Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

  • AVAN

    ə. «an» c. anlar, çağlar

    Tam oxu »
  • AVARƏ

    f. 1) sərsəri, avara; 2) işsiz, boş-bekar gəzən

    Tam oxu »
  • AVARƏGİ

    f. 1) avaralıq, sərsərilik; 2) işsizlik, boş-bekar gəzmə

    Tam oxu »
  • AVAZ

    f. 1) səs, səda; 2) bağırtı, nərə, qışqırıq; 3) m. şöhrət

    Tam oxu »
  • AVAZAT

    f. və ə. «avaz» c. Yaxın Şərq musiqisində son altı pərdəni təşkil edən silsilə

    Tam oxu »
  • AVAZƏ

    f. 1) səs, avaz; 2) hay-küy, şayiə; 3) mahnı; 4) sim (çalğı alətlərində); 5) m. şöhrət

    Tam oxu »
  • AVƏNG

    f. 1) asqı, paltar asılan ip; 2) üzüm salxımları asılan ip; 3) hər bir asılı şey

    Tam oxu »
  • AVƏR

    AVƏR(D)1 f. gətirən. AVƏR(D)2 f. döyüş, vuruş

    Tam oxu »
  • AVƏRD

    AVƏR(D)1 f. gətirən. AVƏR(D)2 f. döyüş, vuruş

    Tam oxu »
  • AVƏRDGAH

    f. döyüş meydanı

    Tam oxu »
  • AVİXTƏ

    f. asılı, asılmış

    Tam oxu »
  • AVİZ

    f. asılı, asılan

    Tam oxu »
  • AVİZƏ

    f. 1) asılı, asılan; 2) sırğa; 3) qəndil, çilçıraq

    Tam oxu »
  • AYA

    f. ey! ay!

    Tam oxu »
  • AYAT

    ə. «ayə(t)» c. ayələr. Ayati-kərimei-Qur’an «Quran»ın kəramətli ayələri

    Tam oxu »
  • AYƏ

    ə. bax ayət

    Tam oxu »
  • AYƏNDƏ

    f. 1) gələn; 2) gələcək zaman

    Tam oxu »
  • AYƏT

    ə. 1) əlamət, nişan; 2) Quran surələrindəki hər bir cümlə. Ayəti-fürqan Quran ayəsi; ayətül-Kürsi ə. (Quranda) Kürsi ayəsi

    Tam oxu »
  • AYİN

    f. 1) rəsm, adət, mərasim; 2) məzhəb, din qanunu; 3) bəzək, zinət

    Tam oxu »
  • AYİNƏ

    f. güzgü, ayna. Ayinei-İsgəndər İsgəndərin güzgüsü (əsatirə görə, Aristotelin qayırdığı və onun köməyi ilə düşmənin mövqeyini görmək mümkün olan güzgü

    Tam oxu »
  • AYİNƏBƏND

    f. şüşəbənd

    Tam oxu »
  • AYİNƏDAN

    f. güzgü çərçivəsi

    Tam oxu »
  • AYİNƏRU

    bax ayinərüxsar

    Tam oxu »
  • AYİNƏRÜXSAR

    f. üzü ayna kimi olan, gözəl

    Tam oxu »
  • AYİNƏSAZ

    f. şüşəsalan, şüşəçi

    Tam oxu »
  • AYN

    ə. bax eyn2

    Tam oxu »
  • AZAD

    AZAD(Ə) f. 1) başqasından asılı olmayan, sərbəst; 2) rahat, əziyyətsiz

    Tam oxu »
  • AZADƏ

    AZAD(Ə) f. 1) başqasından asılı olmayan, sərbəst; 2) rahat, əziyyətsiz

    Tam oxu »
  • AZADƏDİL

    f. könlü azad

    Tam oxu »
  • AZADƏGİ

    f. azadlıq, sərbəstlik

    Tam oxu »
  • AZADƏSƏR

    f. azad, sərbəst, ixtiyari əlində olan

    Tam oxu »
  • AZADXAN

    AZAD(İ)XAN f. azadlıq istəyən, azadlıq uğrunda vuruşan

    Tam oxu »
  • AZADİ

    f. azadlıq

    Tam oxu »
  • AZADİXAN

    AZAD(İ)XAN f. azadlıq istəyən, azadlıq uğrunda vuruşan

    Tam oxu »
  • AZADPƏRVƏR

    f. azadlıqsevən, azadlıqsevər

    Tam oxu »
  • AZAR

    f. 1) xəstəlik, naxoşluq; 2) əziyyət, əzab

    Tam oxu »
  • AZARXANƏ

    f. xəstəxana

    Tam oxu »
  • AZARKEŞ

    f. 1) əziyyət çəkən, əziyyət görən; 2) dəlicəsinə sevən, fanat

    Tam oxu »
  • AZƏR

    f. 1) od; 2) atəşgədə, atəşgah; 3) oda xidmət edən mələk; 4) İranda – günəş ilinin 9-cu ayı (22 noyabr – 21 dekabr)

    Tam oxu »
  • AZƏRƏXŞ

    f. 1) ildırım, şimşək; 2) çaxmaqdaşı

    Tam oxu »
  • AZƏRGUN

    f. 1) odlu, alovlu; 2) m. atəşin, coşqun, qızğın, ehtiraslı

    Tam oxu »
  • AZƏRİ

    f. 1) oda sitayiş edən, atəşpərəst; 2) oda aid olan; 3) azər ayına məxsus olan, azər ayında olan

    Tam oxu »
  • AZƏRİN

    f. 1) odlu, alovlu; 2) şöləli, şöləsi olan; 3) qığılcım

    Tam oxu »
  • AZƏRKƏDƏ

    f. atəşkədə

    Tam oxu »
  • AZƏRKƏŞB

    f. 1) od; 2) İsgəndər Zülqərneyn tərəfindən Bəlx şəhərində dağıdılmış atəşkədə; 3) ildırım, şimşək

    Tam oxu »
  • AZƏRKİŞ

    f. atəşpərəst

    Tam oxu »
  • AZƏRM

    f. abır, həya, utanma

    Tam oxu »
  • AZƏRPƏRƏST

    f. atəşpərəst

    Tam oxu »
  • AZƏRPİRA

    f. atəşpərəstlik məbədi xadimi

    Tam oxu »
  • AZİM

    ə. 1) qəsd edən, qərar verən, niyyət edən; 2) yola düşən, yollanan

    Tam oxu »