Xarici sekresiya vəziləri
Xarici sekresiya vəziləri (lat. Glandulae excretoriae s. apertae) — axacaqlara malikdir, bunların məhsulu həmin axacaqlar vasitəsilə müəyyən üzvlərə tökülür, ya xaricə çıxarılır. Xarici sekresiya vəziləri ifraz etdikləri məhsulların tərkibinə görə üç qrupa bölünür:
Selikli vəzilər — məhsullarında çoxlu selik olur, məsələn — damaq vəziləri (lat. glandulae palatinae), dal dil vəziləri (lat. glandula linguales posteriores);
Seroz ya zülal vəziləri — ifraz etdiyi şirə çox sulu olsa da çoxlu zülala malikdir, məsələn, qulaqaltı vəzi (lat. glandulae parotis), dil və ya Ebner vəziləri (lat. glandulae linguales Ebneri);
Qarışıq (seroz-selikli) vəzilər lat. glandulae seromucose — sekretində həm zülal, həm də selik vardır, məsələn dodaq vəziləri (lat. glandulae labiales), yanaq vəziləri (lat.