TUFAN

is. Çox şiddətli, küləkli qar və ya yağış; qasırğa, çovğun, boran, fırtına.
Yox, bizim bağlarımız bunlara öyrəncəlidir; Dözəcək yellərə, tufanlara öyrəncəlidir. S.Rüstəm.
Tufan həftələrlə davam etdi. S.Rəhimov.

□ Tufan qopmaq – tufan olmaq, tufan başlamaq.
Tufan qopar, el ağlar; Çaylar daşar, sel ağlar; Qəriblikdə ölənin; Yasın tutar el, ağlar. (Bayatı).
Əssə külək, qopsa da tufan yenə; Əyməyə əsla gücü çatmaz mənə. M.Ə.Sabir.

// Tufanlı hava.
Bu tufanda hara gedirsən? – Usta gəmiçilər tufanda belə; Sükanı düz tutar öz əllərilə. S.Vurğun.

// məc. Keşməkeş; ağır həyat təcrübəsi, ağır sınaq.
[Əlikram Hidayətə:] Eşit bu tufanlardan dipdiri çıxmış kişini. B.Bayramov.

◊ Tufan qoparmaq (salmaq) – bax qiyamət qoparmaq (“qiyamət”də).
Koroğlu qayıtmaz, tufan salmasa; Cida işlətməsə, qılınc çalmasa. Koroğlu”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TUFAN TUFAN Qan içirəm, həzz alıram; Bu dünyanı mən salıram; Boranlara, tufanlara (S.Vurğun); BURAĞAN Bürüyür ortalığı tül kimi bir incə duman; Qarı birdən
  • TUFAN boran — fırtına — qasırğa — çovğun

Etimologiya

  • TUFAN Çin dilindən keçib, əsli tayfun kimi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
TUF
TUFANLI

Digər lüğətlərdə