Heydər əl-Abadi
Heydər əl-Abadi (ərəb. حيدر جواد العبادي ; 25 aprel 1952, Bağdad) — 10 avqust 2014-cü ildən İraq Respublikasının baş naziri.
== Həyatı ==
Heydər əl-Abadi 1952-ci ildə Bağdadda doğulmuş siyasətçi uzun illər Böyük Britaniyada siyasi mühacir qismində yaşayıb. Hələ 15 yaşında İraqdakı şiələrin hüquqlarının müdafiəsinə qalxan Dava Partiyasına qoşulub. Onun atası Cavad əl-Abadi Bağdada tanınmış həkim olub, İraq Səhiyyə Nazirliyində müfəttiş vəzifəsində çalışıb. İraqda BƏƏS (Ərəb Sosialist Dirçəlişi Partiyası) iqtidara gəldikdən sonra əl-Abadi ailəsi ilə Səddam Hüseyn rejimi arasında ziddiyyətlər dərinləşib.
Nəticədə Bağdadda elektrik mühəndisi kimi təhsil almış Abadi 1970-ci ildə Britaniyaya gedib. Mançester Universitetində doktorluq müdafiə edib. Birləşmiş Krallıqda o, Səddam Hüseynin ən radikal tənqidçiləri arasında olub. Dava Partiyasında fəallığı ilə seçilib.