə Tiran boğazının həmişə açıq saxlanılması barədə razılıq əldə edildi.
2011-ci il Səudiyyə Ərəbistanı iğtişaşları
Hökumət əleyhinə nümayişə çıxmış kütlə ilə polis arasında toqquşma başlayıb. Qətif şəhərində başlanmış toqquşmada polis səs qumbaralarından, rezin dəyənəklərdən istifadə edir. Bunun nəticə vermədiyini görən asayiş keşikçiləri havaya atəş açmağa başlayıb. Ən azı 1 nəfərin güllə yarası aldığı bildirilir. . Səudiyyə Ərəbistanın iqtidarın istefasını tələb edən qüvvələrlə polis arasında toqquşma olub. Ölkənin cənubunda əhalinin böyük hissəsini şiələrin təşkil etdiyi zəngin neft ehtiyatlarına malik Qətif bölgəsində keçirilən mitinqə polis sərt şəkildə müdaxilə edib. Polis öncə nümayişçilərə dağılışmağı əmr edib, sonra isə havaya atəş açıb. Daha sonra toqquşmalar başlayıb və 15 nəfər yaralanıb. Polisin aksiyanı dağıtmaq üçün həqiqi güllələrdən istifadə etdiyi bildirilir. Səudiyyə Ərəbistanı hökuməti şiələri İranın qızışdırdığını iddia edir.
Alp Ərən
Alp Ərən-Salur Qazanın evi yağmalandığı boyda adı çəkilən Oğuz qəhrəmanlarından biri İlək qoca oğlu Alp Ərəndir. Alp Ərən qədim türk dilində «igid», «qəhrəman döyüşçü» mənasını ifadə edir.
Arazın o tayında ərəb şriftidir (film, 1945)
Arazın o tayında ərəb şriftidir qısametrajlı sənədli 1945-ci ildə Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Arazın o tayında, Güney Azərbaycanında yazılarda ərəb əlifbasından istifadə olunduğundan danışılır. == Məzmun == Kinolent Arazın o tayında, Güney Azərbaycanında yazılarda ərəb əlifbasından istifadə olunduğundan danışılır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 109-113.
Ayn əl-Ərəb
Kobani (kürd. Kobanî/Kobanê, ərəb. كوباني‎, klass. süry. ܟܘܒܐܢܝ), rəsmi olaraq Eyn ül-Ərəb (ərəb. عين العرب‎) — Suriyanın Hələb mühafəzəsində şəhər, Eyn ül-Ərəb rayonunun inzibati mərkəzi. Şəhər Suriyanın Türkiyə ilə olan sərhədi üzərində yerləşir. Suriyada vətəndaş müharibəsinin bir nəticəsi olaraq, şəhər 2012-ci ildən bəri Xalq Qoruma Dəstələrinin (YPG) nəzarəti altına düşmüşdür. Şəhər 2014-cü ilin sentyabr ayından 2015-ci ilin yanvar ayında qədər İraq Şam İslam Dövlətinin blokadası altında idi. Şəhərin əksər hissəsi məhv edilmiş, şəhər əhalisinin əksəriyyəti Türkiyəyə qaçmışdır.
Azərbaycan-Səudiyyə Ərəbistanı futbol matçlarının siyahısı
== Kişilər ==
Aşıq Ədhəm Ərəbov
Aşıq Ədhəm Ərəbov (tam adı: Ədhəm Aslan oğlu Ərəbov) — Azərbaycan aşığı. Aşıqların III Qurultayının iştirakçısı == Həyatı == Əlhəm Ərəbov 1912-cü ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur.
Bala Ərəblər
Bala Ərəblər — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bərdə rayonunun Güloğlular kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bala Ərəblər kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Balakişi bəy Ərəblinski
Ərəblinski Balakişi bəy Əli bəy oğlu (30 avqust 1828 və ya 1828, Zaqatala rayonu – 1 yanvar 1902, Dərbənd, Dağıstan vilayəti) — Rusiya İmperator Ordusunun zabiti, general-leytenant. == Həyatı == Balakişi bəy Ərəblinski 1828-ci ildə Zaqatala mahalının Tala kəndində anadan olmuşdur. Mahal naibi Əli bəyin ailəsində böyüyən Balakişi bəy Sankt-Peterburqdakı birinci dərəcəli kadet korpusunu 1848-ci ildə müvəffəqiyyətlə bitirib kornet rütbəsi almışdır. Müxtəlif hissələrdə qüsursuz xidmət edən Ərəblinski çox gənc yaşarında Polkovnik-leytenant rütbəsində briqada komandiri kimi məsul vəzifəyə irəli çəkilmişdir. Sonralar diviziya komandiri olan general-leytenant Balakişi Ərəblinski əlli illik xidmətində o vaxt Rusiyada olan bütün yürüş və döyüşlərdə iştirak etmişdir. General-leytenant B. Ərəblinski Qafqazın müsəlman əhalisindən Rusiyada ilk ali hərbi təhsil alan Azərbaycan oğlu idi. 1896-cı ildə istefaya çıxan general-leytenant Balakişi Ərəblinski Dərbəndə qayıtmış, ömrünün axırına kimi orada yaşamış, imperator tərəfindən ona hədiyyə olunan torpaq sahəsinə başçılıq etmişdir. Yerli əhali arasındakı gözəl insani keyfiyyətləri ilə hədsiz hörmət qazanmış general-leytenant Balakişi Ərəblinskinin şərəfinə adlandırılan Dərbənd yaxınlığındakı kənd və stansya indi də onun adını daşıyır. O, 1902-ci ilin yanvarında vəfat etmiş və Dərbəndin qədim müsəlman qəbiristanlığında dəfn olunmuşdur. == Ailəsi == Hazırda general-leytenant Ərəblinskinin iki nəvəsi: Fatma xanım və Həyat Abdullayevlər, qohumlarından Bəhruz Xalid oğlu Ərəblinski və ailəsi Bakıda yaşayırlar.
Belarus ərəb əlifbası
Belarus ərəb əlifbası XVI əsrdə meydana gəlmiş ərəb əlifbasına əsaslanan əlifba. Əlifba 28 qrafemdən ibarətdir və ərəb əlifbasından müəyyən dərəcədə fərqlənir. Belarus ərəb əlifbası litva tatarları tərəfindən istifadə olunurdu. Onlar Böyük Litva knyazlığının hissəsi olan Belarus ərazisində yaşayırdılar. Onlar Qərbi Rus dilini ərəb əlifbası ilə ifadə edirdilər. == Xüsusiyyətlər == Ərəb dilində olmayan «j», «ç» və «p» səslərinin ifadə olunması üçün türk və fars qrafemlərindən istifadə olunurdu: پ چ ژ. Yumşaq səslər olan «dz» və «ts» səsləri üçün yeni qrafemlər hazırlanmışdı: və . «ў» səsi üçün isə xüsusi qrafem yox idi, o elə «v» hərfi kimi yazılırdı: و. == Əlifba == == Mənbə == Д-р Я. Станкевіч. Беларускія мусульмане і беларуская літаратура арабскім пісьмом.
Birinci Ərəb-İsrail müharibəsi
1948-ci il Ərəb–İsrail müharibəsi, Birinci Ərəb–İsrail müharibəsi və ya 1948-ci il müharibəsi (ərəb. حرب 1948‎, translit. hərb 1948) — 1948-ci ilin may ayının 15-dən 1949-cu ilin mart ayının 10-a qədər davam etmiş və yeni yaradılmış İsrail dövləti ilə ərəb dövlətlərinin hərbi ittifaqı arasında Britaniya Fələstini uğrunda baş vermiş hərbi münaqişə. 1947-1949 Fələstin müharibəsinin ikinci və sonuncu mərhələsidir. Fələstin müharibəsinin birinci mərhələsi 1947-ci ilin 30 noyabrında yəhudiləri daşıyan iki avtobusun pusquya düşürülməsi ilə başlandı. 1917-ci ildə elan edilmiş Balfur bəyannaməsindən və 1920-ci ildə Fələstində Böyük Britaniya mandatlığı yaradıldıqdan sonra yəhudilərlə ərəblər arasında toqquşmalar davam edirdi. Böyük Britaniyanın Fələstindəki siyasəti həm yəhudiləri, həm də ərəbləri narahat edirdi. Bu ərəblərin 1936-cı ildə üsyan qaldırması ilə nəticələndi. Üsyan 1939-cu ilə qədər davam etdi. Fələstində 1944–1947-ci illərdə yəhudi qiyamı baş verdi.
Birinci Ərəbcəbirli
Birinci Ərəbcəbirli — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd.Rayon mərkəzinə çox yaxın və ondan şimal- qərbdə, Bakı-Qazax şose yolu kənarında, Şirvan düzündə yerləşən kənd. == Ümumi məlumat == Birinci Ərəbcəbirli Göyçay rayonunun İəhadət inzibati ərazi vahidində kənd. Bozdağ silsiləsinin ətəyindədir. Kəndin adı 1917-ci ildə Ərəb Cabirli, 1933-cu ildə Ərəb Cəbirli şəklində qeydə alınmışdır. Oykonimin ikinci komponenti ƏrəbŞamlı tayfasının XIX əsrdə 12 ailədən ibarət ərəbcəbirli tirəsinin adı ilə bağlıdır. Birinci komponent isə onu eyniadlı digər yaşayış məntəqəsindən ayırmağa xidmət edir. Etnotoponimdir. 15 aprel 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Birinci Ərəbcəbirli, İkinci Ərəbcəbirli və Mirzəhüseynli kəndləri Şəhadət kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, İkinci Ərəbcəbirli kəndi mərkəz olmaqla, İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Tarixi == Qədim tarixə malik olan bu kəndin ərazisindən müxtəlif dövürlərə aid materiallar (saxsı qablar, qırıq küp qəbirlər və s.) tapılmışdır. Kəndin ərazisindəın qədim və erkən orta əsrlərdə yaşayış məntəqəsi olmuşdur.
Birləşmiş Ərəb Respublikası
Birləşmiş Ərəb Respublikası (BƏR) — Misir və Suriyanın birləşmiş dövləti.
Birləşmiş Ərəb Əmirlikləri
Birləşmiş Ərəb Əmirlikləri (Al-Imārāt al-‘Arabīyah al-Muttahidah) — Asiyada bir dövlət. Birləşmiş Ərəb Əmirlikləri (ərəbcə: əl İmarat əl Ərəbiyyə əl Müttəhidə). Ərəbistan yarımadasının şərq hissəsində Fars və Oman körfəzləri sahilində yeləşir. Üç dövlətlə, cənubda və qərbdə Səudiyyə Ərəbistanı (457 km), şimalda Qətər, cənub-qərbdə Omanla (410 km) həmsərhəddir. Əmirliklərin sahil xəttinin uzunluğu 800 km-ə yaxındır. BƏƏ-nin tərkibində yeddi əmirlik var: Əbu-Dabi, Dubay, Şarja,Umm Əl-Quveyn, Rəs-Əl-Xeymə, Əcmən və Əl-Füceyrə əmirliyi daxildir. Ölkə ərazisinin 93 faizi Əbu-Dabi və Dubay əmirliklərinin payına düşür.İqtisadiyyat günü gündən inkişaf edir. == Ümumi məlumat == Cənub-Qərbi Asiyada, Ərəbistan yarımadasının şimal-şərqində dövlət. Cənubda və cənub-qərbdə Səudiyyə Ərəbistanı ilə, cənub-şərqdə, şərqdə və şimal-şərqdə Omanla həmsərhəddir. Şimaldan İran körfəzi, şimal-şərqdən Ərəbistan dənizinin Oman körfəzi ilə əhatə olunur.
Birləşmiş Ərəb Əmirlikləri Universiteti
Birləşmiş Ərəb Əmirlikləri Universiteti (ərəb. جامعة الإمارات العربية المتحدة‎) — Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyinin Əl-Ayn şəhərində, Büreym vahəsində yerləşən dövlət ali təhsil müəssisəsi. Bu ali təhsil müəssisəsi ölkənin ən aparıcı tədris və tədqiqat müəssisəsi hesab olunur. Ölkəsinin Zayed Universiteti və Ali Texnologiya Kollecləri ilə birlikdə 3 dövlət ali təhsil müəssisəsindən biridir. == Tarixi == Ölkənin təhsil sistemində mühüm rola malik olan Birləşmiş Ərəb Əmirlikləri Universitetinin əsası 1976-cı ildə qoyulmuşdur. == Fəaliyyəti == Birləşmiş Ərəb Əmirlikləri Universiteti 9 kollecdən ibarətdir: Biznes və İqtisadiyyat Kolleci; Təhsil Kolleci; Mühəndislik Kolleci; Qida və Kənd Təsərrüfatı Kolleci; Humanitar və Sosial Elmlər Kolleci; İnformasiya Texnologiyaları Kolleci; Hüquq Kolleci; Tibb və Sağlamlıq Elmləri Kolleci; Elm Kolleci. Universitetdə 70 proqram üzrə bakalavr təhsili verilir. Təhsil müəssisəsinin pedaqoji heyətinin tərkibinə 700 nəfərdən çox işçi daxildir. Universitetin akademik proqramları işəgötürənlərlə əməkdaşlıq sahəsində xeyli inkişaf etmişdir. Belə ki, bu ali məktəbin məzunlarına ölkədə yüksək tələbat vardır.
Birləşmiş Ərəb Əmirlikləri coğrafiyası
== Sahəsi və sərhədləri == Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ərəbistan yarımadasının şərq hissəsində, İran və Oman körfəzləri sahillərində yerləşir. Ölkə qərbdən və cənubdan Səudiyyə Ərəbistanı Məlikliyi və Oman Sultanlığı ilə həmsərhəddir. Lakin bu sərhəd Rubəl-Xali səhrası boyunca keçdiyindən dəqiq müəyyənləşdirilməyib. Əmirliklərin quru sərhədlərinin uzunluğu 867, dəniz sərhədlərinin uzunluğu isə 1318 km-dir. Sahil xəttindən materikin daxilinə doğru ölkənin ərazisi 100–150 km məsafədə uzanır. Birləşmiş Ərəb Əmirliklərinin tərkibinə 7 əmirlik: Abu-Dabi, Dubay, Şərca, Əcman, Rəs-əl-Heymə, Umm-əl-Qayveyn və Füceyrə daxildir. İran körfəzindəki onlarca böyük və kiçik ada BƏƏ-nin ərazisinə daxildir. Ölkənin ümumi ərazisi 83,6 min kv. km-dir. Ərazicə ən böyük əmirlik Abu-Dabi (federasiya ərazisinin 87 faizi), ən kiçik isə Əcmandır (ərazinin 0,3 faizi).
Birləşmiş Ərəb Əmirlikləri himni
"İşi Biladi" Birləşmiş Ərəb Əmirliklərinin dövlət himnidir və eyni zamanda “Bayrağa salam”dır. Onu misirli musiqiçi Saad Abdel Vahhab bəstələyib.1986-cı ildə doktor Aref Al Şeyk BƏƏ-nin dövlət himninin sözlərini yazmaq tapşırılıb, və Nazirlər Şurası bunu təsdiqlədi.
Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatı
Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatında neft yataqlarının kəşfinə qədər Dubay və ondan bir qədər geridə qalan Şərca, başlıca yer tuturdular. Bu ilk növbədə onların mirvari və digər dəniz məhsullarının satışında Qərb ölkələri məhsullarının tranzit daşınmasında özünü göstərirdi. İkinci Dünya müharibəsindən sonrakı illərdə qaçaq mal ticarəti Dubay üçün əsas gəlir mənbəyi olmuşdur. Avropadan gətirilən zərgərlik məmulatları, saat, elektrik məişət məhsulları bu əmirliyin ərazisindən gizli olaraq Cənub və Cənub-Şərqi Asiya ölkələrinə, həmin ölkələrdən isə Avropaya qiymətli daşqaş və müxtəlif metallar daşınırdı. Həmin vaxtlar neft Dubay üçün ikinci dərəcəli gəlir mənbəyi hesab edilirdi. Dubaydan fərqli olaraq Abu-Dabi əmirliyi isə neft yataqları kəşfinə qədər kasıbçılıq içərisində yaşayırdı. == Tarixi == İkinci Dünya müharibəsindən sonra Küveyt və Səudiyyə Ərəbistanı neft sənayesi ilə əlaqədar yüksək iqtisadi inkişaf səviyyəsinə çatmaq üçün 10 illərlə vaxt sərf etmişlər. Onlardan fərqli olaraq həmin inkişaf yolunu Abu-Dabi, Dubay və Şərca əmirlikləri cəmi 8–10 ilə keçmişdir. Ölkənin belə "sıçrayışında" yerli hakimlərin ağıllı və məqsədyönlü siyasətini də yüksək qiymətləndirmək lazımdır. Dövlət rəhbərlərinin dünya iqtisadiyyatında baş verə biləcək dəyişiklikləri düzgün qiymətləndirməsi və uzaqgörənliyi sayəsində məharətli istifadə edə bilmiş və ölkənin sosial-iqtisadi simasını əsaslı sürətdə dəyişdirə bilmişlər.
Birləşmiş Ərəb Əmirlikləri şəhərləri
BƏƏ şəhərləri:
Birləşmiş Ərəb Əmirlikləri əhalisi
Birləşmiş Ərəb Əmirlikləri əhalisi — Birləşmiş Ərəb Əmirliklərinin əhalisinin demoqrafik xüsusiyyətləri. 2017-ci ilə olan məlumata görə Birləşmiş Ərəb Əmirlikləri əhalisinin sayı 9,400,000 nəfərdir. == Siyahıya alınma == Birləşmiş Ərəb Əmirliklərində əhalinin ilk siyahıya alınması hələ ölkə Müqaviləli Oman adlandığı vaxt – 1968-ci ilin mart-aprel aylarında aparılmışdır. İlk siyahıyaalmada 180 min nəfər sakin qeydə alınmışdır. Əhalinin ilk siyahıya alınmasından XXI əsrin əvvəllərinə qədər ölkədə yaşayanların sayı 20 dəfədən çox artmışdır. Demoqrafların hesablamalarına görə 2015-ci ildə ölkədə əhalinin sayı 6 milyon nəfərə qədər artması planlaşdırılmışdır. Belə ki, "neft hay-küyü" bağlı olaraq, əhalinin sayı təbii artım, xüsusilə xarici mühacirlərin – qonşu ərəb ölkələrindən, Hindistandan və İrandan gələn fəhlələrin kütləvi axını hesabına sürətlə artmış və 2005-ci illərin əvvəllərində təxminən 4 milyon nəfərə çatmışdır. 5-6 dekabr 2005-ci il siyahıyaalınmasına əsasən BƏƏ əhalisi 4.106.427 nəfər olmuşdur ki, həmin nəticələrə görə BƏƏ əhalisi əsasən ərəblərdən, qismən bəluclardan, farslardan, puştunlardan, pəncablılardan, benqallardan və az sayda digər etnik qruplardan ibarət idi. == Artım tempi == Yerli sakinlər arasında orta illik artım sürəti digər ərəb ölkələrində olduğu kimi 3-3,5 faiz təşkil edir. 1968-1992-ci illər ərzində əhalinin ümumi orta illik artım sürəti isə 4,6 faiz olmuşdur.
Birləşmiş Ərəb Əmirliklərində təhsil
BƏƏ-də təhsil — Ərəbistan yarımadasının şərq hissəsində, Fars və Oman körfəzləri sahilində yerləşən Birləşmiş Ərəb Əmirliklərində mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == BƏƏ tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. BƏƏ-nin müasir təhsil sistemi əsasən XX əsrin ikinci yarısından sonra formalaşıb. 1952-ci ildə ölkədə çox az sayda formal məktəblər fəaliyyət göstərirdi. 1960-1970-ci illərdə məktəblərin yaradılması proqramının tətbiqi təhsil sisteminin nisbətən genişlənməsinə səbəb oldu. BƏƏ-də neft yataqlarının işlənilməsinə başlandıqdan sonra təhsilin inkişafına daha böyük diqqət yetirilmişdir. Ölkədə təhsil ən prioritet sahələrdən biri kimi önə çəkilib. İxtisaslı mütəxəssislərin yetişdirilməsi üçün investisiya qoyuluşunun ölkənin gələcəyi baxımından əhəmiyyətini qəbul edən BƏƏ federal hökumətin ümumi xərclərinin 25 faizini təhsilə sərf edir. Ölkə üzrə savadlılığın ümumi səviyyəsi 91 faiz təşkil edir. Bu ölkədə əhalinin savadlılıq səviyyəsinin yüksəlməsinə nail olmaq üçün bir sıra davamlı tədbirlər həyata keçirilir.
Birləşmiş Ərəb Əmirliklərindəki Yəhudilərin tarixi
Birləşmiş Ərəb Əmirliklərinin dövlət quruluşu
Birləşmiş Ərəb Əmirliklərinin dövlət quruluşu - 2002-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == Birləşmiş Ərəb Əmirlikləri monarxiya və respublika quruluşunun unikal vəhdətini özündə ehtiva edən mütləqiyyət formalı idarəetmə üsuluna malik federasiyadır. Milli bayram günü olan müstəqillik günü (1971) 2 dekabrda qeyd olunur. Birləşmiş Ərəb Əmirliklərində müvəqqəti Konstitusiya 2 dekabr 1971-ci ildən qüvvədədir. == İnzibati bölgü == Birləşmiş Ərəb Əmirlikləri 7 əmirlikdən (Əbu-Dabi, Əcman, ƏlFuceyra, Əş-Şəriqah, Dubay, Rəs Əl-Xeymə, Um Əl-Qəyvayn) ibarətdir. == Dövlət başçısı == Konstitusiyaya görə geniş səlahiyyətlərə malik olan Prezident - eyni zamanda silahlı qüvvələrin ali baş komandanı və Ali Müdafiə Şurasının sədridir. Dövlət başçısı qanunvericilik hakimiyyətini və Nazirlər Şurası vasitəsi ilə icra hakimiyyətinin fəaliyyətinə nəzarəti həyata keçirir. ƏbuDabi və Dubay Əmirlikləri arasında liderlik uğrunda ənənəvi rəqabət səbəbindən, icraedici hakimiyyət, habelə prezidentlik institutunun təməl mexanizmi “qüvvələr bərabərliyi” prinsipi üzərində qurulmuşdur. == Ali Federal Şura == 7 əmirlik hökmdarlarından ibarət olan və Ali Konstitusiya Orqanı sayılan Ali Federal Şura dövlətin siyasətini müəyyənləşdirir, federal qanunvericiliyi təsdiq edir və digər mühüm funksiyaları yerinə yetirir. Ali Federal Şuranın toplantıları ildə dörd dəfə keçirilir (Əbu Dabi və Dubay hökmdarları veto hüququna malikdirlər).
Birləşmiş Ərəb Əmirliklərinın əhalisi
Birləşmiş Ərəb Əmirlikləri əhalisi — Birləşmiş Ərəb Əmirliklərinin əhalisinin demoqrafik xüsusiyyətləri. 2017-ci ilə olan məlumata görə Birləşmiş Ərəb Əmirlikləri əhalisinin sayı 9,400,000 nəfərdir. == Siyahıya alınma == Birləşmiş Ərəb Əmirliklərində əhalinin ilk siyahıya alınması hələ ölkə Müqaviləli Oman adlandığı vaxt – 1968-ci ilin mart-aprel aylarında aparılmışdır. İlk siyahıyaalmada 180 min nəfər sakin qeydə alınmışdır. Əhalinin ilk siyahıya alınmasından XXI əsrin əvvəllərinə qədər ölkədə yaşayanların sayı 20 dəfədən çox artmışdır. Demoqrafların hesablamalarına görə 2015-ci ildə ölkədə əhalinin sayı 6 milyon nəfərə qədər artması planlaşdırılmışdır. Belə ki, "neft hay-küyü" bağlı olaraq, əhalinin sayı təbii artım, xüsusilə xarici mühacirlərin – qonşu ərəb ölkələrindən, Hindistandan və İrandan gələn fəhlələrin kütləvi axını hesabına sürətlə artmış və 2005-ci illərin əvvəllərində təxminən 4 milyon nəfərə çatmışdır. 5-6 dekabr 2005-ci il siyahıyaalınmasına əsasən BƏƏ əhalisi 4.106.427 nəfər olmuşdur ki, həmin nəticələrə görə BƏƏ əhalisi əsasən ərəblərdən, qismən bəluclardan, farslardan, puştunlardan, pəncablılardan, benqallardan və az sayda digər etnik qruplardan ibarət idi. == Artım tempi == Yerli sakinlər arasında orta illik artım sürəti digər ərəb ölkələrində olduğu kimi 3-3,5 faiz təşkil edir. 1968-1992-ci illər ərzində əhalinin ümumi orta illik artım sürəti isə 4,6 faiz olmuşdur.
Birləşmiş Ərəb Əmirliyi
Birləşmiş Ərəb Əmirlikləri (Al-Imārāt al-‘Arabīyah al-Muttahidah) — Asiyada bir dövlət. Birləşmiş Ərəb Əmirlikləri (ərəbcə: əl İmarat əl Ərəbiyyə əl Müttəhidə). Ərəbistan yarımadasının şərq hissəsində Fars və Oman körfəzləri sahilində yeləşir. Üç dövlətlə, cənubda və qərbdə Səudiyyə Ərəbistanı (457 km), şimalda Qətər, cənub-qərbdə Omanla (410 km) həmsərhəddir. Əmirliklərin sahil xəttinin uzunluğu 800 km-ə yaxındır. BƏƏ-nin tərkibində yeddi əmirlik var: Əbu-Dabi, Dubay, Şarja,Umm Əl-Quveyn, Rəs-Əl-Xeymə, Əcmən və Əl-Füceyrə əmirliyi daxildir. Ölkə ərazisinin 93 faizi Əbu-Dabi və Dubay əmirliklərinin payına düşür.İqtisadiyyat günü gündən inkişaf edir. == Ümumi məlumat == Cənub-Qərbi Asiyada, Ərəbistan yarımadasının şimal-şərqində dövlət. Cənubda və cənub-qərbdə Səudiyyə Ərəbistanı ilə, cənub-şərqdə, şərqdə və şimal-şərqdə Omanla həmsərhəddir. Şimaldan İran körfəzi, şimal-şərqdən Ərəbistan dənizinin Oman körfəzi ilə əhatə olunur.